14 yaşlı Müsəlman oğlan Universitet müəllimi seçilib

Böyük Britaniyanın ən ağıllı uşağı – müsəlman Yaşa Esli (Yasha Asley) böyük şagirdlərə kömək kimi Leiçester Universitetinə işə qəbul edilmişdir, Daily Mail xəbər verir.

14 yaşlı Yaşa Esli universitetin ən gənc tələbəsi idi və burada seminarlar aparmaq üçün dəvət aldıqdan sonra ən gənc işçisi – müəllimi oldu.

13 yaşlı yeniyetmə universitetdə böyüklər rəqiblərini üstələyərək, müsahibədən uğurla keçərək ödənişli mövqe tutdu. Onu işə qəbul etmək üçün adminstrasiya hətta şəhər orqanlarından icazə almağa məcbur qaldı.

Onun universitetdə verdiyi həftəlik seminarlar riyaziyyatdan dala qalan böyük tələbələr üçün nəzərdə tutulmuşdur.

“Bunlar mənim həyatımın ən yaxşı illəridir. Mən universitetə getməyi və tələbələrə kömək etməyi sevirəm. Bundan sonra artıq məktəb forması yoxdur.”, – “canlı kalkulator” ləqəbi verilmiş gənc deyir.

İndi o, axırıncı kursdadır və doktorluq dissertasiyası yazmağa hazırlaşır.

O, dünyada ilk uşaqdır ki, 8 yaşında orta məktəb kursundan ən yüksək bal yığmışdır – 100/100 bal. Bundan başqa öz altı elmi işindən ikisindən 100 baldan 99 bal almışdır.

Beləliklə, 6 yaşında ibtidai məktəbi oxuduqdan sonra dərhal universitetə qəbul olmuşdur.

O, deyir: “Mən riyaziyyatı sevirəm, çün ki bu dəqiq elmdir. Bu yeganə elmdir ki, öz fikrini təsdiq etmək olur”

Yeniyetmənin atası, 53 yaşlı Musa Esli oğlunu tək böyütmüşdür. Və indi o, hər gün oğlunu leksiyalara aparır. Onun sözlərinə görə, oğlunu Universitetdə yaxşı qəbul ediblər.

“Mən onda hər şeyin əla olduğunu görəndə fəxr edirəm və o, sevdiyi işi görməklə böyüyür” deyə, yeniyetmənin atası şərh edib.

Mənbə: islam.com.ua

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün