Məscidul Əqsa haqqında bilmədiyiniz 8 şey

Dünyada ən çox mübahisə mövsuzu olan torpaq ərazisi varsa o da Qüds‘də yerləşən Məscid əl-Əqsa‘dır. Demək olar ki, insanlar min illər boyu onun üzərində nəzarəti ələ keçirmək üçün canlarından keçiblər.

Müsəlmanların qəlbində bu məscid çox önəmli yer tutur. İslam üçün o, 3-cü ən müqəddəs şəhərdir. O, Muhamməd Peyğəmbərin (ﷺ‏) İsra və Merac səyahətini etdiyi yerdir. O, bəşəriyyətin tarixində insanların ən çox toplanılan yeri olub – yaşamış bütün peyğəmbərlər burada ibadətlər üçün insanları toplayırdılar.

Bu məqalədə əl-Əqsa məscidi haqqında çoxlarının bilmədiyi məlumatları qeyd edəcəyik:

1. əl-Əqsa tək bir məscid deyildir

mascidul-aqsa-haqqinda-8-bilinmeyen-gencmuslim-002Bəli – Məscidul Əqsa kimi bildiyimiz yer bir neçə məsciddən ibarətdir. Məscidin cənub tərəfində olan binanı əl-Əqsa olduğunu düşünürük. Faktiki olaraq həmin o məscid Qiblə məscidi‘dir – o Qibləyə daha yaxın olduğu üçün belə adlanır. Bütün yüksəklik əl-Əqsa məscididir və bəzən qarışıqlıq düşməsin deyə Haram əl-Şərif adlandırılır. Lakin orada tarixi hadisələrə aid digər məscidlər də mövcuddur, məsələn Buraq məscidi, Mərvan məscidi və digərləri.

2. Qədim qəbirstanlıq

Dəqiq olaraq neçə peyğəmbərin və neçə səhabənin burada dəfn olunması haqqında məlumat yoxdur, lakin şübhə yoxdur ki, bu rəqəm böyükdür. Böyük ehtimal ki, Süleyman peyğəmbər (aleyhissələm) burada dəfn edilib, çünki bildiyimiz kimi  peyğəmbərlər vəfat etdikləri yerlərdə dəfn edilirlər və o, əvvəlki binanın yenidən inşasına nəzarət edərkən vəfat edib.

3. Zibil atılan yer

Yəhudilərin şəhərdə yaşaması qadağan olduğu dövrlər ərzində, Romalılar məscidin ərazisini zibil atılan yer kimi istifadə edirdilər. İkinci Raşidi xəlifə Ömər bin Xattab (Allah ondan razı olsun) şəhəri azad edəndən sonra ordakı zibili öz əlləri ilə təmizləmişdir. O, həmçinin  yahudilərə aid əsrlərdir davam edən qadağanı aradan qaldırdı və yaxınlıqdakı qaçqın kəndində yaşayan 70 ailəyə orada yaşamaq hüququ verməklə Qüdsə dəvət etdi – ancaq bu lütfü yəhudilər deyəsən unudublar.

4. İmam Ğazali öz şah əsərini burada yazmışdır

gencmuslim-ihya-ulumuddinİslamın ən böyük alimlərindən biri olan Əbu Həmid əl-Ğazali (Allah ona rəhmət etsin) özünün şah əsəri və İslam ədəbiyyatının ən məşhur kitablarından biri olan İhya Ulumid-Din əsərinin müəllifidir. Bu əsər bütün İslam məktəbləri tərəfindən dərin hörmətə malikdir, çünki o insan qəlbinin dərinliklərinə gedə bilir. Eyni zamanda Quran və Peyğəmbərin ﷺ öyrətdiklərinə bağlı olaraq qalır. Bir çox insanın bilmədiyi də odur ki, İmam Ğazali Məscid əl-Əqsada yaşamış və burada kitablarını yazmışdır.

5. Tövlə, saray və edam yeri kimi istifadə edilmişdir

gencmuslim-mescidul-aqsa-8-biilinmeyen-xacSəlibçilər Qüdsü ələ keçirəndə, onlar müsəlman əhalisinin əksəriyyətinin məscidə bağlı olduğunu gördülər. Müsəlmanlardan təxminən 70,000 nəfəri qırdılar və Qiblə məscidini saraya çevirdilər, Qubbətus Sahra‘nı kiçik kilsəyə, yeraltı otaqları isə tövləyə çevirmişdilər. Birinci qırğından sağ çıxan müsəlmənlar isə daha sonra məscidin mərkəzi yaxınlığındakı meydanda yerləşən böyük bir çarmıxda edam edilmişdirlər. Bu Salahuddin Əyyubi tərəfindən sındırılan yeganə xaç idi. Həmin xaçın bünövrəsini bu gün də orada görmək olar (yuxarıdakı şəkildə).

6. Əfsanəvi minbəri olan yer

sallahuddin-minberi-gencmuslim-netİslam tarixində ən böyük qəhrəmanlardan biri olan Nurəddin Zəngi, Məscidul Əqsa  səlibçilərdən azad ediləndə orada qurulacaq xüsüsi minbər düzəltmişdir. Bu minbər sadəcə gözəlliyi ilə seçilmir, o həmçinin mismarsız və yapışqan istifadə edilmədən düzəldilmişdi. Təəssüf ki, Nurəddin Zəngi qələbəni görə bilmədi, lakin onun davamçısı olan Salahuddin Əyyubi öz ustadının arzusunu yerinə yetirdi və Qüds İslam tarixində ikinci dəfə azad ediləndən sonra  həmin minbəri orada yerləşdirdi. Bu minbər hələ də sənətkarlar və ustalar arasında əfsənavi iş hesab edilir. Təəsüf ki, bu minbər sonuncu bənddə göstərilən hadisələrdən sonra sağ çıxa bilmədi.

7. Qubbətus Sahra

mescid-i-aksa-kubbetus-sahra-gencmuslimQübbəsi qızıl təbəqədən ibarət tikilidir. Azacıq qərbə olmaqla Əqsa məscidinə nəzərən ərazinin  mərkəzində yerləşib. Bu qübbə bütün məscidi əhatə edir və müsəlman memarlığının ən qədim möhtəşəm nümunəsi hesab olunur. “Səxra” sözü məscidin içərisində yerləşən və üzərindən Peyğəmbərin (ﷺ‏) göyə ucaldığı (merac etdiyi) qaya parçası (ərəbcə – əs-saxra) mənasındadır. Bu qaya məscidin döşəməsində ən hündür yerdir. Qaya çoxlarının da zənn etdiyi kimi, asılı vəziyyətdə deyildir.  Onun aşağısında kiçik mağara yerləşir. Bu məscid bu gün də qadınların namaz qıldıqları yerdir.
Böyük ehtimal ki, İslam tarixində tikilən ilk günbəzdir – Əməvi xəlifəsi AbdulMalik ibn Mərvan tərəfindən inşa edilmişdir. O, ilk olaraq taxta, qurğuşun, keramika və misdən düzəldilmişdir, min ildən sonra Osmanlı imperatoru Sultan Suleyman dönəmində üzərinə qızıl örtüyü çəkilmişdir və fasada digər plitələr əlavə edilmişdir.

8. əl-Əqsa yandırılmışdır

al-Aqsa-burning2əl-Əqsanın işğal ediləcəyi, qümbəzinə işğalçı ordusunun bayrağı taxılacağı və yandırılacağını heç düşünə bilərdinizmi? Müsəlmanlar buna imkan verməzdilər ?

Bir daha düşünün..

1967-ci ildə, Qüds müsəlmanların əlindən 3-cü dəfə çıxmış və İsrailin nəzarəti altına düşmüşdür. İsrail əsgərləri gümbəzə öz bayraqlarını taxmışdır. İsrail rəhbərliyi başa düşmüşdü ki, məscid üzərində açıq nəzarət, müsəlman dünyasına qarşı provokasiya olacaq. Onlar Vəqfin rəmzi  olan əncir yarpaqlı bayraqdan istifadə etdilər ki, müsəlmanların məmnuniyyətini əldə etsinlər.

Və bu da işə yaradı.

1969-cu ildə Avstraliyalı sionist Qiblə məscidinə və Nurəddinin minbərinə od vurdu. Yaranan alov bütün Qiblə məscidini götürdü. Ümidsiz fələstinlilər yanğını söndürmək üçün əlindən gələni edirdi. Bütün Ümmət bu rüsvayçılıqdan başını aşağı salmışdı.

O vaxtdan sonra məscid yenidən tikilmiş və abadlaşdırılmışdır. Lakin İslamın 3-cü müqəddəs məkanına hücumlar bu gün də davam edir. Bütöv məscidin bünovrəsini təhlükə altına qoyan qazıntılar davam edir, köhnə məbədin yenidən bərpa etmə təhdidləri davam etməkdədir. Məscid əl-Əqsa hələ də müsəlmanların qəlbində yaradır.

 


Bu məqalə muslimmatters.org saytından götürülərək gəncmuslim.net komandası tərəfindən tərcümə edilmişdir.

Saytdakı paylaşımlardan yalnız mənbə göstərməklə istifadə edə bilərsiniz.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün