1. Həmd (şükür və tərif) aləmlərin Rəbbi olan Allaha məxsusdur, biz yalmz Ona ibadət edir və yalnız Ondan kömək diləyirik. Bəşəriyyət üçün etdiyi bütün xeyirxahlıqlar səbəbilə Allahın Rəsulu Muhammədə salavat və salam olsun, ona səmimi-qəlbdən ehtiram bəsləyir və itaət edirik!

(Qur`ani–Kərimdəki bir ayədə Allah-Təala son Rəsulu Muhamməd Mustafanın adının hansı səbəbdən olmasına baxmayaraq, hər hansı bir yerdə qeyd edilən zaman ona “salavat və salam” göndərilməsini əmr edir (bax. Əhzab, 33/56).)

2. “Allahın Elçisi” məfhumu ölkələrə, mühitlərə və əsrlərə görə müxtəlif şəkillərdə təzahür edə bilər. Müsəlmanların nəzərində insan bütün məxluqat arasında ən şərəfli və hörmətli olanıdır. Allahın hər hansı elçisi isə digər insanlar arasında ən hörmətli və ən kamil olanıdır. Bu kamillik şübhəsiz ki, yalnız insanlığın ən gözəl və mükəmməl təzahürləri və xüsusiyyətləri kimi bilinməlidir.

3. İnsan həyatı maddi və mənəvi olmaqla iki böyük hissəyə ayrılmışdır. Bu iki sahə arasında tarazlıq meydana gətirmək və müvazinətli bir həyatin canlı nümunəsini digər insanlara göstərə bilmək yəqin ki, fani olan insanlara hidayət yolunu göstərməyə cəhd edən bir insan üçün ən ideal yoldur.

4. Tarixdə həyatları təqlid edilməyə layiq nümunəvi insan kimi çoxlu sayda hökmdar, alim, övliya və digər bir sıra görkəmli şəxsiyyətlər nəzərə çarpır. Ölümündən on dörd əsr keçməsinə, zəmanəmizdə elm və texnikanın bu qədər inkişaf etməsinə, həyat şərtləri və anlayışlarının kökdən dəyişikliklərə məruz qalmasına baxmayaraq, görəsən nə üçün Muhammədin (sallallahu aleyhi və səlləm) həyatını araşdırırıq?

5. Təbii ki, bir müsəlman üçün qeyd edilən sualın cavabı asan və sadədir. Həyatda o rəhbərin-Rəsulullahın göstərdiyi yol təqib edilməzsə, müsəlman olmaq qeyri-mümkündür. Lakin Hz. Peyğəmbərin həyatını təfərrüatı ilə bilməyən üçün ilkin mərhələdə aşağıdakı həqiqətləri vurğulamaq faydalı və məqsədə uyğundur:

a. Onun öyrətdikləri şəxsən öz nəzarəti altında qələmə alınmış və tam şəkildə mühafızə edilərək sonrakı nəsillərə ötürülmüşdür. Hz. Muhamməd (s.ə.s) müxtəlif böyük dinləri insanlara təbliğ edən digər peyğəmbərlərdən fərqlənmişdir. Çünki o, Allahdan vaxtaşırı aldığı vəhyləri və digər ilahi əmrləri sadəcə olaraq ətrafındakı insanlara təbliğ və izah etməklə kifayətlənməmiş, eyni zamanda bunları katiblərinə qeyd etdirmiş və ona iman gətirib tabe olan səhabələrə paylaşdıra bilmək üçün çoxlu sayda nüsxələr yazdırmaqla tədbir almışdır. Onun öyrətdiklərinin qorunaraq mühafizə edilməsi, müsəlmanların dini vəzifəsi olaraq ibadət edərkən vəhy mətnlərinin oxunması ilə təmin edilmişdir(yəni namazda Quranın oxunması). Belə olan təqdirdə, ilahi mənşəli ayələrin əzbərlənməsi kimi bir məcburiyyət də ortaya çıxırdı. Bu vəhylərin, yəni Qurani-Kərimin nüsxələrini meydana gətirən həmin tətbiqat mütəmadi olaraq davam etdirilirdi. Beləliklə də yazı ilə qeyd etmək və əzbərləməklə iki üsul ilahi təbliğin vəhy edildiyi dildə və dəqiqliklə digər nəsillərə ötürülə bilməsi üçün, bir-birini tamamlayaraq davam etdirildi. Qurani-Kərimin mətni Tövrat və İncilin ikisinin cəmindən daha böyükdür. Ona görə də insan həyatının hər sahəsi ilə əlaqədar çoxlu sayda əmrlər və təlimatlar əks etdirməsinə təəccüblənməməliyik.

b. Muhamməd (s.ə.s) Allahın Elçisi olma şərəfininin yalnız ona məxsus olmasına dair heç bir şey söyləməmişdir. Əksinə, özündən əvvəl Allahın bütün millətlərə elçilər göndərdiyini bildirmişdir. Adəm, İdris, Nuh, İbrahim, Musa, Davud və İsa kimi bəzi peyğəmbərlərin adlarını qeyd etmiş və adlarını bildirmədiyi çox sayda peyğəmbərin gəlib–keçdiyini vurğulamışdır. Hz. Peyğəmbər bildirmişdir ki, özunün yeğanə vəzifəsi əzəli və əbədi həqiqəti yenidən bərpa etmək və əvvəlki peyğəmbərlər tərəfındən insanlara təbliğ edilən prinsipləri yenidən canlandırmaqdır. Hansı ki, Adəmlə Həvvanın nəslindən gələnlər tərəfindən tarixdə baş verən məyusedici müharibələr və inqilablar nəticəsində təhrif olunaraq tamamilə unudulmuşdur. Hz. Muhammədin (səs) özünün gətirdiyi ilahi təbliğin ondan sonra Allahın yeni bir peyğəmbər göndərməsinə ehtiyac olmayacaq şəkildə toxunulmadan və təhrifedilmədən qalacağına dair kəskin inamı olmuşdur. Həqiqətən də bu gün Qur`ani-Kərim ilə onun səhih hədislərini əks etdirən kitablar, orijinallığı ilə eynən əlimizdə mövcuddur.

c. İlahi təbliğ başladığı ilk gündən bəri Muhamməd (s.ə.s) bütün dünyaya xitab edirdi. Beləliklə o, özünü heç bir zaman yalnız bir millətlə, yaxud hər hansı müəyyən bir əsrlə məhdudlaşdırmırdı. О cümlədən irqi və sinfi ayrı-seçkiliyə də məhəl qoymurdu. Odur ki, İslam nöqteyi-nəzərindən insanların bərabərliyi və yalnız səmimi-qəlbdən edilən işlər səbəbilə, yəni təqvaya görə üstünlüyün ola biləcəyi əsas qayda kimi qoyulmuşdur.

d. Mütləq mənada “pis insan” kimi, mütləq mənada “yaxşı insan” da cəmiyyətdə nadir hallarda müşahidə olunan istisnadır və insanların əksəriyyəti “mötədil insan” təbəqəsinə daxildir. Muhamməd (s.ə.s) özünü sadəcə olaraq “mələk” təbiətli insanlarla məhdudlaşdırmamışdır. Onun təbliği əsasən insanların əksəriyyətini təşkil edən mötədil insan təbəqəsinə yönəlmişdir. İnsanın əsas qayəsi Quam–Kərim ifadəsi ilə: “…Eу
Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver (yaxşılıqlar, xeyirxahlıq)…” olmalıdır. (Bəqərə, 2/ 201)

е. İnsanlıq tarixində böyük hökmdarlar, fatehlər, reformistlər, övliyalar və s. heç bir zaman əskik olmamışdır. Bunların əksəriyyəti öz sahələrində görkəmli şəxsiyyətlər olmuşlar. Qeyd edilən bütün xüsusiyyətlərin (Hz. Muhamməd peyğəmbərdə olduğu kimi) bir insanda toplanması çox nadir müşahidə olunan hadisə olmaqla yanaşı, onun təlimlərinin mənimsəyənlər tərəfindən də eynilə həyata keçirilməsi digər tərəfdən çox az qarşılaşılan bir haldır.

f. Reformist bir şəxs kimi Hz. Muhammədin (s.ə.s) dünyanın ən nəhəng dinlərindən biri olan, hələ də öz varlığını canlı şəkildə davam etdirən və öz mənsubları baxımından gündəlik qazancı ilə müqayisədə itkisinin çox cüzi olduğu bir dinin müəllimi və təbliğçisi olduğunu vurğulamaq kifayətdir. Allahın ən çox sevdiyi bəndəsi və buyurulan prinsipləri daim sədaqətlə həyata keçirən bir şəxsiyyət olması ilə də onun həyatının qüsursuz və
məsumluqla keçdiyi nəzərə çarpır. Sözün əsil mənasında xaosun hökm sürdüyü bir ölkədə öz təşkilatçılıq qabiliyyəti ilə on il ərzində saysız-hesabsız nailiyyətlər əldə etmişdir. Belə ki, o, İraq və Fələstinin cənub hissəsi də daxil olmaqla, bütün Ərəbistan yarımadasını əhatə edən və sahəsi üç milyon km-dən çox olan bir dövlət qurmuşdur. Bu dövləti o, özündən sonra on beş il kimi qısa müddət ərzində Avropa*, Asiya və Afrika kimi üç qitəyə qədər genişləndirən xələflərinə əmanət edib getmişdi.

(İspaniyanın bir hissəsi hicri təqvimlə 27·ci ildə (miladi 647–ci ildə) əsasən Xəlifə Osman dövründə fəth edilmişdir. Bu mövzu ilə əlaqədər ətraflı məlumat üçün bax. Təbəri. “Tarix”, I. 2817; Bəlazuri, “fütuh“, s. 408; Muhamməd Həmidulləh. “İslam Tetkikleri Enstitüsü Dergisi’ (İstanbul 1978), VIII. cüz: l-2, :. 221·226·cı səhifələrdə dərc edilən ərəbcə ‘Fəthü–Əndəlus fi Xilafəti Seyyidinə Osman, 27-ci il’ adlı məqaləsidə İspaniyanın fəthi ilə bağlı təfərrüatı ilə məlumat verilmişdir.)

Bir fateh olaraq iştirak etdiyi müharibələrdə hər iki tərəfdən də verilən itkilər sadəcə olaraq bir neçə yüz nəfərdən çox olmamışdır. Bununla yanaşı, fəth edilən torpaqlarda yaşayan insanlar ona tam şəkildə itaət edirdilər. Dogrudan da o, fıziki cəhətdən yox, qəlbi və mənəvi baxımdan insanlara hökm etməyi üstün tuturdu. Yaşadığı müddətdə əldə etdiyi nailiyyətlər Vida həcci ərəfəsində Ərəfatda min nəfərlik camaata xitab edəcək qədər böyük olmuşdur. Bundan əlavə, həmin tarixi hadisənin baş verdiyi vaxt xeyli sayda müsəlmanın o il həccə gələ bilmədiklərini də nəzərdən qaçırmamaq lazımdır. Çünki bir müsəlman üçün hər il həccə getmək məcburiyyəti yoxdur.

g. Hz. Muhamməd (s.ə.s) heç vəchlə özünü möminlərə tətbiq edilməsini buyurduğu qaydaların fövqündə görməmişdir. Əksinə, o, namaz qılmış, oruc tutmuş və ətrafındakı əshabələrinə verilməsini əmr etdiyi zəkat miqdarından daha çox məbləğdə daim sədəqə vermişdir. İrəlidəki mövzularda da bəhs edəcəyimiz kimi o, həm müharibə, həm də sülh
şəraitində düşmənlərinə qarşı dürüst olmuş, hətta onlarla mərhəmətli və mülayim davranmışdır.

h. Onun təlimlərinə gəlincə, o, insan həyatının hər bir cəhəti ilə yaxından maraqlanmışdır. Belə ki, əqidə, ruh, mənəviyyat, əxlaq, iqtisadiyyat, siyasət, xülasə, həm fərdi, həm ictimai, eləcə də həm ruhi, həm də dünyəvi olmaqla hər bir sahədə qaydalar qoymuşdur. Bütün bunlardan savayı o, şəxsiyyət baxımından da hər bir müsəlman üçün nümunəvi insan olmuşdur.

6. Odur ki, bütün bunları nəzərə alaraq, haqqında fikir bildirməzdən əvvəl onun həyatını araşdırmaq hər bir insanın borcudur.

______
İslam Peyğəmbəri-1, Prof.Dr.Muhamməd Hamidullah, İpək yolu nəşriyyatı, 2013

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün