Möminlərin əmiri Əli bin Əbu Talib (Allah ondan razı olsun) öz dönəmində polis təşkilatını qurduğunu görürük. Dövlətin önəmli vəzifələrindən birini də bu təşkilat idarə edirdi. Əli bin Əbu Talib (Allah ondan razı olsun) zamanında polisin icra etdiyi fəaliyyətlər müxtəlif rəvayətlər vasitəsiylə bizə qədər nəql edilmişdir. Usub bin Nəbatənin nəql etdiyi bu hadisə onlardan biridir.

Cinayətin üstünün açılması

Gənc bir adam Əliyə (Allah ondan razı olsun) bir topluluğu şikayət etdi. Ona belə dedi:

“Bu adamlar atamla birlikdə səfərə çıxdılar. Onlar geri döndülər, amma atam dönmədi. Onlara atamı soruşduğumda öldüyünü dedilər, malını soruşduğumda malı yox idi ki, dedilər.Halbuki onun yanında çoxlu malı var idi. Qazi Şüreyhə getdim. O da onlara and verdirdi və (onlar and içdikdə) sərbəst buraxıldılar.”

Bunun üzərinə Əli (Allah ondan razı olsun) polisi çağırdı. Hər bir adama iki polis vəzifələndirdi. Onların bir-birlərini görüb danışmasına imkan verməmələrini dedi. Katibi çağırdı. Sonra da təqsirləndirilənlərdən birini çağırdı. Ondan:

“Mənə bu gəncin atasının hekayəsini danış. Nə vaxt yola çıxdınız? Harada qaldınız? Səfəriniz necə keçdi? O, hansı səbəbdən öldü? Malına nə oldu? Onu kim yudu və kim dəfn etdi? Namazını kim qıldırdı? Harada dəfn edildi? “kimi suallar soruşdu.Katib bunları yazırdı. Bu əsnada Əli (Allah ondan razı olsun) yüksək səslə təkbir gətirdi.Yanındakılar da təkbir gətirdilər. Çöldə olan təqsirləndirilənlər içəridə nə olduğunu bilmədiklərindən dostlarının həqiqəti ifadə etdiyini zənn etdilər. Birinci təqsirləndirilən çölə çıxarıldıqdan sonra ikincisi gətirildi. Birinci adamdan soruşulan suallar ondan da soruşuldu. Sonra üçüncüsü, sonra da digərləri gətirildi. Ortaya çıxan vəziyyət bu idi- onların heç birinin sözü digərlərinin sözüylə üst-üstə gəlmirdi. Daha sonra ilk adamın gətirilməsini əmr etdi. Ona:

“Ey Allahın düşməni, dostlarının ifadəsinə görə sənin inadını və yalanını anlamış oluruq. Doğru deməkdən başqa qurtuluş yolun yoxdur.” dedi və həbs edilməsini əmr etdi. Sonra təkbir gətirdi, yanındakılar da təkbir gətirdilər. Dostlarının həbsə yollanıldığını görən çöldəkilər dostlarının həqiqəti ifadə etdiyini zənn etdilər.

İkinci olanı içəri gətirdilər. Əli (Allah ondan razı olsun) onu hədələdi. Bunun üzərinə o belə dedi:

“Ey Möminlərin əmiri, vallahi, onların etdiklərinə rızam yox idi.” dedi. Sonra hər birini içəri aldı. Həqiqəti danışdılar.

Bunun üzərinə həbsə göndərdiyini də geri gətirtdi.Ona:

“Dostların həqiqəti dedilər. Doğru deməkdən başqa qurtuluşun yoxdur” dedi. O da dostlarının etiraflarını qəbul etdi. Onlara əvvəl mali cəza verdi , sonra da qisas tətbiq etdi. (Ət Turuqul Həkimə 49; Prof.Dr Əli Muhamməd Sallabi; “Əli bin Əbu Talibin Həyatı”.)

Bu hadisə tədqiqatçıların ifadəsinə görə bir çox məlumatı içinə almaqdadır. Eyni Zamanda o dövrdə həbsxananın və polis təşkilatının olduğunu da bu qissə bizə göstərməkdədir. (Vəlayətuş-Şurta Fil-İslam, Prof.Dr Əli Muhamməd Sallabi ; “Əli bin Əbu Talibin Həyatı”)

Müsəlman cəmiyyətində Polis təşkilatı və Həbsxana

Möminlərin Əmiri Əli ibn Əbu Talib (Allah ondan razı olsun) Kufədə bir həbsxana qurdu və ona “Nəfia” adını verdi. Bina o qədər də sağlam deyildi. Həbs edilənlər oradan çölə çıxa bilirdilər. Bunun üzərinə onu uçurtdu, yerinə başqa bir həbsxana tikdirdi və adını da “Muxəyyəs” qoydu. Həbs olunanların günlük yeməyi, yay və qışa görə paltarları da verilmişdi.

Möminlərin Əmiri Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) polis təşkilatında vəzifə alanlardan bəziləri bunlardır:

Əbu Həyyac Əl-Əsədi, Qays bin Sad bin Ubadə, Məkil bin Qays Ər-Rəyahi, Malik bin Həbib əl-Yərbui, Usbun bin Nəbata əl-Müşacii, Said bin Sariyə bin Mürrə Əl-Huzai.

Polisin vəzifəsi sadəcə asayişi qorumaq deyildi, eyni zamanda nəyəsə möhtac olanlara kömək etmək, itənlərə yol göstərmək, kasıblara yemək vermək, insanlara qarşı xoş davranmaq və Allah rızası üçün edilə biləcək hər bir işdə insanlara kömək etmək idi.

Qaynaq: “Vəlayətuş-Şurta Fil-İslam,107; Prof.Dr Əli Muhamməd Sallabi, “Əli bin Əbu Talibin Həyatı”

Yazının müəllifi: Firudin Babaoğlu Kürdəmiri

Fikirlərini bizimlə bölüş və yazını paylaşmağı unutma..

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün