İslamın Hindistana yayılması

Bugün, Hindistan yarımadasında (Hindistan, Pakistan və Banqladeş) yaşayan 500 milyondan çox müsəlman var, bu da onu dünyandakı  müsəlmanların ən böyük əhali  mərkəzlərindən biri edir. İslam Hindistana gəlib çıxdığı ilk vaxtlardan bəri bu bölgəyə və oranın insanlarına böyük kömək olmuşdur. Günümüzdə Hindistanın necə belə böyük ölçüdə müsəlman ölkəyə çevrilməsi haqqında saysız-hesabsız nəzəriyyələr mövcuddur. Siyasi olaraq bəziləri (Hindistanda Hindutva hərəkatı kimi), İslamın orda mövcud olmasınının səbəbini  yalnız  Ərəb və İran müsəlmanlarının işğallarına görə olduğunu israr edərək İslamı Hindistana yad (xarici)  din kimi göstərməyə çalışır.

Hindistandakı İlk Müsəlmanlar

Hətta Muhamməd Peyğəmbərin (Ona və ailəsinə Allahın salamı olsun) həyatından əvvəl – 600-cü illərdə, ərəb tacirləri hindistanlılarla əlaqədə idilər. Tacirlər ədviyyat, qızıl və Afrika məhsulları kimi məhsulları satmaq üçün Hindistanın qərb sahillərinə yelkənlə üzürdülər.

Çiraman Cümə Məscidi

Təbii olaraq, Ərəblər İslama keçdikdən sonra  yeni dinlərini özləri ilə Hindistan sahillərinə gətirdilər. Hindistandakı birinci məscid olan Çiraman Cümə Məscidi 629-cu ildə (Muhamməd peyğəmbərin sağlığında) Kerelada, Hindinstandakı ilk müsəlman Çiraman Perumal Baskara Ravi Varma tərəfindən tikilmişdir. Ərəb müsəlmanlarla hindistanlılar arasındakı ticarət davam etməsiylə İslam Hindistanın sahil rayon və şəhərlərinə insanların həm miqrasiyası, həm də din dəyişməsiylə yayılmağa davam etdi.

Muhamməd bin Qasım

İslamın Hindistanda birinci böyük yayılması Şamda yerləşən Əməvilər sülaləsinin xəlifəliyi dövründə olmuşdur. 711-ci ildə Əməvilər Taif’dən olan 17 yaşlı Muhamməd bin Qasımı Sind’də əməvilərin hakimiyyətini genişləndirmək üçün hakim təyin etdilər. Sind  yarımadanın şimal hissəsində , günümüzdəki Pakistanın İndus çayı ətrafındakı ərazidir. Muhamməd bin Qasım rəhbərlik etdiyi 6000 əsgərlik ordusunu İranın uzaq şərqinə, Məkrana çatdırdı.

Hindistana doğru gedərkən  bir az müqavimətlə qarşılaşdı. O, İndus çayı sahilindəki Nerun şəhərinə çatdıqda o şəhəri idarə edən Buddist rahiblər tərəfindən qarşılandı. İndus çayı boyunca yerləşən bir çox ölkə müsəlman idarəçiliyi altında olmağı döyüşmədən könüllü olaraq qəbul etdilər. Bəzi hallarda haqları taptanmış Buddistlərin az bir hissəsi Hindu hakimiyyətinə qarşı  qorunmaq üçün Müsəlman ordularına  qoşulurdular.

Əhalinin çoxunun dəstəyi və bəyənməsinə rəğmən, Sindi və Dahirin Rahası müsəlmanlığın genişlənməsininə qarşı durdu və Muhamməd bin Qasıma qarşı ordusunu səfərbər etdi. İki ordu 712 –ci ildə müsəlmanlar üçün həlledici əhəmiyyətli qalibiyyət üçün qarşılaşdılar. Qalibiyyətlə birlikdə  bütün Sind müsəlmanların hakimiyyəti altına keçdi.

Qeyd olunması vacibdir ki , Sindinin əhalisinə İslama keçilməsi üçün məcburiyyət edilmədi . Əslində demək olar ki , heç kəsin günlük həyatında heç bir dəyişiklik olmadı. Muhamməd bin Qasım Buddist və Hindiləri hakimiyyəti altında saxlamaq üçün onlara onların mühafizəsinə və dini azadlığına dair söz verdi. Misal üçün, Brahma kastası vergi yığımı işinə və Buddist rahiblər öz monastrlarını qorumağa davam etdilər.

İnsanlar dini tolerantlığına və ədalətinə görə  onu bir çox şəhərlərdə rəqslər və musiqilərlə qarşılayırdılar.

İslama keçmə örnəkləri

Hindistana ard-arda  girən digər Müsəlman orduları da eyni örnək üzrə davam etdilər. Belə ki, Qəznəli Mahmud və Muhamməd Tuğluq kimi liderlər də Hind cəmiyyətinin dini və sosiyal həyatını dəyişmədən müsəlmanlığın  siyasi ərazisini genişlətdilər .

Çünki İslamdan əvvəl Hindistan tamamilə kasta sisteminə əsaslanırdı hansı ki, cəmiyyət ayrı-ayrı parçalara ayrılmışdı , İslama keçid prosesi addım–addım həyata keçirdi . Çox vaxt bütün kastalar bir vaxtda İslama keçərdi . Bu müxtəlif səbəblərdən olardı. Bununla birlikdə  İslamin verdiyi bərabərlik kastaların irqçilik sistemindən  daha cəlb edici idi.Kasta sistemində kimin sizi dünyaya gətirməsi sizin cəmiyyətdəki yernizi təyin edirdi. Sizin valideynlərinizin qazandıqlarından daha çoxunu  qazanmağa və ya sosial vəziyyətinizdə dəyişiklik etməyə heç bir şansınız olmurdu. İnsanların islamı qəbul etməklə cəmiyyətdə yüksəlmək və Brahman kastasına boyun əyməmək şansı vardı.

Delhi Cümə Məscidi.

Yarımadada bir vaxtlar çox  məhşur olan Buddizm, yavaş-yavaş Musəlman hakimiyyəti altında yox oldu (öldü).

Ənənəvi olaraq insanlar kasta sisteminden can qurtarmaq istədikdə böyük əhali məskunlaşan  mərkəzlərinə köçər və Buddizmi qəbul edərdilər. İslam bir seçim halına gəldikdə insanlar Buddizimin əvəzinə İslama keçməyə başladı . İslamın Buddizimi zorakılıqla  məhv etdiyi haqdakı əfsanələr yanlışdır.

Buddistler Müsəlman hakimiyyəti altında saxlanılmışdır və elə bir  sübut mövcud deyil , göstərsin ki onlara məcburi dini dəyişdirmələrinə və ya onlara  qarşı zorakalığ tətbiq edilib.

Səyyar müəllimlərin də İslamın kütlələrə çatmasında önəmli yeri vardı. Müsəlman alimləri  Hindistan boyunca səyahət edir, insanları islam haqqında elmləndirməyi  özlərinə məqsəd təyin etmişdilər. Onlardan bir çoxu  İslamda,  xalqı daha çox cəlb edən  mistik bir yanaşma olan sufi ideyaları ilə təbliğ edirdi . Bu müəllimlərin təkcə müsəlman hökmdarlar ətrafındakı yuxarı təbəqələrə deyil , həmçinin şəhərətrafı ərazilərdəki yaşayan kütlələrə islamın   tanıdılmasında böyük rolu vardır.

İslam məcburiyyətləmi yayılıb ?

Bəzi iddialara görə İslamın Hindistandakı böyük əhalisi zorakılığın və məcburi din dəyişdirmənin nəticəsidir, lakin sübutlar bu fikri heç dəstəkləmir. Baxmayaraq ki, Müsəlman liderlər  çox ərazilərdə Hindu krallarının yerinə keçsə də, cəmiyyət olduğu kimi qalmışdır. Məcburi din dəyişdirmə hekayələri çox azdı və adətən akademik müzakirələrə icazə veriləcək qədər inandırıcı deyil.

Əgər İslam zorakılıq və müharibə yolu ilə yayılmış olsaydı, Müsəlman cəmiyyəti bugün yalnız Müsəlman dünyasının hindistana ən yaxın ərazilərində var olacaqdı. Belə olsaydı onda yarmadanın yalnız qərb hissəsində müsəlman əhali olmuş olacaqdı. Misal üçün, Bangladeş və onun uzaq şərqindəki 150 milyon müsəlman əhalisi  başqa əksəriyyəti müsəlman olan Hindistandakı Hindu torpaqlarından ayrılıb. Ayrılmış müsəlman cəmiyyətləri həmçinin qərbi Myanmarda, mərkəzi Hindistanda və şərqi Şri Lankada da mövcuddur.Bu Müsəlman cəmiyyətləri orada müsəlman hakimiyyətinin olub olmamasından asılı olmayaraq İslamın Hindistan boyunca sülhlə yayıldığının sübutudur. Bəzi iddialarda deyildiyi kimi,əgər islam məcburiyyətlə yayılmış olsaydı bu müsəlman cəmiyyətlər mövcud olmazdı.

Nəticə

İslam Hindistanın və onun tarixinin tamamlayıcı bir hissəsidir. Bugün də Hindistan yarımadası çox etnikliyi və çox dinliyi saxladığından İslamın bölgədəki mövqeyini anlamaq vacibdir. Bəzi siyasi cəhdlərlə istilaçı və Hindistan xalqına İslam dinini yad din kimi göstərməyə çalışanlara qarşı İslamın Hindistanda sülh içində yayılması həqiqəti ilə meydan oxumaq lazımdır.

İstifadə olunmuş ədəbiyyat:
Hodgson, M. The Venture of Islam . 2. Chicago: University of Chicago Press, 1961.
Kennedy, Hugh. The Great Arab Conquests: How the Spread of Islam Changed the World We Live In. Philadelphia: Da Capo Press, 2007. Print.
“World’s second oldest mosque is in India.” Bahrain Tribune 07 06 2006, n. pag. Web. 23 Nov. 2012..

[mks_separator style=”solid” height=”2″]

Mənbə: Lost İslamic History
Məqalə Gənc Muslim komandası tərəfindən tərcümə edilmişdir. İstifadə zamanı isnad göstərilməsi mütləqdir.

Fikirlərinizi bizimlə bölüşün və yazını paylaşmağı unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün