Bütün müsəlmanların yeni ilinin xeyirli olmasını Rəbbimizdən diləyirik.

Məhərrəm ayının İslam tarixində üç önəmli özəlliyi vardır.

  1. Hicri təqvimin başlanğıcı olması.
  2. İlk oruc
  3. Peyğəmbərimizin nəvəsi Hüseynin şəhid edilməsi (Allah ondan razı qalsın)

Bu üç məsələni ayrı-ayrı məqalələr halında incələməyə çalışacağıq.

Hicri təqvimin başlanğıcı – Məhərrəm ayı.

Keçmiş dövrdəki cəmiyyətlər təqvimdə əsasən ay ilindən istifadə edirdilər. Ay təqvimdən ilk olaraq Babillilərin istifadə etdiyi bilinməkdədir. Günəş ili isə ilk dəfə qədim Misirlilər tərəfindən istifadə edilmişdir. Misirin bu ilk günəş təqvimi, Miladdan əvvəl 45 tarixində, Roma diktatoru Jul Sezar tərəfindən irəli sürülmüş, beləliklə də, “Julien Təqvimi” deyilən Rumî Təqvimi yaranmışdır. Bu təqvim Miladdan sonra 1582-ci ildə Papa XIII Qreqoir tərəfindən təkmilləşdirildi. Beləcə, Qreqorien adıyla Qərb təqvimi (Efrenci Təqvim) formalaşdı

Hicri tarix, Muhamməd (Ona və ailəsinə Allahın salamı olsun) Məkkədən Mədinəyə hicrətiylə başlayır. Hicri Qəməri təqvimə İslam təqvimi də deyilir və ayın öz orbiti ətrafında fırlanmasına görə tənzimləndiyi üçün qəməri (ay) adı verilmişdir.

İslamdan əvvəl ərəblər ən əlamətdar hadisələri tarixin başlanğıcı sayır, sonrakı illəri ona nisbətən hesablayırdılar. Məsələn, Peyğəmbərin beşinci nəsildən ulu babası Qüseyy ibn Kilabın vəfat ili, daha sonra isə “fil” ili ərəblərin tarix başlanğıcı hesab edilirdi. Sonrakı illəri “fil ilindən bir il sonra”, “fil ilindən iki il sonra” və s. ardıcıllıqla müəyyən edirdilər. (Tarixul-Yaqubi, II,17).

Mədinədə İslam dövlətinin qurulmasından möminlərin əmiri Ömər bin Xattabın (Allah ondan razı qalsın) dövrünə qədər müsəlmanlar Fil hadisəsi, Ficar savaşı, Zəlzələ ili, Vida Həcci və bəzi şəxslərin ölümü kimi önəmli hadisələri tarix başlanğıcı kimi qəbul edib buna görə zamanlarını təyin etməkdə idilər.

Ancaq bütün bunların bir çox anlaşılmazlıqlara səbəb olması və Ömər bin Xattabın dövründə meydana gələn hadisələr bu üsulun dəyişdirilməsinin vacibliyini əyani olaraq göstərdi.

Belə ki, Ömər bin Xattabın dövründə təqdim edilən bir borc sənədində ödəmə üçün vədə tarixi olaraq göstərilən Şaban ayının, keçən ilə yoxsa gələcək ilə aid olduğu təyin edilə bilinməmişdi. Ayrıca eyni dövrdə Bəsrə valisi olan Əbu Musa əl-Əşaridən gələn bir yazıda; Xilafət məqamından göndərilən kağızların hansının əvvəl hansının sonra olduğu və hansının hökmüylə hərəkət edilməsi gərəkdiyi bilinmədiyi üçün, bu problemin təcili olaraq həll edilməsi tələb olunurdu.

Hicrətdən on altı il sonra (638-ci il), dövrün xəlifəsi Ömər bin Xattabın əmri ilə tarix məsələsinin həll edilməsi üçün Mədinədə bir məşvərə məclisi toplandı. Səhabələr bu məsələni görüşərək tarix başlanğıcı mövzusunda fərqli fikirlər irəli sürdülər.

Sad bin Əbi Vaqqas, Rasulullah (Ona və ailəsinə Salam olsun) vəfatının tarix başlanğıcı olmasını, Talha bin Ubeydullah da (Allah ondan razı qalsın) bisətin, yəni peyğəmbərlik vəzifəsinin Allah Rasuluna verilməsinin əsas alınmasını təklif etdi.

Əli bin Əbu Talibin (Allah ondan razı qalsın) təklifi isə, hicrətin tarix başlanğıcı olaraq seçilməsi idi. 

Bütün bu fikirlər müzakirə olunduqdan sonra Əli bin Əbu Talibin hicrətin tarix bağlanğıcı olması haqqındakı təklifi qəbul edildi.

Bu hadisə, hicrətin 17-ci ilində gerçəkləşdi. Bilindiyi kimi, Hicrət 622-ci il Rabiuləvvəl ayının 12-i baş vermişdir. Ancaq ərəblərdə keçmişdən bəri Məhərrəm ayı ilin əvvəli olaraq qəbul edilmişdi. Həmçinin qəməri il məhərrəm ayı ilə başladığından tarix iki ay səkkiz gün geri çəkilib, Hicri təqviminin başlanğıcı 23 iyul 622 ci il olaraq qəbul edildi. Beləcə 1 Məhərrəm 622 tarixi Hicri birinci ilin başlanğıcı oldu.

Hicri təqvimdə on iki ay vardır və Məhərrəm ayı ilə başlayır və Zilhiccə ilə sona çatır. Hicri (qəməri) ayları bunlardır: Məhərrəm, Səfər, Rəbiuləvvəl, Rəbiulaxır, Cəmaziləvvəl, Cəmazilaxır, Rəcəb, Şaban, Ramazan, Şəvval, Zilqadə, Zilhiccə.

Hicri təqvimi müsəlmanlara aid olan bir təqvimdir və hətta oxuma-yazma bilməyən bir insan da bu təqvimdən istifadə edə bilər. Bu təqvimdə hesablamalar aparmaq, ramazanın nə zaman başlayacağını bilmək, nə zaman namaz qılınacağını müəyyən etmək üçün incə astranomiya biliklərinə ehtiyac yoxdur

Hicri təqvim ayın hilal şəklində göründüyü ilk gecəni ayın başlanğıcı olaraq qəbul edər. Belə ki, ayın 29-u günü günəşin batdığı tərəfdəki göy üfüqünə diqqətlə baxılır və əgər ay görünürsə deməli ay doğmuş və təqvimə görə ertəsi ayın ilk günü başlamış olur. Hilalın bu görüntüsü 5-6 dəqiqə davam edir və sonra da yox olur. Beləki bu görüntü təsbit edilməmişsə ay otuz gün davam edəcəkdir. Yox əgər 29-cu günü göy buludlu olarsa o ayın 30 gün davam edən bir ay olduğu qəbul edilir. Ayın yenidən görünməsinə qədər keçən müddət bir ay, on iki ay isə bir il sayılır.

Bu təqvimə görə ayın dünya ətrafında dönməsi iyirmi doqquz yarım gün olaraq qəbul edilir. Bu səbəblə bir ay 29, bir ay da 30 gün olaraq qəbul edilir. Beləcə miladi təqvimdə bir il 365 gün, Qəməridə354 gün olaraq hesablanır. Buna görə hicri aylar miladi aylardan hər il on bir gün əvvəl gəlir. Bu, hicri ayların mövsümlərlə üst-üsdə düşməsinə səbəb olur. Buna görədir ki, hicri təqvimin bir ayı olan Ramazan, bəzən qış, bəzən də yaz mövsümlərinə və ya digər mövsümlərə rast gələrək, ilin bütün mövsümlərini, həftələrini, aylarını və günlərini dolaşır. Otuz altı il oruc tutan biri də ilin hər ay və günlərində oruc tutmuş olur. (Muhamməd Hamidullah, İslam Peyğəmbəri, II,857) 

“(Ya Rəsulum!) Yeni doğan aylar (hilal) barəsində səndən sual edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir.” (Bəqərə,189)

“Günəş ay, bir hesâba görə (hərəkət etməkdə)dir.” (rAHMAN, 5)

“(O,) səhəri, (gecənin qaranlığını) yararaq çıxarandır. Gecəni bir istirahət (zamanı), günəşi ayı da (vaxt təyinində) bir hesab (vəsiləsi) etmişdir. Bu, Aziz (qüdrəti daim üstün gələn), Alim (hər şeyi haqqıyla bilən Allah)ın təqdiridir.” (Ənam, 96)

“O, günəşi bir işıq (qaynağı), ayı isə bir nur edən, illərin sayını və (vaxtların) hesabı(nı) bilməniz üçün də ona (aya) bəzi mənzillər (orbitlər) təqdir edəndir. Allah, bunları ancaq haqq (və hikmət) ilə yaratmışdır. O, ayələrini anlayıb bilən bir qövm üçün belə müfəssəl izah edər! ” (Yunus,5)

“Şübhəsiz ki, göyləri və yeri yaratdığı gündə, Allahın Kitabında (lövhi-məhfuzda) Allah qatındakı ayların sayı on iki aydır; onlardan dördü haram (aylar) dır.” (tövbə,36)

Hicrət, nə üçün tarix başlanğıcı olaraq qəbul edilmşidir ?

Hicrət, İslam inqilabının bir dönüş nöqtəsi olmuşdur. Hicrətə qədər keçən zaman dilimi zülüm və işgəncə altında yaşanan bənzəri görülməmiş bir səbr ve mətanət dövrüdür. Hicrət bəsit bir köç hadisəsi deyildir, o İslamı qurtarma taktiqası və onu daha geniş kütlələrə yaymaq məfkurəsindən qaynaqlanmaqdadır.

Həqiqətən də Hicrətlə həm Müsəlmanların həyatları qurtulmuş, həm də onların timsalında İslamiyyət qurtulmuşdur. Yeni bir çevrədə, yeni bir dostluq və qardaşlıq mühitində yeni möminlərlə qısa zamanda güclənmək imkanı qazanılmışdır.

Hicrət edən möminlərə “Muhacirlər” ismi verilmişdir. Rəsulullah aleyhissalam Hicrəti önəmli bir İslami qavram olaraq dəyərləndirmişdir:

Gerçək muhacir, Allah’ın qadağan etdiyi şeylərdən çəkinən, onları tərk edən kimsədir.” (Bəqərə Surəsi, 189.)

“Hicrət, günahları tərk etməyindir.” (Müsnəd. 4:114.)

“Gerçək mühacir, xəta və günahları tərk edəndir.” (İbni Macə, Fitən: 2.)

“Gerçək muhacir, Allah’ın üzərinə haram buyurduğu şeyləri tərk edəndir. (Əbu Davud. Vitr: 12.)

Hicrətin ən fəzilətlisi:

Rabbimin bəyənmədiyi şeyleri terk etməyindir.(Müsnəd. 2: 160, 191.)

Göründüyü kimi Hicrət möminlərin hayatında sadəcə bəlli bir tarixi hadisə olaraq qalmamış, bir irşad qavramı olaraq da varlığını davam etdirmişdir. Bu hədis-i şərif bir həqiqəti daha aydın ifadə etməkdədir:

“Məkkə fəthindən sonra hicrət yoxdur, ancaq eyni dərəcədə savab olan cihadyaxşı niyyət var. Cihada çağrıldığınız zaman sevərək gedin.” (Müslim, imarət: 85)

O gündən bu günə 1400 il keçdi. Dəlalətdən hidayətə, zülmətdən nura, şirkdən tövhidə, günahdan savaba, səbəblərin qaranlıq pərdələrindən Allah’ın sonsuz Qudrətinə hicrət edib iltica edən milyardlarla Müsəlman muhacir dünyanı şərəfləndirmişdir.

İslamın 15-ci əsrində 1 milyardın üzərində Müsəlman eyni yola könül verməkdə və hicrət karvanı Qiyamətə doğru bir sel kimi axıb getməkdədir.

“Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz! “(əl-Maidə, 51) 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün