Qılınc gücüylə?

İslamın qılınc gücüylə yayıldığını zənn edənlər, İslamı həqiqi şəkildə bilmədiyi üçün bu cür düşüncəyə sahiblənmişdirlər. Halbuki, İslamın güc tətbiqi ilə yayılması bir yana, müsəlmanların əmri altında yaşayan qeyri-müsəlman xalqların inanclarının, öz adətlərinin, namuslarının və canlarının qorunması tarixin şahid olduğu həqiqətlərdir. Doğduğu ilk gündən etibarən tarix yazan İslam, 200 ildir ki, tarix səhnəsindən kənara çəkildikdən sonra, Avropa və qərblilərin sömürgə siyasətinin qurbanı olmuşdur.

Qərblilər bu qısa zaman dilimində müsəlmanların düşüncə, inanc, sənət və müqəddəs dəyərlərini məhv etmişdir. Gördüyü hər kəsə tolerantlıq dərsi verməyə çalışan Avropa və qərb, öz sömürgə tarixini unudaraq müsəlmanlara qarşı propaqanda aparırlar. Cəmiyyətdə İslama qarşı nifrət toxumlarını səpərkən, onların bu iddialarını çürüdəcək müsəlmanların hakimiyyət illərindən örnəkləri oxuyub, İslamın digər millətlərin inanc və dəyərlərinə nə cür hörmətlə yanaşdığının şahidi olacaqsınız.

Prof. Dr. Məhəmməd Həmidullah “Həzrət Peyğəmbərin Diplomatik Məktubları” adlı əsərində müxtəlif ölkələrdə Peyğəmbərimizə (ona və ailəsinə Allahın salamı olsun) aid olan bir çox “əmannamə – (düşmənin amanda olduğuna dair sənəd)” nüsxəsi gördüyünü ifadə edir. Bunlardan birinə aid olan bu xatirə nə möhtəşəmdir:

İstanbul fəth edildiyində ətrafdakı hökmdarlardan təbrik üçün heyətlər gəlirdi. Bunlar arasında Qüds Rum katoliki Atnasyos da var idi. Fatehin hüzuruna çıxan katolik, Peyğəmbərimizin (ona və ailəsinə Allahın salamı olsun) barmaq basaraq imzaladığı əmannaməni və Ömər (Allah ondan razı olsun) zamanından qalma kufi xətlə yazılmış sənədləri göstərir. Qüdsdəki ibadət məkanlarının qədimdən olduğu kimi qalmasını xahiş edir. Fateh Peyğəmbərimizin (ona və ailəsinə Allahın salamı olsun) verdiyi haqları eynilə təsdiq edir. Belə bir fərman yazır və “Hər kim bu müqəddəs yazını ləğv edərsə, Allahın lənətinə uğrasın!” – qeydini əlavə edir. Bu fərman hal-hazırda Türkiyənin Başnazirlik Osmanlı Arxivi, Kilsə Dəftəri No: 8-dədir. (1)

İslami əsaslar sayəsində müsəlman cəmiyyət elə hala gəlmişdi ki,  idarələri altında yaşayan insanlar istər xristian olsun, istər yəhudi rifah içində yaşayırdı və həyatlarından məmnun idilər. Hətta onlar öz dindaşlarının idarəsini istəmir, müsəlmanları onları bu zülmdən qurtarmaq üçün öz ölkələrinə dəvət edirdilər.

Bernard Lewis belə deyir:

“Osmanlı insanları xristianları valeh edirdi. Osmanlıların xoşrəftar olmaları və dövlətlərindəki imkanlar, xoşbəxt yaşamaq istəyən bir çox insanı bu ölkəyə gəlməyə sövq edirdi. Çətin vəziyyətdə yaşayan kəndlilər, ağalarının düşmənlərindən mədət umurdular. Luther belə 1541-ci ildə nəşr etdiyi bir əsərində xristianları belə xəbərdar etmişdir: “Sizin kimi acgöz prinslərin, feodalların və burjuaların idarəsi altında yaşamaqdansa, Türklərin idarəsi altında yaşamaq kasıblara daha xeyirli ola bilər.” (2)

(1) Ziya Dəmirəl-Avni Arslan, Osmanlıda Peyğəmbər Sevgisi, Ankara 2009, səh. 63, www.turkislamtarihi.nl
(2) Bernard Lewis, “The War and the Polities İn The Legacy of Islam”, ikinci nəşr, Oxford, 1974, səh. 156-209.

Fikirlərini bizimlə bölüş və yazını paylaşmağı unutma..

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün