Müsəlman alimlərin Avropaya təsiri

Onuncu əsrdə, ərəb mədəniyyətinin çiçəkləndiyi zaman, Avropa cəngavərləri, öz qəsrlərində oturaraq, oxuyub-yaza bilmələri ilə lovğalanırdılar. Avropanın o dövrdəki az saylı ziyalıları monastırlarda yaşayan, bütün iş və məşğuliyyətləri latın dilində ruhani mətnləri təkrarən köçürtməkdən ibarət olan kasıb və ac rahiblər idilər.

Müsəlman ərəb alimləri həmin dövr üçün kimya, astronomiya, riyaziyyat, tibb və fəlsəfə üzrə dünyanın ən qabaqcıl biliklərinə malik idilər. Çünki əvvəla onlar bilikləri bütün İslam şərqindən, Hindistandan və Çindən Misirə qədər toplayırdılar. Bundan başqa da, bu bilikləri sürətlə inkişaf etdiririldilər. Orta əsrlərin əvvəlində, ərəblər malik olduqları İspaniya, Sardiniya, Siciliya və İtaliyanın cənub hissəsinin vasitəsi ilə avropalılara təsir edirdilər, bir az sonra isə Venesiya və Genuya ilə olan ticari əlaqələr də buna əlavə olundu.

Ərəb elminin o zamanki barbar Avropasına təsirinin nümunələrindən biri kimi Avropa və dünya elmində ərəblərdən digər biliklərlə yanaşı götürülmüş ərəb rəqəmlərinin istifadəsini qeyd etmək olar. Bir müddət sonra belə praktiki və fəlsəfi biliklərə rəsmi kilsə də qoşuldu. 1130-cu ildə arxiepiskop Raymond İspaniyanın Toledo şəhərində ərəb əsərlərinin latın dilinə kütləvi tərcüməsinə dair kollegiya təşkil etmişdir. Bunun nəticəsində də ərəb biliklərinin Avropaya sistemli şəkildə axını baş verdi.

Baxmayaraq ki, ilk universitet avropalılar tərəfindən Bizansda təşkil edilmişdir, bəzi universitetlərdə ərəblər də tədris edirdi. Həmçinin ərəb əsərlərinin tərcümələri də istifadə olunurdu. İbn Sina, İbn Rüşd (Averroes), Əl-Fərəbi, Əl-Biruni və digərlərinin fəlsəfə, tibb, astronomiya, cəbr sahələrində əsərləri kimi.

Əsasən ərəblərin (eynən  bizanslılar və assiriyalılar kimi) səyləri nəticəsində avropalılar İntibah (Renessans) dövrünün ideallarının bəhrələndiyi qədim yunan və qədim roma müəlliflərinin əsərlərinin ərəb dilindəki tərcümələrilə tanış oldular.

Pluton, Aristotel, Arximed, Evklid..

Ərəblər avropalılara Plutonu (Əflatun), Aristoteli (Ərəstun), Arximedi, Evklidi, Ptolomeyi və digərlərini verdilər. Qədim müəlliflərin bir çox əsərləri, Romanın süqutu ilə və sonrakı əsrlərdəki qarşıdurmalarda məhf olmuşdur və yalnız ərəb tərcümələrində qalmışdır.

Ərəb filosofu İbn Rüşd 13-cü əsrin əvvələrində Avropa universitetlərində yüksək nüfuzlu alim kimi qəbul edilirdi. 15-ci əsrin sonunda fransız kralı XI Lyudovikin şəxsi göstərişinə əsasən İbn Rüşd və Aristotel ən nüfuzlu filosof kimi Fransada tədris olunurdu. Hətta Dante 1320-ci ilə aid olan öz  “İlahi komediya” adlanan əsərində İbn Sinaya və İbn Rüşdə istinad edərək, ərəblərin Avropanın düşüncəsinə və mədəniyyətinə təsirini qeyd edir.

Mənbə: Qustav Le Bon, “İslam və Ərəb sivilizasiyası” əsəri.


Bu məqalə Gənc Muslim komandası tərəfindən hazırlanmışdır.
Məqaləni paylaşarkən Gənc Muslimi mənbə olaraq göstərmək vacibdir.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün