İslamın Dirilişi Üçün Gözlənən Zəfər Nəsli

120

Gözlənən Zəfər Nəsli..

Haqq və batil mübarizəsi dünya var olduğundan davam etməkdədir. Allah, bir imtahan səbəbi ilə fərqli-fərqli zamanlarda bu iki məfhumun safında yer alan millətləri yer üzərində hakim qılaraq nə edəcəklərinə nəzər salmaqdadır. Daima haqqın safında yer almağa cəhd edən İslam dünyası 20-ci əsrdə tarixinin ən çətin mərhələlərinə qədəm qoyaraq yox və var oluş mücadələsi verdi.

Bu zaman ərzində İslam Dünyası 4 çətin mərhələdən keçdi:

1-ci mərhələ: Birinci Dünya müharibəsiylə, Türkiyə xaric bütün İslam ölkələri avropalıların əlinə keçdi. Bu vəziyyət demək olar ki, İkinci Dünya müharibəsinə qədər davam etdi.

2-ci mərhələ: İkinci Dünya müharibəsiylə, Rusiyanın nəzarətindəki ölkələr xaric, İslam Dünyası siyasi müstəqilliyini əldə etmək üçün fürsət tapdı. Afrikada bir neçə yeni İslam Dövləti quruldu.

3-cü mərhələ: İqtisadi müstəqillik mücadələsi.
Hal-hazırda bütün İslam ölkələri öz iqtisadi qaynaqlarından özünün faydalanması üçün çalışır. Ancaq burada problem birdən-birə dərinləşməkdədir. İqtisadi qalxınma hansı sistemlə və nə cür baş tutacaq?

4-cü mərhələ: Fikir və düşüncədə müstəqillik.
Osmanlı Dövləti zəiflədikcə, Qərblilər içimizə girmiş, İslama olan inanc və güvənləri yıxmışlar. Bu güvən və inanc yıxıldıqca müsəlmanlar qurtuluşu qərbliləşməkdə görməyə başlamışdır. Məsələ o yerə qədər gəlib çatmışdır ki, iqtisadi və siyasi qalxınmanı, alternativ olaraq İslam Mədəniyyətində görmək yerinə, tamamilə İslama düşmən və Qərb təqlidçisi bir nəsil yetişmişdir.

Bütün bunlara baxmayaraq;

Aradan illər keçdikcə Qərb tərəfindən satın alınmış “ziyalıların”, İslamın Dirilişinə əngəl törətmək cəhdləri baş tutmamış və İslam Tezisi qarşısı alınmayacaq şəkildə yenidən doğmuşdur.

İslam xalqlarının yenidən Mədəniyyət İnşası üçün müsəlman ziyalıların ortaya çıxması, düşüncədə, inancda, sənətdə, ədəbiyyatda dirilişin baş verməsi şərtdir. Bu sadaladıqlarımızdakı diriliş baş tutduqdan sonra, İslam hərəkatının diriliş mərhələsi başlamaqdadır ki, dünyanın qurtuluşu və yeni adil nizamın inşası bu hərəkata bağlıdır.

Bədr və Uhud modeli

Bu hərəkatın reallaşması üçün Bədr döyüşü əbədi bir modeldir. İman tam, güvən tam, səbir tam, cihad tam olduğu anda, zəfər də tamdır. Uhud, Bədrin fotoqraf sənətindəki neqatifi kimidir. Ağın qarası kimi. Bu təməl ünsürlərdən biri, az da olsa əksikdirsə (məsələn, səbir lazımı qədər deyilsə), zəfərlərin ən qəti olanı belə, məğlubiyyətə çevrilə bilər. Tarix boyu bütün qalibiyyətlərimizdə Bədrdən bir qoxu, bütün məğlubiyyətlərimizdə isə Uhuddan bir qoxu vardır. Yəni, Bədr də, Uhud da bizim üçün davamlı bir örnəkdir. Nə Bədr bitmiş, nə də Uhud. Xəndək savaşı isə, Bədrlə Uhud arasında bir körpüdür. Bədrə tərəf keçidi olan bir körpüdür.

Bir neçə ildir ki, İslam Dünyası Uhud modeli savaşlar etməkdədir. Az ixlaslarımıza qarşılıq görünüş olaraq Bədr modeli görünsə də, kiçik müdaxilələr qarşısında təkrar Uhud modelinə geri dönülür. Uhud savaşları edə-edə Xəndək modelinə yaxınlaşdıq. Bu gün dünyanın dörd bir yanında islam inancı yavaş-yavaş dirçələrək Xəndək savaşının ilk ayaq addımlarının səslərini eşitməkdədir. Bu dəfə Bədr ilk əvvəl deyil, ən sonda gələcəkdir. Hər yandan düşmən xəndəkləriylə ətrafımız mühasirəyə alınıb və zaman-zaman safımızdan bir müsəlman, bu xəndəyi aşaraq dastan yazır və bu uğurda can verir.

Ey gənc qardaşım, ey gənc bacım!

Sən ətrafının bir xəndəklə əhatə edildiyinin fərqindəsənmi? Yoxsa qəflət yuxusunda xəndəkdə can verənləri seyr etməkdəsən?

Əgər ətrafında qazılan xəndəklərdən agah olaraq, bu xəndəyi keçməyə cəhd edərək, İslamın dirilişini müjdələyən ZƏFƏR NƏSLİNİN bir fərdisənsə, nə xoş halına, ey Gənc!

Fikirlərini bizimlə bölüş və yazını paylaşmağı unutma..

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün