Dünyaya bir qapı açılar. İnsanoğlu bu qapıdan dünyaya təşrif etdiyində, aləmdən və özündən xəbərsiz bir halda kainatı və ətrafındakıları tanımağa cəhd edər. Bu cəhdlər onu həyatın müxtəlif mərhələlərindən keçirdərək, vücudunun uşaqlıq, gənclik və daha sonra da qocalıq dövrünə rast gətirər. Hər dövr öz ecazkarlığı, gözəllikləri və sıxıntıları ilə bərabər insana yaxşı və pis mənada bir şeylər qatar. Və bir gün olar…

İnsan ona verilən ağılın həqiqətini dərk edərək, bu günündən keçmişinə doğru boylanaraq həyatın varlıq sirrini dərk etmək üçün təfəkkür üfqünə açılar.

Bu düşüncə, ona həqiqət sirrlərinin önündəki pərdələrin qalxması üçün ilk mərhələdir. Əgər səlim bir ağılla düşünərək, Kainatın yaradılış sirrlərinə vaqif olmağa cəhd edərsə, o zaman qarşısında sonu olmayan məna ümmanları açılar və Yaradılışın həqiqi qayəsinə çatar. Bu fikirlər ona həqiqi düşüncə qapısını açaraq bu cür sual edər: Mən niyə varam? Bu aləmi-kainat nə üçündür? İnsanın və onun yaşaması üçün lazım olan hər bir şeyin həyatda əskiksiz olaraq var olması hansı qüdrətin varlığından xəbər verir?

Ağacların meyvəsi bəllidir. İnək, qoyun və keçinin meyvəsi süd, arının meyvəsi bal, günəşin meyvəsi istilik və işıq, balığın meyvəsi balıq, toyuğun meyvəsi yumurtadır… Sadaladığımız bütün varlıqlar meyvələrini özləri yemədən insana verir. Bəs insanın meyvəsi nədir və o meyvəni kimə təqdim etməlidir?

Kainatda var olan bütün mövcüdat özündən başqa hər hansı bir varlığa xdimət edərkən, insanoğlu başı boşmu yaradılıb? Məgər insan ətrafında gördüyü mükəmməl nizam və gözəlliklər üçün bunların sahibinə təşəkkür etməli deyilmi?

Bu və bənzəri suallarla yəqin ki, hər birimiz zaman-zaman vicdanımızda qarşılaşmış və cavablar axtarmağa çalışmışıq. Məhz Türkiyəli araşdırmacı-yazar Vehbi Karakaşın yazdığı əsəri dilimizə uyğunlaşdıraraq “Kimə Təşəkkür Etməli” adı altında bütün bu sualların cavabını tapmaq üçün, millətimizin əziz insanlarının xidmətinə təqdim edirik.
Bu kitabın Azərbaycan millətinə və bütün insanlığa faydalı olmağını Allahdan diləyirik.

Müvəffəq edən yalnız Allahdır.

Bu kitab bir Gənc Muslim layihəsidir və pulsuz paylanmaqdadır. Kitabı əldə etmək istəyən bizimlə əlaqə saxlaya bilər.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün