Balkanlardan Әrәb ölkәlәrinә, Mәrakeşdәn, Şәrqi Türkistana, Hindistana, İndenoziyaya qәdәr harda bir müsәlman varsa onun dәrdiylә dәrdlәnәn, haqqını güdәn, ömrünü şam kimi Allahın Xilafәti uğrunda әridәn Möminlәrin Әmiri Sultan Abdulhamid xanı tanımalıyıq.

O, sadəcə öz ölkəsində deyil, bütün İslam dünyasında simvol bir lider vəsfinə yetişmiş müstəsna bir şəxsiyyətdir. Gənc yaşlarında dini və dünyəvi elmləri mükəmməl bir şəkildə tamamlamış və zahiri elmlərdəki təfəkkürünü təsəvvüfdən feyz alaraq mənəvi bir kamillik ilə bütövləşdirmişdir. Çox nəzakətli, hər bir şəxsin könlünü ələ almağı bilən, fövqəladə zəka və hafizəyə sahib olan II Abdulhamid Xan eyni zamanda böyük bir Peyğəmbər aşiqi idi.

Sultan II Abdülhamid xan 27 sentyabr 1842-ci ildə anadan olub. Atası Sultan Abdülməcid xan, anası Tiri Müjgan sultan xanımdır. On yaşında ikən anasını itirən şahzadə Abdülhamid atasının əmri ilə Perestu xanımın himayəsinə verilib, tanınan müəllimlərdən mükəmməl təhsil alıb. Fövqəladə bir zəka və yaddaşa sahib idi. Bir dəfə gördüyü və ya səsini eşitdiyi adamı heç vaxt unutmadığına dair mənbələrdə saysız-hesabsız misallar vardır. Şahzadə Abdulhamidin zəka və hafizəsinin son dərəcə yüksək olması və onun siyasi qabiliyyəti əmisi Sultan Abdüləzizin diqqətini cəlb edib.

Belə ki, Sultan Abdüləziz xan onun daha sərbəst bir şəraitdə yetişməsi məqsədilə Misir və Avropa səyahətlərinə onu öz yanında aparıb. Şahzadə Abdulhamid də bu imkanlardan istifadə etməyə çalışıb, xarici medianı davamlı təqib edərək xarici dövlətlərin niyyət və əməllərini, onların üsullarını təhlil edib, öyrənib.
Əmisi Abdüləzizin 1876-cı ildə taxtdan endirilməsi və şübhəli vəziyyətdə ölümü, böyük qardaşı V Muradın taxta çıxarıldıqdan üç ay sonra ruhi satrsıntı keçirdiyi iddiasıyla vəzifədən çıxarılaraq, Çırağan Sarayına həbs edilməsi hadisələrinə şahid olur. 
Şahzadə Abdulhamid 34 yaşında 34-cü Padşah, 99-cü  İslam Xəlifəsi olaraq 1876-cı il avqust ayının 31-də Osmanlı taxtına çıxdıqda dövlət ən böhranlı günlərini yaşayırdı. Milli birliyə ehtiyac vardı. Yeni Osmanlı padşahı aktiv bir milli siyasət yürütməyə başladı. Bir gün o, bütün hökumət əməkdaşlarını saraya dəvət edərək bir yemək ziyafəti təşkil etdirdi. Buradakı çıxışında milli birliyə duyulan ehtiyacı dilə gətirdi. Xəbər vermədən əsgərlərin arasına qatılıb onlarla birlikdə əsgər yeməyi yedi. Zaman-zaman xəbər vermədən müxtəlif camilərə gedib xalqın arasında səf tutaraq namaz qıldı. Beləcə, hər bir vətəndaşda və xüsusilə də orduda mənəvi bir yüksəliş müşahidə olundu.
Abdülhamid xan, xüsusilə müharibələrdən uzaq durmaq siyasəti yürütdü. Səltənəti müddətincə daim iradəli davrandı. Dövlətin bəzi ehtiyaclarını xəzinədən almaq əvəzinə öz kisəsindən ödədi. Padşah dövləti iqtisadi bataqlıqdan qurtarmaq istəyirdi. Osmanlı dövlətinə xəstə adam gözü ilə baxıldığı və paylaşma hesabları qurulduğu bir dövrdə başa keçən Sultan Abdulhamid xanın dövlətin idarəsini şəxsən əlinə aldığı 1878-ci ildən sonrakı xarici siyasəti dahiyanə bir mahiyyət daşıyır. O, dünyada baş verən bütün hadisələri istər siyasi, istərsə də iqtisadi baxımdan izləmək üçün sarayda bəzi bilgi mərkəzləri yaratdı. Osmanlı ölkəsi ilə əlaqədar nəşr olunan və xarici səfirliklərdən aldığı bütün yazıları burada tədqiq etdirdi. Beləcə, bütün dünyada baş verən hadisələrdən və xarici ölkələrin siyasətlərindən məlumatlar əldə edirdi. Millətlərarası şərtlər dəyişdikcə onun siyasəti də dəyişirdi. Hədəf Osmanlı dövlətini müharibələrdən uzaq tutmaq, sülh içərisində yaşamaq idi.
Sultan Abdulhamid xanın fövqəladə ağıllı və tədbirli siyasətilə bütün İslam aləmini özünə bağladığını görən ingilislər Osmanlı dövlətinin inkişafını dayandırmaq və imperatorluğu dağıtmaq üçün fəaliyyətlərini gücləndirdilər. Onlar bir tərəfdən padşahın əleyhinə fəaliyyətdə olan “İttihad və Tərəqqi Cəmiyyəti”ni dəstəkləyərkən, digər tərəfdən də Ərəbistan yarımadasındakı bədəvi qəbilələrini və Şərqi Anadoludakı erməniləri Osmanlı dövlətinə qarşı təhrik etdilər.
Sultan Abdulhamid xanın İslam dünyasındakı etibarı çox yüksək idi. Şərqi Türküstan və Orta Afrikadakı sultanlıqlar belə onun adına xütbələr oxudur, pul buraxdırır və ona tabe olurdular.

Nəhəng әrazilәrin sultanı olmasına baxmayaraq israfdan kənar, kibirdәn uzaq, mütәvazi, zöhd içindә yaşayardı Sultan Abdulhamid. Sultanın Allah qorxusu, dinimizә bağlılığı hәr sahәdә özünü göstәrirdi.

Bir adam düşünün, yuxudan qalxan kimi, dәstәmaz alana qәdәr gedәcәyi yolu yatağının yanında saxladığı kirәmit parçasıyla tәyәmmüm alaraq getsin. Heç bir dövlәt işinә abdәstsiz imza atmasın.

Öz zәmanәsi üçün nәhәng layihә olan Hicaz Dәmiryolunun Mәdinәdәn keçәn hissәsindә relslәrin altına keçә döşәdilmәsini әmr elәdi. Niyәmi? Çünki, Allahın Rәsulunun, Allah Hәbibinin (sallallahu aleyi və səlləm) hüzurunda vaqonların sәs elәmәsini istәmirdi.

“Bizi yüksәldәn dinimizә qarşı duyduğumuz böyük eşqdir” – deyirdi sultan. Bu eşqlә ucalmışdı milyonlarla müsәlmanın, mәzlumun könlündә.

Xilafәti mәhv etmәk istәyәn ingilislәrlә әrәb ölkәlәri әrazisindә, Hindistanda, Fәlәstindә, bir tәrәfdәn ruslarla Balkanlarda, digәr tәrәfdәn fransızlarla Afrika ölkәlәrindә müharibә aparan Sultan Abdulhamid daxildәn dә ermәni, yunan, elәcә dә İngilis cәsusu Lourensә satılmış әrәblәrin üsyanlarıyla mübarizә aparırdı. Buna rәğmәn bir qarış xilafәt torpağından keçmәdi. İlk qiblәmiz Qüdsü, Fәlәstini nә milyonlarla pulun qarşılığında almaq istәyәn sionist Teodor Herlzә, nә dә müasir silahlarla donanmış İngilislәrә müharibәdә vermәdi.

“Mәn bir qarış belə olsa torpaq satmıram, bu vәtәn mәnә deyil millәtimә aiddir. Millәtim bu torpaqları qanlarını tökәrәk qazanıbdır vә yenә qanlarıyla mәhsuldar ediblər..! Qoyun yәhudilәr milyardlarını özlәrinә saxlasınlar. Ancaq mәnim dövlәtim yıxılarsa, maalәsәf Fәlәstini qarşılıqsız әlә keçirdә bilәrlәr. Fәqәt biz sağ ikәn, sadәcә bizim cәsәdlərimizi parçalaya bilәrlәr. Mәn canlı bir bәdәn üzәrində әmәliyyat edilmәsinә icazә vermәrәm.”

İngilislərin Ərəbistanda Cəmaləddin Əfqani və məşhur casus Lavrens yolu ilə xilafət məsələsini qurdalamağa başlamalarına qarşı Sultan Abdülhamid xan o bölgəyə böyük bir dərviş qafiləsi göndərdi. Eyni bir qafiləni də Hindistana göndərən padşah ingilislərin təbliğatını təsirsiz hala gətirməyə çalışdı. Padşahın bu fəaliyyətlərini görən ingilislər onu səltənətdən uzaqlaşdırmadıqca əməllərinə qovuşa bilməyəcəklərini anladılar. Buna görə “İttihad və Tərəqqi Cəmiyyəti“nin fəaliyyətlərinə yardımı gücləndirdilər.

Yıldız sarayının işğalı zamanı Sultan Abdulhamid xan özünə sadiq olan birinci ordu ilə hərəkat ordusuna qarşılıq verilməsi təklifini qəbul etməyərək, “müsəlmanların xəlifəsi olduğunu və müsəlmanı müsəlmana qırdıra bilməyəcəyini” söyləmişdir.

Elә dә oldu. Sultanın Fәlәstini qorumaq əzmi, onun 33 illik cәfakeş, çilәli, mәşәqqәtli hakimiyyәtindәn sonra üsyanla devrilmәsiylә bitdi. İnglis kraliçasının himayәsi altında yunan, ermәni vә yәhudilәrin başlatdığı üsyanlardan sonra yәhudilәrin nәzarәti ilə İttihaq vә Tәrәqqi partiyasının hәrbi çevrilişi ilә Sultan Abdulhamidi taxtdan salırlar, özünü dә Selanikdә, bir yәhudinin malikanәsindә hәbs edәrәk cәzalandırırlar.

Dövləti çox pis şərtlər altında təhvil almasına rəğmən, heç qorxmadan, bezmədən böyük bir iman, müdhiş bir zəka, səbr və böyük bir məharətlə dövləti, otuz üç il ciddi bir itkiyə məruz qoymadan idarə etdi.

1909-cu il martın 31 -də II Sultan AbdulHəmid Xana qarşı üsyan başlamışdı. Bu hadisə onun devrilməsi ilə yanaşı, Osmanlı İmperiyasının da zəifləməsinə güclü təkan verdi.
Abdulhamid xan 1918-ci ilin fevral ayında xəstləndi. O, 77 yaşında idi. Şiddətli bir qrip xəstəliyinə tutulmuş, yaşlılığına görə yatağa düşmüşdü. 1918-ci il fevral ayının 10-da vəfat etdi və Cənbərlidaşdakı Sultan Mahmud türbəsində dəfn edildi.

Abdulhamiddәn sonra xilafәt, sonra da ümmәt imamәsiz tәsbeh kimi paraç-parça oldu, dağıldı. O gün, bu gün ümmәtin nә dәrdi bitir, nә çilәsi. Ümmәt yetim qaldı, ümmәt ingilis, amerikan, yәhudi, rus, çin kafirlәrinin ayağı altında әzilir.

Azәrbaycanda bilinmir, tanınmır. Amma әrәb ölkәlәrindә, Fәlәstindә, Suriyada, Pakistanda, hәtta Türkistanda da Abdulhamidin adını böyük sevgi, dәrin hörmәtlә anırlar.

Allah Cәllә Cәlaluhu Abdulhamid quluna rәhmәt etsin, onu cәnnәtlә mükafatlandırsın. Bizlәri isә ona layiqli ümmәt, davasının layiqli davamçısı etsin.

II. Abdülhamidə Xanın 33 illik xilafəti dövründə gördüyü işlər.

1. Hindistan, Yava, Əfqanıstan, Çin, Malayziya, İndoneziya, Aça, Zengibar, Orta Asiya və Yaponiyaya elçilər və din xadimləri göndərdi
 
Bu tətbirlər nəticəsində, Yapon İmperatoru Meydzi İslamla yaxından maraqlanmağa başladı. Bu səbəblə o, II. Abdülhamidə özəl bir məktub yazaraq İslam dini ilə bağlı ətraflı məlumat verilməsini xahiş etmişdi. Meydzi II. Abdülhamidə məktubunu Osmanlı İmperatoru gözüylə yox, İslam xəlifəsi gözüylə yazmışdı. Sultan II.Abdulhamid Meydzdiyə cavab məktubu yazmış, İslamın ehkamlarını ətraflı şəkildə qeyd etmiş və onu İslama dəvət etmişdir. Məktub indinin özündə də Yaponiya arxivlərində gizli olaraq saxlanılmaqdadır.
2. Dünyanın ilk stomatologiya məktəbini qurdu.
3. Parisdə İslam Kompleksi qurdu.
4. Çinlilərə qarşı Şərqi Türküstana göndərdiyi hərbi yardım ilə Orta Asiya Müsəlmanlarını təşkilatlandırdı. Ulduz Çin fabrikini, Beykoz və Kağıtxanə kağız zavodlarını qurdu.
5. Pekində Universitet qurdu.
 
Sultan II. Abdülhamid Xan “Asiya Planı” çərçivəsində Asiyaya bir çox nümayəndə göndərdi. Bunlardan ən çox diqqət çəkəni isə Çinə göndərilmiş nümayəndələr idi. Abdulhamid Xan Çində bir çox məktəblər açdırdı, orada müsəlman tələbələrin sayını çoxaltdı. O bütün bu fəaliyyətini “İslam xəlifəsi” adı altında görürdü. Və Çində onun açdırdığı məktəblər və fəaliyyət sahəsi indiki Sincan-Uyğur vilayətidir. O dövrdə Çin ingilis və fransızların nüfuz dairəsinə idi.
 
O dövrdə Osmanlı sarayında “Əşrəf” adlı qəzet nəşr olunurdu. Qəzet, sultanın Çinə yardımlarını, Çindəki müəllimlər barədə geniş məlumatları açıqca qeyd edirdi. Sultan II. Abdülhamid Türküstan ərazisinin bəlli yerlərində bu fəaliyyətini davam etdirirdi.
 
6. Məscid tikdirdiyi hər kəndə bir də əlavə məktəb açırdı.
7. Müasir mətbəə maşınlarını Türkiyəyə gətirdi, pulsuz kitab dağıtdı, 6 min kitabın tərcüməsini həyata keçirdi.
8. Beyazid kitabxanasını qurub, 10 mini əl yazması olmaqla, tam 30 min kitab hədiyyə etdi.
9. İlk dəfə elektriki və qazı gətirdi.
10. Ziraat (kənd təsərrüfatı) Bankını qurdu.
11. Dünyanın ilk torpedo atan sualtı gəmisini tamamilə öz pulu ilə qurdu.
12. İsrarla yerli parça geyindi, Hərəkat bez fabriki və Fəsxanəni qurdu.
13. Buraxılış mərasimlərində tələbələrə hədiyyə kitab göndərdi. Yoxsul xalqına öz cibindən ödəyərək kömür payladı.
16. İlk müasir apteki açdırdı.
17. İlk avtomobili gətirdi və 5 min km avtomobil yolunu saldı.
 
18. Dünyanın ilk metrolarından birini Karaköy-Taksim arasına tikdirdi, atlı və elektrikli tramvaylar qurdu.
19. Arxeologiya muzeyşünaslığını başlatdı.
20. İlk quduzluq xəstəxanasını (İstanbul Darul-Kəlb Tədavixanəsi) açdırdı.
21. Tes’lya müharibəsi davam edərkən saraylı xanımlara əsgərlər üçün paltar tikdirdi, yaralı əsgərlər üçün şəxsən öz əli ilə qoltuqağacı düzəltdi.
22. Həyat yoldaşı Fatma Pesend Xanımın şəxsi mülkündən israrla verdiyi pul ilə Midilli adasını Fransızlardan geri aldı.
25. Kütləvi sünnət mərasimləri təşkil etdi, hər bir uşağa beş qızıl göndərdi və bundan sonra yay aylarında kütləvi sünnətlərin genişlənməsini təmin etdi.
26. Öz əl əməyi ilə qazandığı və topladığı pulun bir hissəsini, hər il borca görə həbsə düşənləri azad etməyə ayırdı.
27. Hər il 30 min saxsı satın alıb çiçək əkdirdi.
28. İzmir limanına icazəsiz daxil olmağa çalışan ABŞ savaş gəmisini top atəşinə tutdurdu.
29. Öz əlləri ilə düzəltdiyi dülgərlik əşyalarını xüsusən qazilərə hədiyyə edərdi.
30. Özünə bombalı sui-qəsdi təşkil etməsinə baxmayaraq, Erməni qatilini əfv edib Avropada casusluq etməyə göndərdi.
31. Daha sonralar Çanaqqala Müharibəsində Türkiyənin və İslamın xilaskarı olacaq topları düzəltdi.
32. Təkcə Anadoluda 14 min ibtidai məktəb açdı.
33. Telefonu Avropa ilə birlikdə Türkiyəyə gətirdi.
34. Peyğəmbərimizə, dinimizə və ya Osmanlıya təhqir ehtiva edən oyunların Fransa, İngiltərə, Roma və ABŞ-da qarşısını aldı.
35. Qüds-Yaffa, Ankara-İstanbul və Hicaz dəmir yollarını tikdirdi.
36. II Abdulhamid Xan Hicaz müsəlmanları ilə Anadolu müsəlmanları arasında körpü vəzifəsini görəcək bir dəmiryolu layihəsini gerçəkləşdirməyi düşünürdü. Sultan II Abdulhamid Xan öz xatirələrində belə deyir: “Çoxdan xəyal etdiyim Hicaz dəmiryolu, nəhayət, həqiqət olur. Bu yol Osmanlı Dövləti üçün sadəcə iqtisadi baxımdan böyük fayda gətirməklə qalmayacaq, eyni zamanda oradakı qüvvəmizi sağlamlaşdırmağa da yarayacağından, əsgəri baxımdan da çox əhəmiyyətli olacaqdır. …”

Sultan əldəki imkanlar son dərəcə az olmasına baxmayaraq, 1903-cü ildə dəmiryol inşaatının başlanmasına əmr verir. Başda xəlifənin özü 2,5 milyon qızıl olmaq üzrə, dövlətin mülki və əsgəri məmurları aylıq maaşlarının 10%-ni verdilər. Bu iş üçün xalqdan qurban dərisi toplanmış və medallar düzəldilmişdir. Sultan II Abdulhamid Xan yığılmış sərmayə olmadan başlanan bu “Müqəddəs Xətt” layihəsinin sadəcə müsəlmanların pulu ilə çəkilməsini istəyirdi. Ona görə də heç bir xristianın kapital qoymasına icazə verməmişdi. Bütün dünya müsəlmanları bu layihənin gerçəkləşməsi üçün maddi yardımlar etmiş və bu yardımlar “Hicaz Dəmiryolu Xətti İanəsi”ndə toplanmışdır. Xüsusilə, Hind müsəlmanları Osmanlıya olan bağlılıqlarını göstərərək bu dəmiryolu kampaniyasına coşqulu bir şəkildə qoşularaq mərkəzi Heydərabadda olan “Hicaz Dəmiryolu Mərkəz Komitəsi”ni qurmuşlar. Qısa zamanda Hindli Müsəlmanlar evlilik və cənazə xərclərini azaldaraq yardım sandıqlarını doldurmuşlar. Hicaz dəmiryol layihəsinə xərclənəcək bütün sərmayəsinin yarısı müsəlmanların bu yardımları yolu ilə əldə edilmişdir. 1050 mm genişliyində dəmiryolu xətti beş ildə tamamlandı. Standart genişlik 1435 mm olmasına baxmayaraq, bu yolun bir qədər dar düzəldilməsinin səbəbi bu ölkəyə sadəcə Osmanlı Dövlətinin istehsal etdiyi lokomotivlərin girməsinin təmin olunması və hansı məqsədlə olursa-olsun yabançı və yad lokomotivlərin girməsinə mane olmaq idi.

Ümumi uzunluğu 1464 km olan bu yolun 1300 km-lik Şam-Mədinə arası ilk çəkilən hissə oldu. Hicaz dəmiryolu inşaatında işləyən işçilərlə texniki kadrlar yalnız müsəlmanlardan seçilmişdi. Rels və bunun kimi ləvazimatlar İstanbul gəmiqayırma zavodlarında istehsal olunmuş, relslərin altına qoyulan şalbanlar isə Toros və Amanos dağlarındakı ağac kötüklərindən düzəldilmişdi. Kimsəsiz, şoran, susuz və qumlu çöllərdə, xətt boyundakı müsəlman əsgər və zabitlər, dəmiryolu çəkilməsinə qarşı çıxan və buna mane olmağa çalışan quldurlarla mübarizədə çox şəhid vermiş və kilometrlərcə uzanıb gedən xətt yolu onlara bir məzar olmuşdur.

Dəmiryolu inşaatında çalışan türk övladlar, çöllərdə alov kimi yanan günəş altındakı qızmış relsləri əlləri ilə tuta bilmədikləri üçün papaqlarından əlcək kimi istifadə edirdilər. Başı açıq olanlardan günəş vurmasından yerindəcə ölənlər də olurdu. Səhrada su yox idi. Şamdan xüsusi olaraq hovuz vaqonları ilə su gətirilər, həftədə bir dəfə paylanardı. Bütün bu yoxsulluğa, çətinliklərə, məşəqqətə və pərişanlığa qarşı mübarizə aparan müsəlman əsgərlərə, zabitlərə və dəmiryolçulara güc verən bu işin müqəddəs sayılması və mənəvi cəhətdən insanlara zövq verməsi, eyni zamanda və ən əsası Peyğəmbər sevgisi idi.

Hicaz layihələrində 1904-cü ildə Havran, 1905-ci ildə Beyrut və Hayfa və 1908-ci ildə Mədinə qaraclarına çatdılar. II Abdulhamid Xan, dəmiryolu xətti müqəddəs şəhər Mədinəyə çatınca Peyğəmbərin ruhaniyyətini narahat etməmək üçün relslərin altına keçə döşənməsini istəmiş, hətta Mədinəyə 5-6 km qalmış səssiz lokomotivlərin işlədilməsinə əmr etmişdir. Hicaz xətti 27 avqust 1908-ci ildə ilk qatarın Şamdan hərəkəti ilə açılmışdır. Xüsusi olaraq hazırlanan bu qatarda dövlət məmurları, dəvət olunan qonaqlar, yerli-xarici jurnalistlər var idi. Qatarın sürəti o vaxta görə mükəmməl sayılan 40-60 km/s arasında idi.

Dəmiryol xəttinin açılışından 8 il sonra 1916-cı ildə bu xətlər ingilis casusu Tomas Edvard Laurensinin təşkilatlandırdığı ərəblər tərəfindən Məan-Mədinə arasındakı, 680 km-lik hissəsi bombalanaraq məhv edilmişdir. Bundan başqa I Dünya Müharibəsində də təxribata uğramışdır. Bu yollardan qalan rels və şalbanları gətirənlərə ingilislər pul mükafatları vermişlər.

Ulu Xaqan Möminlәrin Әmiri Sultan Abdulhamid xan haqda deyilənlər.
Uzun illər Osmanlı Dövləti əleyhinə casusluq edən Arminius Vambery:
“Padşah, əlindəki bütün imkanları səfərbər edərək, hər fürsətdə xeyirxahlığını göstərməkdən çəkinmirdi. Təhsil və səhiyyə xidmətləri üçün yorğunluq bilmədən çalışır. Padşahdan qorxa, hətta nifrət də edə bilərsiniz. Amma onun işgüzarlığını və ədalətini inkar edə bilməzsiniz. İsrafa son qoyan siyasəti ilə Türk maliyyəsini islah edərək,dirçəltmiş və ölkəyə başdan-başa dəmir yolu şəbəkəsi çəkdirtmişdir. Türkiyə canlanmasını padşahın enerji, ustalıq və vətənpərvərliyinə borcludur. Sultan Həmidin bu baxımdan dəyəri heç bir şəkildə inkar edilə bilməz”
 
Son Almaniya İmperatoru və Prussiya Kralı II. Vilhelm Sultan II. Abdulhamid haqqında bunları deyir:
“Fransız kralı ilə görüşdüm, aşağı gördüm. Yapon imperatoru ilə görüşdüm, sadə gördüm. İngilis kralı ilə görüşdüm, öz səviyyəmdə gördüm. Nə vaxt ki, Osmanlı Sultanı Abdulhamid Xan ilə görüşdüm,heybəti, zəkası və nəzakəti qarşısında məni bir titrəmə aldı”.
 
Sultan II. Abdulhamid xan düşdüyü halı bu cür təsvir edirdi:
“Allahım, özümü deyil, millətimi bu hala salanlara haqqımı halal etmirəm!
Məni parça-parça doğrasayadılar, sarayımı yandırsaydılar, xanümanımı, xanədanımı söndürsəydilər, uşaqlarımı gözümün önündə parçalasaydılar halal edərdim, ancaq Sevgilinin (Sallalahu aleyhu və səlləm) yolunda getdiyim üçün məni və millətimi atəşə atan insanlara haqqımı halal etmirəm! Müqqədəs adlarına qurban olduğum Allahım! Mənə “Qızıl Sultan” adını verən və devirlməyim üçün əllərindən gələni edən erməniləri indi məni devirənlərə parçaladırsan! Bu cəlladları da kim bilir, kimlərin əlləriylə parçaladacaqsan?!…”
Bu gün Suriyada, İraqda, Yəməndə, Balkanlarda, Qafqazda yüksələn hər fəryad bizə Sultan Abdulhamidin cəfasını, Osmanlı torpaqları yanında bütün Müsəlman coğrafiyalarında oynanan oyunlara qarşı izlədiyi siyasət də bizə onun zəkasını xatırladır.
Dünyanın ən qarışıq və qanlı əsrində bütün düşmənlərə qarşı mübarizə apararaq ayaqda qalan Sultan Abdulhamid Xandan alacağımız çox dərs var.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün