Dünya həyatı qüssə, kədər, qorxularla doludur. Dünyada hər cür sıxıntı, çətinlik və məşəqqət bir-birinə qarışmış haldadır. İnsanın yaşadığı mühit əslində bunlardan ibarətdir. Sanki dünyanı tutub duracaqmış kimi ömrü boyu, gecə-gündüz demədən onun ardınca düşür insan oğlu.

İnsan öz-özünə “mən nə üçün yaşayıram?” deyə soruşa bilsə… Bu qədər əlləşib-vuruşmağın qayəsini bilsə nə qüssə qalar, nə də kədər. İnsan nə sıxıntı çəkər, nə də korluq.

Hədəfi, qayəsi məlum olmayan bir yürüyüşün yəqin ki, bir mənası və anlamı olmaz. Nə üçün dünyaya gəldiyimizi, hansı şərtlər altında yaşadığımızı və nə edəcəyimizi dərk etmədən həyatımızın bir mənası olarmı?

Mömin özünün bu dünyada bir yolçu olduğunu bilər. Bu dünya həyatının tez gəlib keçəcəyinə və əbədi həyatın daha xeyirli olacağına inanar. Rəbbinin bu nəsihətlərinə qulaq kəsilər:

“(Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir… Dünya həyatı aldanışdan (yalandan) başqa bir şey deyildir.” (əl-Hədid, 20)

Bu ilahi buyruğu düstur qəbul edərək axirəti özünə hədəf seçər. Axirət yurdunu abad etmək üçün dünyasını fəda edər.

Rəbbinin bu əmrini həyat prinsipi halına gətirər:

(Еу insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi yerlə göyün genişliyi qədər olan, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün (yaxşı əməllər etməkdə) bir-birinizi ötüb keçməyə çalışın...” (əl-Hədid, 21)

Səadət çağı dediyimiz Peyğəmbərimiz və əshabının yaşadığı dövrdə də sıxıntılar və çətinliklər az olmayıb. Bu sıxıntı və çətinliklər, məşəqqətlər əsl hədəfə çatmaq, İslamı yaşamaq və yaşatmaq, son dini yaymaq üçün lazım idi. Bu səbəblə də əshabi-kiram sözləri, işləri, əməlləri və yaşayışları ilə qiyamətə qədər bu ümmətin yolunu nurlandıracaq və həyatımıza işıq salacaq ulduzlar olmuşlar.

Mal canın yonqarıdır deyirlər. Ona görə də xərcləmək çox çətindir. Amma hədəf, qayə Allah rizası olarsa hər şey fəda edilər. Səadət dövründəki qardaşlıqlar, edilən yardımlar, verilən sədəqələr hamısı bu məqsədə xidmət edirdi. Mal da, can da Allah və Rəsuluna fəda edilirdi. Abdurrahman bin Əvf -radiyallahu anh- bu cür qəhrəmanlardan idi.

Abdurrahman ibn Avf (r.a) 581-ci ildə Məkkədə doğulmuşdur. Rasulullah sallallahu aleyhi və səlləmdən təxminən doqquz yaş daha kiçikdir. Zührə ailəsindən Qüreyş qəbiləsindəndir. Atasının adı Avf, anasının isə Şifadır. Əbu Bəkir, Osman, Talha və Zübeyir (radiyallahu anhum) həzrətlərinin anaları ilə birlikdə müsəlman olmuşdu. Atası Avf, Cahiliyyə dövründə Qamisa adlı yerdə Fəqih min Muğirə və Affan min Əbil-As ilə bərabər Cüzeymə qəbiləsi tərəfindən qətl edilmişdir. Anası məşhur Şəfa Xatun, Rasulullahın (s.a.v) dünyaya gəlişi gecəsində anası Əminə Xatuna, mamalıq etmişdir. Buna görə də Rasulullahın (s.a.v) mamasıdır. Doğum əsnasında gördükləri böyük bir nurdan sonra üçü birdən; “Doğum anında biz elə bir nur gördük ki, o nur məşriq və məğribi bizə aydınlatdırdı” şəklində müşahidələrini dilə gətirdilər. Anası Şifa Xatun ilə Atası Avf bin Abdi Avf, nəsəb olaraq əmi oğlu əmi qızı idilər. Qardaşlarından Əsvad və Abdullah da müsəlman olmaqla şərəflənmişlər.

Oğulları:

1-Əbu Sələmə, 2-Muhamməd, 3-Salim əl-Əkbər, 4-İbrahim, 5-Abdur-Rəhman, 6-İsmail 7-Urvə, 8-Əbu Bəkr, 9-Abdullah əl-Kübra 10-Qasım, 11- Musab 12-Səhl, 13-Süheyl 14-Osman 15-Ma`n 16-Zeyd 17- Humeyd 18-Yahya 19-Bilal, 20-Ömər, 21-Abdullah əs-Suğra dır.

Qızları:

1-Ümmül-Qasım 2-Cüveyriyə 3-Həmidə 4-Əmətürrahman əl-Kübra 5-Əmətürrahman əs-Suğra 6-Əminə 7-Məryəm.

Qızları arasında adı bilinən ən məşhuru Ümmül-Qasımdır. O da, cahiliyyə dövründə doğmuşdur. Oğulları arasında ən məşhur olanı isə, Rasulullahın sağlığında, Tumadır bint-i əl-Əsbağ əl-Kəlbi’dən dünyaya gələn, Əbu Sələmə Abdullah əl-Asğardır. Bu oğlu böyük bir fiqh alimi idi.

Cahiliyyə dövründə əsl adı Abdulqabə və ya başqa bir görüşə əsasən Abdu Amr idi. Son dərəcə təmiz bir adam olan Abdurrahman ibn Avf (ra) Əbu Bəkrin (ra) dəvəti ilə haqq yola girmişdir. İslama girdikdən sonra ona Abdurrahman adını Peyğəmbərimiz sallallahu aleyhi və səlləm qoymuşdur.

Abdurrahman İbn-i Avfın, Rasulullahın (s.a.v) yanına, Osman bin Maz’un, Ubeydə b Osman bin Maz’un, Ubeydə bin Haris, Əbu Sələmə bin Abduləsəd və Əbu Ubeydə bin Cərrah ilə birlikdə getdiyi və Rasulullahın (sav), onlara, İslamiyyəti ərz və təklif edib İslamı bildirdiyi zaman, hamısının müsəlman olduqları, və bu hadisənin, Ərkam min Əbil-Ərkamın evində, Rasulullah aleyhissalamın xalqı İslamiyyətə gizlicə dəvətə başlamasından əvvəl baş tutduğu da rəvayət edilir.

Abdurrahman İbn-i Avf, Əbu Bəkr radiyallahu anhın vasitəsiylə İslama girən beş adamdan ikincisidir. Və Hz. Xədicə anamız xaric, bütün müsəlmanların səkkizincisidir. Beləliklə Sabiqunu-Əvvəlindəndir.

Hz. Xədicədən (ra) sonra, Əli ibn Əbu Talib, Zeyd bin Harisə,  Əbu Bəkr,Osman, Zübeyr bin Avvam, Abdurrahman İbn-i Avf, Sa’d bin Əbi Vəqqas, Talha bin Ubeydullah (Allah hamısından razı olsun) Müsəlman olub Rasulullah sallallahu aleyhi və səlləm ilə birgə namaz qılmağa başlamışlar. 2

Abdürrəhman İbni Avf (r.a), İslama gəlişini özü belə nəql edir:

“-Rasulullahın Peyğəmbər olaraq göndərilməsindən bir il qədər əvvəl idi. Yəmən tərəflərinə ticarət etmək üzrə getmiş, Asqəlan bin Avaqirü’l-Himyəri’yə qonaq olmuşdum. O olduqca yaşlı biri idi. Yəmənə hər gedəndə onun evinə qonaq olardım. Hər gedişimdə məndən, Məkkənin xəbərlərindən soruşardı, baş verənləri danışardıq. Mənə həmişə:

“-içinizdə, özü haqqında xəbər və zikr olan şəxs zühur edibmi? Dininiz haqqında sizə qarşı olan bir kimsə vardırmı!”-deyər, mən də həmişə: “-xeyir yoktur “!.

Nəhayət, Rasullullaha (s.a.v) İslam üzrə beyat edildiyi il içində, yəni Risalət ili (Miladi 609 ilə 610-ci ildə) yenə Yəmənə gedib ona qonaq olmuşdum. Mən ona:

“Çox gözəl ticarət etdim. Bax, belə, belə, qazanc əldə ettim!”-diye danışarkən O qoca Asqəlan bin Avaqirü’l-Himyəri mənə:

“Mən, sənə, ticarətindən, qazancında daha xeyirli bir müjdəni xəbər verimmi!” dedi.

Mən də: “-bəli xəbər ver görək ” dedim.

Asqəlan bin Avaqirü’l-Himyəri mənə dedi:

“-Heç şübhəsiz ki, Əziz və Cəlil olan Allah! Sənin qövmündən özündən razı olduğu və seçdiyi Rəsulunu bu ilk ayda göndərdi. Ona kitab endirdi. O, xalqı cansız bütlərə ibadət etməkdən mən edəcək, və İslamiyyətə dəvət edəcək. Haqqı buyuracaq və özü də işləyəcək, batili qadağan edəcək. O, Haşim Oğullarındandır. Siz də, ey Abdurrahman Onun dayıları olursunuz. Qayıdışını tezləşdir. Gidib Ona yardımçı ol! Onu təsdiq et və bu beyitləri də Ona apar!”

Söylədiyi beytləri, dərhal, əzbərləyib, Məkkəyə geri gəldim. Əbu Bəkri tapdım. Əbu Bəkrə:

“-Nələr olur?” -deyə soruşdum.

O da, mənə, bütün olub-bitənləri izah etdi. Mən də ona, Yəmənli qocanın söylədiklərini xəbər verdim.

Əbu Bəkr (r.ə):

“-Bu, Muhamməd bin Abdullahdır. Allah, Onu insanlara peyğəmbər olaraq göndərdi. Dərhal, Ona get!”-dedi.

Getdim, Rəsulullah sallallahu aleyhi və səlləm, o sıralarda, Xədicənin (r.ə) evində idi. Məni görüncə güldü və:

“-Özünlə nə xəbər gətirmisən, ey Əbu Muhamməd!” deyə soruşdu.

“Ya Muhamməd! Nə demək istəyirsən?!”-dedim.

Rasulullah (s.a.v):

“-Mənə, təhvil edilib verilmək üzrə gətirdiyin, o göndərənin, mənim üçün, səninlə göndərdiyi şeyləri gətir ver mənə! Heç şübhəsiz, onu mənə göndərən, Himyer oğulları möminləri’nin üstünlərindəndir!”-buyurunca,

Mən, dərhal:

“-Əşhədu ənlaa ilahə illallah və əşhədu ənnə Muhamməd’ən əbduhu və rasuluh!-deyib, kəlmeyi-şəhadət gətirdim və İslamı qəbul etdim. Yəmənli qocanın səkkiz beyitlik şeirini oxudum. Və söylədiklərini xəbər verdim!” Bunun üzərinə Rəsulullah (s.a.v) belə buyurdu:

“-Zaman zaman, elə Möminlər olacaq ki, onlar, məni görmədən, mənə inanacaq, məni təsdiq edəcək, mənə şəhadət gətirəcəklər. Məhz bunlar mənim gerçək qardaşlarımız! ” (Tabakat-ı İbn-i Sa’d, cild-3, sh. 87)

Allah yolunda malını paylamaq, kasıblara əl tutmaq onun həyat qayəsinə çevrilmişdi.

Cahiliyyə dövründə belə içki içməyən, gözəl əxlaqlı nadir insanlardan.

Abdurrahman ibn Avf (ra) İslama girdikdən sonra müşriklər tərəfindən müxtəlif əziyyətlərə məruz qalmış,

Mədinəyə hicrət edərkən Rasulullahın (s.ə.s) əmri ilə Səid b. Rəbi ilə qardaş oldu. Səid (r.a) Mədinənin varlılarından idi. Abdurrahman b. Əvf ilə malını, sərvətini bölüşmək istədi. Ancaq o, bu təklifi qəbul etməyərək: Qardaşım, Allah sənə, malına, mülkünə və uşaqlarına bərəkət versin. Sən mənə bazarın yolunu göstər. Mən orada alver ilə məşğul olub ehtiyaclarımı təmin edərəm.– deyə cavab verdi.

Rəsuli-Əkrəm (s.ə.s) Abdurrahman radıyallahu anhın bu sözlərini eşidib çox məmnun oldu və ona xeyir-dua verdi. Qısa zamanda varlanan Abdurrahman b. Əvf: Əlimi hansı daşa uzadıramsa altında ya qızıla, ya da gümüşə rast gəlirəm – deyərək ticarətdəki bərəkətə işarə edir və insanları ticarətə həvəsləndirirdi. (Müsnəd, 1: 91.)

Abdurrahman ibn Avf (ra) ticarət həyatını çox yaxşı bilən Qüreyş içində böyüdüyü üçün, bu işin tam bir mütəxəssisi kimi Mədinə bazarında alverə başlamış və Allah ona böyük sərvət vermişdi. Abdurrahman bu ticarət həyatını belə izah edir:

“Allah Təala mənə elə bir nemət verib ki, bir daşı belə bir yerdən götürüb başqa yerə qoyanda sanki qızıl olurdu. Çok az qazanca razı oldum. Heç bir müştərinin əli boş göndərmədim” buyuraraq qiyamətə qədər etibarlı olacaq bir düsturu ticarətlə məşğul olan Müsəlmanlara xəbər verirdi.

Canı və malı ilə Rəsulullah (s.ə.s)-ə xidmət edən Abdurrahman bin Əvf (r.a) Uhud döyüşündə 20 yerdən yaralansa da onun yanından ayrılmadı. Rəsuli-Əkrəm (s.ə.s)-in vəfatından sonra onun xanımlarına xidmət etdi. Bağını qırx min qızıla satıb hamısını onlara hədiyyə etdi.

Abdurrahman bin Avf, Rasulullahın sağlığında Allah yolunda çox mal xərclədi. Üç dəfə malının yarısını verdi. Birinci dəfə 4000 dirhəm, ikincidə 40 000 dirhəm və üçüncüdə də 40 000 qızıl sədəqə olaraq Allah yolunda payladı. Uhud döyüşü əsirlərlərindən 30 dənəsini azad etdirdi və hər birinə 1000 qızıl payladı. Ceyşul–usra” (çətin döyüş) deyilən Təbuk səfəri üçünsə  500 at və 500 yüklü dəvə verdi. Bədir döyüşündə iştirak edib da sağ qalanların hər birinə, öz malından 400 dirhəm (2 kq. civarında) qızıl pul verilməsini vəsiyyət etdi. Vəsiyyəti dərhal yerinə gətirildi.

Bir dəfə Abdurrahman bin Əvfin 700 dəvədən ibarət ticarət karvanı Mədinəyə gələndə böyük səs-küy qopdu. O il Mədinədə dəhşətli qıtlıq olmuşdu. Aişə anamız: “Bu nə səs-küydür?” -deyə soruşduqda:

– Abdurrahman bin Əviin karvanı gəldi. Buğda, un və ərzaq məhsulları gətiriblər – dedilər. Bunu eşidən Aişə (r.a): Allah onun verdiklərini bu dünyada bərəkətləndirdi. Axirətdəki savabı isə daha da böyükdür. Mən onun haqqında Rəsulullah (s.ə.s)-in:

Abdurrahman b. Əvf iməkləyərək cənnətə girəcəkdir söylədiyini eşitdim. -dedi.

Bu müjdəli xəbər Abdurrahman b. Əvfə çatdıqda 700 dəvədən ibarət böyük bir karvanı Allah yolunda infaq etdi. (Tabakat, 3: 93.)

O, son dərəcə alicənab və səxavətli idi. Sərvəti artdıqca əliaçıqlığı, səxavəti də bir o qədər artırdı. Allah yolunda xərcləmək ona xüsusi zövq verirdi. Qəlbi Allah, Rəsulullah sevgisi ilə dolu idi. Həyalı, namuslu, mərhəmətli, mehriban və çox comərd idi. Dünyanı axirətdən üstün tutmamış, sərvət və mal sahibi olmağa əhəmiyyət verməmişdi. Müsəlman kimi yaşamağı hər şeydən üstün tutmuşdu. “Bəqərə” surəsinin nazil olması əshabi-kiramı sədəqə verməyə və xeyir işlər görməyə həvəsləndirdi. Bu vaxt Abdurrahman b. Əvf malının yarısını o saat payladı və minlərcə qızılı da xeyir işlər üçün xərclədi.

O, həmişə axirəti düşündüyü üçün var-dövlətin onu məhv edəcəyindən qorxurdu. Onun üçün bir gün Ümmü Sələməyə: Malın çoxluğu həlakıma səbəb olar deyə təşviş edir və düşünürəm. – dedi. Ümmü Sələmə cavabında: “Allah yolunda xərclənən mal belə deyildir. Çünki Peyğəmbər (s.ə.s)-in: “Sərvətini artıranlar həlak oldu. Allahın fağır bəndələrinə paylayanlar, xeyir əməl işləyənlər müstəsna. Heyif ki, belələri azdır. ” – buyurmuşdu.

Bir gün Rəsulullah (s.ə.s)-in “Abdurrahman bin Əvf cənnətə iməkləyə–iməkləyə girəcək” buyurduğunu eşidib onun hüzuruna gəldi. Peyğəmbərimiz onu görən kimi: Allaha qarzı–həsən (borc) ver! Bunun sayəsində ayaqların açılar. – deyə tövsiyə etdi.

Sonra Cəbrayıl (ə.s) gəldi və Rəsulullah (s.ə.s)-ə belə dedi: İbn Əvfə söylə, qonaq qəbul etsin, kasıbları doyursun. Ondan bir şey istəyəni əliboş qaytarmasın. Bunlar nemətin əldən çıxmaması üçün kəffarə olar.

Ondan “Bu qədər sərvəti necə qazandın?” -deyə soruşdular. O da cavab olaraq az qazanca qane olduğunu, heç bir müştərini əliboş qaytarmadığını, hətta bir dəfə satdığı dəvəni aldığı qiymətə satıb yalnız iplərindən qazanc götürdüyünü söylədi.

Peyğəmbər aleyhissalatu vəssəlamın ilk dəfə arxasında namaz qıldığı adam Abdurrahman ibn Avf (ra) olmuşdur. Belə ki, Təbuk hərbindən qayıdarkən Peyğəmbərimiz bir yerə getmişdi. O zaman səhabələr, səhər namazı keçir deyə, Abdurrahman ibn Avfı imam qoyub sübh namazın qıldılar. Peyğəmbərimiz qayıtdığı zaman ikinci rükətdə ona tabe oldu və namazın sonunda “Bir peyğəmbər saleh bir kimsənin arxasında namaz qılmadan ruhu alınmaz” buyuraraq Abdurrahman ibn Avfın dəyərini bildirdi.

Peygamberimiz aleyhissalam Abdurrahman ibn Avfı yeddi yüz nəfərlik bir hərbi qüvvə ilə 628-ci ilin Şaban ayında Dumətul-Cəndələ göndərmişdi. Bu bölgə Təbuk şəhəri yaxınlığında böyük bazar və ticarət mərkəzi idi. Rəsuli-Əkrəm (s.ə.s) oranın əhalisini İslama dəvət etməyi Abdurrahman bin Əvfə tapşırdı. “Haqq təala sənə Dumənin fəthini qismət edərsə, oranın məşhur adamlarından birinin qızı ilə evlən!” -dedi. Mədinə kənarındakı Cüruf qərargahında səhər vaxtı yeddi yüz nəfərlik orduya komandanlıq edən İbn Əvfın əlinə bir bayraq verərək Ey İbn Əvf! Hamınız Allah yolunda hərbdəsiniz. Allaha qarşı küfr edənlərlə vuruşun! – buyuraraq yola saldı.

Həmin səhər bütün işlərini bitirib  Rasululahın yanınna tələm-tələsik gəlib çatdı. Hər işimi bitirib gəldim dedi. Tələm-tələsik gəldiyinə görə sarığını əyri bağlamışdı. Abdurrahman b. Əvf (r.a) başına sarıq kimi bir bez sarımışdı. Peyğəmbərimiz onu başından açaraq öz əli ilə təkrar bağladı. Sarığın ucunu isə iki çiyninin arasından atdı və: Ey İbn Əvf sarığını bax belə bağla!.. – dedi.

Dumətul-Cəndələ gələn kimi əhalini üç gün İslama dəvət etdi. Sonra bölgənin kralı Asbağ bin Amr əl-Kəlbi müsəlman oldu. Onun müsəlman olduğunu görən qəbiləsinin çox hissəsi müsəlman oldu. Kralın qızı Tümadir ilə evlənən Abdurrahman bin Əvf Məkkəyə qayıtdı. Həmin xanımından böyük İslam alimi Əbu Sələmə (r.a) dünyaya gəldi.  Xristian olan qəbilənin böyük əksəriyyəti müsəlman oldu və geri qalanları da xristian qalaraq cizyə verməyi qəbul etti. (Sirə, 2: 256.)

Əli ibn Əbu Talib (r.a) deyir ki, Abdurrahman bin Əvf haqqında Rəsulu-Əkrəmin (s.ə.s) Sən göydəkilər və yerdəkilər nəznində əminsən – buyurduğunu eşitdim.

Rasulullah (s.a.v), və Əbu Bəkr, Ömər ibn Xattab və Osman (Allah hamısından razı olsun) dövrlərində fətvaya layiq görülən və say baxımından, orta dərəcədə fətva verən səhabələrdən (Mutavassitun) hesab edilən Abdurrahman İbn-i Avfin fətvaları kiçik bir risalə meydana gətirəcək böyüklükdədir.

Peyğəmbərimiz səhabələr içində ipək paltar geyməyi yalnız Abdurrahman bin Avfa icazə vermişdir. Çünki Abdurrahman ibn Avfın (ra) bədənində bir qaşıntı var idi.

Abdurrahman ibn Avf (ra) xüsusilə günorta namazının fərzindən sonra nafilə namaz qılar, günlərin çoxunu oruclu keçirərdi, hər il həccə gedərdi, son dərəcə sadə yaşayar süfrəsində kasıblara yer verərdi, uzun boylu, ağ qırmızı rəngli gözəl simalı çox sevimli idi. Uhudda aldığı yaradan dolayı bir ayağı bir azca axsayırdı.

Doğru rəyi və zəkası ilə mümtaz bir şəxsdir, yüksək əxlaqlı, fəzilət və kamal sahibi, çox yaxşı və çox təmiz xasiyyətli, Allah qorxusu, Rəsulullah sevgisi, iffət,  rəhmət və şəfqət dolu, səxavətli və alicənab idi, dünya heç vaxt dininin önünə keçməmiş tam bir Müsəlman olaraq yaşamışdır.

Abdurrahman radiyallahu anh, evinə hər girəndə Ayətəl-Kürsiyi oxuyardı

Abdurrahman ibn Avf (ra), Rasulullahın axirətə təşrifindən sonra, Onunla keçirdiyi günləri xatırlayaraq həmişə ağlayardı. Onun söhbətlərindən məhrum olduqdan sonra, özü üçün dünyanın heç bir qiyməti qalmadığını deyirdi.

Bir gün bir yerdə yemək ikram edilmişdi. O gün də özü oruclu idi. Tam iftar edəcəyi zaman, bir xatirəsini izah etməsi istənildi. Dərhal xatirəsini anlatmağa başladı:

Məndən çox xeyirli olan Musab bin Ümeyr şəhid olanda, onu bir kumaş parçası ilə kəfənlədik. Başını örtüyümüz zaman, ayaqları açıq qalır, ayaqlarını örtən zaman başı açıq qalırdı. Sonra Həzrət Həmzə (ra) şəhid oldu. O da məndən çox üstündü. Onu da çətin şərtlər altında dəfn etdik. Onlar məndən çox xeyirli olduğu halda, dünyanı qoyub getdilər. Sonra bizə dünya qapısı açıldı, müxtəlif növ nemətlərə nail olduq. Bunların hesabını necə verəcəyik. Yaxşı işlərimizin qarşılığını bu dünyada almaqdan və axirətə bir şey qalmamasından qorxuram” deyib ağlamağa başladı.

Hz. Abdurrahman bu sözlərindən sonra, ağlamaqdan dolayı yemək yeyə bilmədi. (Tabaqat, 1:403.)

Dövlətin və sərhədlərin böyüməsi ilə birlikdə işlərin rahat həll edilməsi üçün yaradılan şura heyətində Abdurrahman ibn Avf (ra) ən mühüm səhabələrdən biri idi.

Həzrəti Ömərin xilafəti zamanında bir ticarət karvanı gəlib, gecə Mədinənin kənarında dayandı. Yorğunluqdan dərhal yatdılar. Həzrəti Ömər (ra), şəhəri gəzərkən bunları gördü. Abdurrahman ibn Avfın (ra) evinə gəlib dedi ki:

Bu gecə bir karvan gəlib. Hamısı kafirdir. Amma bizə yad olanların, yolçuların, bunları qarət etməsindən qorxuram. Gəl, bunları qoruyaq.

Səhərə qədər gözləyib, sübh namazında məscidə getdilər. İçlərindən bir gənc yatmamışdı. Arxalarından getdi. Axtarıb, onlara nəzarət edən şəxsin Həzrəti Ömər (ra) olduğunu öyrəndi. Gəlib yoldaşlarına danışdı, Roma və İran ordularını pərişan edən, minlərlə şəhər almış, ədaləti ilə məşhur, uca xəlifənin, bu mərhəmət və şəfqətini görərək İslamın haqq din olduğunu anladılar. Hamısı sevə-sevə Müsəlman oldular.

Hz. Ömərə olan yaxınlığı səbəbi ilə onunla gecələri Mədinə küçələrində gəzərək asayişə nəzarət edərdilər. Hz. Ömərin xəlifəliyi əsnasında Abdurrahman b. Avf (r.ə) məsləhətçi, Həcc Əmiri və Beytul-Mal nəzarətcisi kimi vəzifələri öhdəsinə götürmüşdür. Hz. Ömər (r.ə) məcusi bir kölə tərəfindən xəncərləndikdə yerinə imam kimi Abdurrahman b. Avfı təyin etmişdir.

Həzrəti Ömərin şəhid edilməsindən sonra yeni bir xəlifə seçmək lazım idi. Seçiləcək xəlifənin müəyyənləşdirilməsi üçün yaradılan şurada Abdurrahman ibn Avf (ra) da yer almışdı. Burada olanlardan Zübeyir min Avvam (ra), Talha bin Ubeydullah (ra) və Sad bin Əbi Vaqqas (ra) haqlarından imtina edəndən sonra burada xəlifə namizədi olaraq üç nəfər qalmışdı. Həzrəti Əli (ra), Həzrəti Osman (ra) və Abdurrahman ibn Avf (ra). Abdurrahman ibn Avf (ra) (Özünün də xəlifə seçilməsi mümkün olmasına baxmayaraq) da bu barədəki haqqından imtina edəndən sonra namizədlər iki oldu.

Abdurrahman ibn Avf (ra) Həzrəti Osman dövründə çox sakit bir həyat yaşamış və nəhayət 652-ci ildə75 yaşında  Mədinədə vəfat etmişdir. Ən zəngin Müsəlmanlardan biri olan Abdurrahman ibn Avf, vəfatından əvvəl sayları təxmini 100 ətrafında olan Bədr şəhidləri üçün ailələrinə sərvətindən adambaşına dörd yüz dinar verilməsini vəsiyyət edib.

65 hədisi şərif rəvayət etmişdir. Ondan, Abdullah İbn Abbas, İbn Ömər, Cabir bin Abdullah, Ənəs bin Malik, Cübeyr bin Mutim və oğulları İbrahim, Həmid və Əbu Sələmə, bacının oğlu Abdulla bin Amir, Malik bin Əvs və bir çox alim hədisi-şərif rəvayət etmişlər. Rasulullahdan şəxsən rəvayət etdiyi hədisi şəriflərdən bəziləri bunlardır:

“Diqqət edin, Cənnət üçün hazırlanan yoxdurmu? Kəbənin Rəbbinə and olsun ki, Cənnətdə təhlükə deyə bir şey yoxdur. Cənnət parlayan bir nür, ətrafa yayılan bir qoxudur. Binaları qüvvətlidir. Çayları davamlı axar, bol və kamala çatmış meyvə yeridir. Orada Hüriler var. Cənnətdə hüzn və kədər yoxdur. Nemətləri davamlıdır”. Əshabi qalmayım: “Biz ona hazırlamışıq” dedilər. Bunun üzərinə Resül-ü Əkrəm: “İnşaallah deyin” buyurdu və cihadı anlatdı.

Bir yerdə vəba xəstəliyinin çıxdığını eşitdiyiniz vaxt oraya getməyin. Olduğunuz yerdə vəba ortaya çıxdığı vaxt qaçaraq oradan uzaqlaşmayın“. (Buxari, Tib: 30; Müslim, Selam: 98.)

Bir qadın beş vaxt namazını qılar, Ramazan orucunu tutar, namusunu qoruyur, yoldaşına itaət edərsə, istədiyi qapıdan Cənnətə girər“. (Müsnəd, 1: 191.)

“Sərvəti artıranlar həlak oldu. Ancaq Allahın kasıb bəndələrinə verib, bu sərvət ilə xeyirli əməl işləyənlər müstəsna. Təəssüf ki, bu kimilər azdır”.

Cənazə namazını Həzrəti Osman (ra) qıldırmış, onu qəbirinə apararkən Həzrəti Əli (ra) belə demişdir: “Ey Avfın oğlu! Gülə gülə əbədi həyata, get. Sən bu fani həyatın ən gözəl günlərini gördün. Bu parlaqlıq həyat bulanmadan Axirətə köçürsən“. Sad b. Əbi Vaqqas da onun cənazəsini daşıyarkən: “Ey nəhəng dağ” deyərək Abdurrahmanın (ra) xasiyyətindəki möhkəmlik və mətanəti ifadə etmişdi. Abdurrahman (ra), əl-baqidə dəfn olunub.

Rəbbimizdən о ulduz simalar kimi malı da canı da Allah yolunda fəda edə bilməyi və şəfaətlərinə nail olmağı niyaz edirik.

Amin!..

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün