İnsanlar Üçün Yaradılmış Günəş Ulduzu

Yaradılmışların ən üstünü insandır. Yaradılan digər şeylər hər biri insana xidmətdədir. Görünüş etibarı ilə böyük, güclü və möhtəşəm görünən Ay, Günəş, Kainat və Dağların insanlara xidmət etməsi çox təəccüblüdür deyilmi?

Qurani Kərimdə Allahu Təala buyurur:

O, gecəni və gündüzü, Günəşi və Ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır.

(Nəhl surəsi, 12)

Ayədən də anladığımız kimi, Günəş, Ay və digər təbii komplekslər məhz insan üçün yaradılmışlar.

Günəş, ulduz kimi tanıdığımız səma cisimlərindən, orta ölçülü olanıdır, yəni Günəşdən daha böyük, daha isti ulduzlar vardır. Sadəcə Yer planetinə ən yaxın olması, bizi ondan bəhs etməyə vadar edir. Diametri – 1.392.000 km (yer kürəsindən 109 dəfə böyük), çəkisi – 200 trilyon tondur. Bu Günəş sisteminin ümumi çəkisinin 99,8%-nə bərabər bir çəkidir.

Günəşin səthində hərarət selsi ilə 5530 dərəcədir. Onun nüvəsində, yəni mərkəzində hərarət 14 milyon dərəcədir. Bu istilik, ən bərk materialları belə əritməyə kifayətdir. Bu qədər nəhəng və yüksək hərarətli bir səma cisminin insan oğluna xidmətini, aşağıdakı misallardan anlamaq olar.

  1. Yer kürəsi, digər planetlər kimi soyuq və qaranlıq səma cismidir. Günəşin təsiri ilə yer səthi işıqlanır, yəni gündüz dediyimiz hadisə bununla bağlıdır.
  2. Eyni zamanda Günəşin təsiri ilə yer qızır, yəni fəsil hadisəsi məhz günəşin isitməsi ilədir.
  3. Küləklərin əsməsi, bitkilərin yetişməsi, yağışların yağması məhz Günəşin təsiri ilədir.
  4. Bu qədər yüksək tempratura malik Günəşin Yer kürəsinini udmaması, orada olan insan, bitki, heyvana ziyan verməməsi arasındakı qızıl dəqiqliyə malik məsafədə olmasındandır. Bu məsafə çox olarsa, tempratur çox soyuq olar. Məs: Marsda orta tempratur -630 c-dir. Məsafə az olarsa çox isti olar. Məs: Venerada gündüz +4750c istilik olur.

Həqiqətən, sənin Rəbbin insanlara qarşı lütfkardır, lakin onların əksəriyyəti naşükürdürlər.

(Nəml surəsi, 73)

Yerin Günəş ətrafında tam 1 dövrə vurma müddətini əsas alaraq, günəş təqvimi hazırlanmışdır.

Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) müəyyən edən Odur. Allah bunları yalnız haqq naminə yaratmışdır. O, ayələri bilən adamlara (belə) izah edir.

(Yunus surəsi, 5)

 


Bu məqalə Gənc Muslim Komandası tərəfindən hazırlanmışdır.

Saytımızdakı paylaşımlardan yalnız mənbə göstərməklə istifadə edə bilərsiniz.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün