Məscid Ədəbləri

124

Müsəlmanların bir araya gəldikləri, birlik halında olduqları yerlərdən biri də məsciddir. Dinimiz, camaatla namaz qılmağı təşviq etmiş, bununla, birlik və bərabərliyin təmin olunacağını bildirmiş.
Rasulullahdan (ﷺ) bu mövzuda bir çox hədislər vardır. Bu hədislərdən birində belə demişdir:

Camaatla qılınan namaz , tək qılınan namazdan iyirmi yeddi dərəcə daha fəzilətlidir.

(Muslim, Məsacid , 42 )

Məscidə gedərkən diqqət edilməsi lazım olan bəzi xüsuslar vardır. Bunlar məscid və camaat ədəbi dediyimiz bəzi dini – əxlaqi əsaslardır və aşağıda qeyd olunmuşdur:

1. Gözəl geyimlər geyinmək.

Ey Adəm oğulları! Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!

(Əraf surəsi, 31)

Məscidlərə gedərkən hər şeydən əvvəl geymimizə diqqət etməli və mümkünsə yeni və mütləq təmiz bir paltar geyinməliyik.Bu mövzuda ən çox diqqət ediləcək şey corab təmizliyi olmalıdır.. Ağ paltar geyinməyə üstünlük verməliyik. Fəqət geyimdə israfa yol verməməliyik. Məqsəd-təmiz, rahat, ayıb yerləri örtən, isti və soyuqdan qoruyan  paltar olmalıdır.