İmanınızı Gücləndirmək Üçün 5 Asan Sünnə

De: «(Bütün hökmlərdə) Allaha itaət edin və (işlərin ixtiyar sahibi kimi verdiyi göstərişlərdə) bu Peyğəmbərə itaət edin. Beləliklə əgər üz döndərsəniz (bilin ki,) onun borcu yalnız boynuna qoyulmuş vəzifəni (ilahi tapşırıqları) çatdırmaq, sizin borcunuz isə boynunuza qoyulmuş vəzifə(ni qəbul edərək ona əməl etmək)dir. Əgər ona itaət etsəniz, doğru yolu taparsınız. Peyğəmbərin vəzifəsi yalnız aşkar (tapşırığı) çatdırmaqdır. (Hökmlərin icrası imamət məqamının, dünya və axirətdə cəza vermək isə Allahın işidir.)
Nur surəsi, 54.

Bəzi sünnələri yaşamaq bizlərə çətin görünə bilər. Ancaq onları əda etdikdə aldığımız xeyir və bərəkətdən heç bir mömin imtina etməz.

Bu məqaləmizdə sizin üçün Peyğəmbərin (Ona və ailəsinə Allahın salamı olsun) 5 asan sünnəsini sizlərə çatdırırıq:

1. Təhəccüd namazını qılmaq

Gecə – az bir hissəsi istisna olmaqla (namaz və ibadət üçün) ayağa qalx! (Gecənin) yarısına qədər, yaxud bir qədər ondan az.
Muzzəmmil, 2-3.

Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir:
“Gecə namazına davam edin! Çünki gecə namazı qılmaq sizdən öncəki saleh bəndələrin adəti, Rəbbinizə yaxınlaşmağın bir yolu, xətaları örtən və insanı günahlardan uzaqlaşdıran bir vasitədir.”
Tirmizi, Dəavət, 101.

Digər bir hədisdə belə demişdir:
“Fərz namazından sonra ən fəzilətli namaz gecə namazıdır.”
Muslim, Siyam, 202.

 

2. Sünnə namazları

a) sübh namazından əvvəl 2 rükət sünnə namazı;

b) zöhr namazının fərzindən qabaq 4 rükət və fərzdən sonra 2 rükət;

c) əsr namazının fərz namazından əvvəl 4 rükət;

d) məğrib namazının fərzindən sonra 2 rükət;

e) işa namazından sonra 2 rükət;

f) vitr namazı.

3. Bazar ertəsinin və cümə axşamının orucu

Muhamməd Peyğəmbər (Ona və ailəsinə Allahın salamı olsun) demişdir:
“İnsanların əməlləri Uca Allah’a bazar ertəsi və cümə axşamı ərz olunr; mən əməlimin ərzi əsnasında oruclu olmağı üstün tuturam”
(Əbu Davud, “Savm”, 60; İbn Məcəh,”Siyam”, 42)

4. Cümə günləri “Kəhf” surəsini oxumaq

Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir:
“Kim Cümə günü “əl-Kəhf” surəsini oxuyarsa, bu gələn Cümə­yədək onun üçün nur saçar”
(Hakim, 3392)

5. Dəstamazdan sonra 2 rükət namaz qılmaq.

Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir:
“Kim mənim dəstəmaz aldığım kimi dəstəmaz alar, könlündən heç bir şey keçirməyərək iki rü­kət namaz qılarsa, Allah onun keçmiş günahlarını əfv edər.”
(Hakim, 3392)

Mənbə: Bu yazı islam-today.ru saytından götürülərək “GəncMuslim” Komandası tərəfindən tərcümə edilmişdir

Saytımızdakı paylaşımlardan yalnız mənbə göstərməklə istifadə edə bilərsiniz.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün