Böyük məqsədlər üçün yaradılmış bir insan olaraq, kiçik işlərdə ilişib qala bilmərik.

“Böyük İnsan olmaq, böyük qayələrlə yaşamaqdır. Böyük qayələrlə yaşayan da böyük düşünər. Böyük düşünməyin ən nəzərə çarpan fərqi, adiləşməməkdir. Kütlələrə qapılıb qalmamaq, böyük olmaqdır. Mömin “hər kəs” deyildir ki, hər kəs kimi olsun. Mömin fərqlidir, imanı onu fərqli EDƏR.”1

    Mömin gəncin kiminlə dostluq etdiyi onun xarakterini formalaşdıran xüsuslardandır. Çünkü insan davamlı şəkildə bir yerdə olduğu insanlardan istər-istəməz təsirlənir. Bu həqiqət haqında Allah Rəsulu sallallahu aleyhi və səlləm belə buyurur:

“ İnsan dostunun dini üzərədir. Ona görə hər biriniz kiminlə dostluq etdiyinə fikir versin.”  (Əbu Davud, Ədəb 16/4833)

     Mömin gənc ilk əmri “Oxu” olan bir dinin nümayəndəsi olduğunun şüuru içərisində kitab oxumağı bir ibadət olaraq görər.
Müsəlman gənc insanlar içərisində ən çox valideynlərinə hörmət etməklə vəzifəlidir. Bilmək lazımdır ki, valideyinin haqqı çox böyükdür və onlara təzim və hörmət zəruridir. Allah Təala onlara itaəti Özünə ibadətlə birlikdə bildirib.

Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşlıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur.
(İsra surəsi, 22)

     Lakin bununla belə əgər valideyn Allahın və Rəsulunun əmirlərinə zidd bir əmr verərsə o zaman ədəbsizlik və hörmətsizlik etməmək şərtiylə onlara itaət etməz. Çünkü Xaliqə üsyan olan yerdə məxluqa itaət yoxdur. Bu qaydanı unutmamaq lazımdır. Buna bir örnək verək.

    Sad bin Əbi Vaqqas radıyallahu anh ilk iman edənlərdən və Məkkə dönəminin o ilk və çətin vaxtlarını Allah Rasulu sallallahu aleyhi və səlləmin yanında keçirənlərdəndir. Hz Sadın anası və qardaşı isə iman etməmişdi və İslama və müsəlmanlara çox da müsbət baxmırdılar. Sad iman və dinə xidmət yolunda fəaliyyətini artırdıqca qardaşı Utbə ilə anası Hamnə onu iman yolundan uzaqlaşdırmaq üçün səylərini artırdılar. Sad yavaş-yavaş anasına İslamın mesajlarını anlatmaqla birlikdə, həmdə İslamın ana-ata haqqına verdiyi önəmdən də bəhs edirdi. Lakin anası “atalarımın dinindən dönmərəm” deyirdi. Bununla yanaşı oğlunu da İslamdan qoparmaq üçün çalışırdı. Sad isə günü-gündən İslama daha da bağlanırdı. Ana baxdı ki, nə desə də, nə etsə də Sadı yolundan döndərə bilmir, o zaman Sadı çox həssas bir nöqtədən vurmağa çalışdı və dedi ki: “Əgər sən bu dindən əl çəkməsən mən heç bir şey yeməyəcək, içməyəcək və burada qapının kənarında duracağam. Acından qıvrılsam belə ağzıma bir loxma qoymayacaq və bu halda öləcəyəm. Sən də insanlar içərisində həm ana qatili olaraq anılacaq və həm də bu işin vicdan əzabı çəkəcəksən.” Sad bin Əbi Vaqqas nə dedisə anasını bu işdən döndərə bilmədi və anası dediyini etməyə başladı. Sad nə qədər yalvarsa da anasını vaz keçirə bilmədi. Bu səfər Sad anasının qarşısına keçib ona dedi ki:
Vallahi anacan, səni nə qədər sevdiyimi sən məndən daha yaxşı bilirsən. Amma unutma ki, səni nə qədər çox sevsəm də bu sevginin on qatı, hətta bundan daha çox Allah və Rəsulunu sevirəm. Əgər birini digərinə fəda edəcəmsə, yaxşı bil ki, fəda edəcəyim sən olacaqsan, Allah və Rəsulu deyil. And içirəm ki, yüz canın olsa və hər gün bir dənəsi gözümün önündə alınsa mən yenə də haq dinimidən dönməyəcəyəm.

    Sad bu sözləri dediyi zaman 17-18 yaşlarında idi. Sada bu sözləri söylətdirən həqiqi iman idi. Və bu sözlər Sadın hələ o yaşlarında bir müsəlman şəxsiyyət olaraq formalaşdığını göstərir. Sad bu yaşlarında həqiqi imanı dadmış və çətin bir imtahanla qarşılaşmışdı. Üç gün ana Hamnə heç nə yeyib içmədi, taqəti kəsildi. Sad onun bu halını görüncə çox təsilənir, gözlərindən yaşlar axırdı. Bəzi rəvayətlərə görə bu məsələni Rasulullah sallallahu aleyhi və səlləmə bildirincə, bu hadisə üzərinə Loğman surəsinin aşağıdakı ayətləri nazil oldu:

14-“Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq) Mənəata-anana şükr et. Axır dönüş mənədir.”
15-“Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (Loğman 14, 15)

    Bu və bənzər ayələrin mesajı çox açıqdır. Mömin ana-atasına itaət edəcək, lakin Allaha üsyan olmadığı təqdirdə. Deməkki ən böyük itaət Allahadır. Sad bin Əbi Vaqqas bu ilahi əmri duyunca, Allaha həmd edərək, doğru daranış sərgilədiyi üçün sevinir. Ana Hamnə bu inaddan bir şey əldə edə bilməyəcəyini anlayınca bu səfər başqa yollara əl atmağa başladı. Bu səfər onu ac buraxdı, evə həbs etdi. Darul-Ərkama getməsini yasaqladı. Amma heç bir şey Sad’ı Allah və Rəsulunun yolundan ayırmırdı. İbni Əsir’in nəql etdiyinə görə o günlərdə ana Hamnə, qonşularının da yardımıyla Sad’ı evinin bir otağına həbs etmiş və demişdir ki:

“Ya girdiyin o yeni dini tərk edəcəksən ya da acından bu otaqdaca ölüb gedəcəksən.”  Bu təhditlərə rəğmən, Sad bin Əbi Vaqqas həmişə iman yolunda sarsılmadan durmuş, işin nəticəsində də qazanan o olmuşdur.   (Tirmizi 3079, Təcridi-Sarih Tərcüməsi c.12, s.121, ibni Əsir, əl-Kamil c.2 s282) 2

1). Nureddin Yıldız “Hür Yürekli Genç”
2). Muhamməd Emin Yıldırım, Sad bin Ebi Vakkas s.38-44

Bu məqalə Gənc Muslim komandası tərəfindən hazırlanıb. İstifadə edərkən isnad göstərilməsi mütləqdir.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün