İmanınızı canlandırmaq üçün 6 gözəl məsləhət

2462

Nə vaxtsa imanınızda bir azalma hiss etmisiz? Beləki, aktiv və məhsuldar – namazları vaxtında qılan, mütəmadi olaraq Quran oxuyan, daim xeyirli əməllər etmək üçün fürsət axtaran – Müsəlman olduğunuz halda bir müddət sonra özünüzü həvəssiz, əzgin və həmişəki xeyirli əməllərinizə davam etmək üçün olan həvəsinizi azalmiş hiss edirsiz?

Mənim özümü belə hiss etdiyim vaxtlar çox olub. Həyat eniş və yoxuşlarla doludur. Bəzən bu enişlər bizi əsas məqsədimizdən yayındıracaq və coşqunluğumuzu azaldacaq qədər güclü olur. Buna baxmayaraq, imanımızın zəifləməsinin qarşısını alacaq çox asan həllər vardır. Aşağıda imanınızı təzələmək (inşəəAllah) üçün bir neçə məsləhəti nəzərinizə çatdıraq:

1) Yenidən başlamaq üçün iradəli olun

İmanınızı canlandırmaq üçün 6 gözəl məsləhət 001

Çox gümanki, siz bu məsəli eşitmisiz: “Harada iradə, istək varsa orda bir yol vardır.” Nə qədər şablon səslənsədə, həqiqət budur: siz iradəli bir şəkildə hərəkət etmədikcə, heç nə dəyişməyəcək. Hər şey sizinlə başlayır: əgər siz aktiv olmaq istəyirsizsə daha fəal olmalısız və heç kim sizi inşəəAllah dayandıra bilməyəcək. Nəfsinizin istəklərinə tabe olmayaraq hədəfinizi müəyyənləşdirin, Allaha sizi hədəfinizə çatdırması üçün dua edin və inşəəAllah görəcəksiz ki hər şey sizin istədiyiniz kimi, hətta daha da yaxşı gedir!

2) Namazlarınıza etinasız yanaşmayın

namaz 1931243

Nə olursa olsun, hətta fikrinizi cəmləyə bilməsəniz də, namaz qılmağa davam edin, xüsusilə sübh və işa namazlarına. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edirki Peyğəmbərimiz  – sallallahu aleyhi və səlləm – belə buyurdu:

Münafiqlərə ən ağır gələn namaz sübh işa namazlarıdır. Əgər bu iki namazdakı xeyrin və savabın nə qədər olduğunu bilsəydilər, sürünərək belə olsa o namazları qılmağa gələrdilər!

(Səhih Buxari və Səhih Muslim)

Heç kim yuxarıda təsvir olunmuş münafiqlərdən olmaq istəməz. Unutmayın ki, siz xeyirlisiz və keçmişdə olduğunuzdan fərqli olmaq istəyirsiz. Motivasiyanızı artırmaq üçün müəyyən fəaliyyətləri dayandıraraq fasilə verə bilərsiz, amma üzərinizə fərz olan əməlləri tərk etməməyə diqqət edin. Onların əlinizdən çıxmasına imkan verməyin!

3) Mütəmadi olaraq Quran oxuyun və Allah`ın sizə nə demək istədiyini araşdırın

İmanınızı canlandırmaq üçün 6 gözəl məsləhət 002

Quran hər bir insanın ruhunun qidası, qəlbinin işığı və doğru yolda bələdçisidir. Allah (subhənəhu və təalə) belə buyurur:

Həqiqətən, bu Quran insanları ən doğru yola yönəldir.

(İsra surəsi, 9-cu ayə)

Nə vaxt enerjinizin və ya performansınızın aşağı düşdüyünü hiss etsəniz, tez bir zamanda Qurana müraciət edin və siz bir çıxış yolunu tapacaqsız. Quran insana nə edərək imanını artıra biləcəyini izah edir. Nə vaxt Quranı açsanız, bir ayəni özlüyünüzdə oxuyun və ondan sizə kömək edəcək bir hissə axtarın, çünki Quran`ın hər bir ayəsində bir məsləhət, bir yol vardır.

4) Mömin və elmli bir şəxslə söhbət (istişarə) edin

İmanı canlandırmaq üçün 6 gözəl məsləhət 003

Allah (subhənəhu və təalə) belə buyurur:

De:”Əgər Rəbbimin Sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin Sözləri qurtarmadan öncə dənizin suyu qurtarardı.”

(Kəhf surəsi, 109-cu ayə)

Allah`ın (subhənəhu və təalə) elmi yuxarıdakı ayədə buyurduğu kimi sonsuzdur; beləki, dənizlərin suları Allahın sözlərinin yazılması üçün mürəkkəb kimi istifadə olunsaydı, onların suyu Allahın sözləri qurtarmamışdan əvvəl quruyardı. Bəzən həyatımızda imanımızı artırmaq üçün Quran və ya Sünnədən bir yol axtarırıq, ancaq güman ki ya gənc olduğumuzdan, ya da elmimizin az olma səbəbindən istəyimizə nail ola bilmirik. Mömin və elmli bir şəxslə görüşmək və danışmaq uzun müddət çarəsini axtardığınız problemin tezliklə həll olunmasına kömək edə bilər. Nəyə ehtiyacınızın olduğunu dəqiq bir şəkildə bilmək mütləq sizin motivasiyanızı qaldıracaqdır.

5) Müəyyən günləri oruc tutun və bunu gözəl bir şəkildə edin

Muslims offer prayers before having their Iftar (fast-breaking) meal during the holy month of Ramadan at a madrasa or religious school on the outskirts of Jammu August 8, 2012. REUTERS/Mukesh Gupta (INDIAN-ADMINISTERED KASHMIR - Tags: RELIGION SOCIETY)

Allaha (subhənəhu və təalə) edilən başqa ibadət növlərindən fərqli olaraq oruc tutmaq qəlbə xüsusi bir saflıq və təmizlik verir. Bir çox müsəlman yalnız Ramazan ayında oruc tutur və o bitdikdən sonra növbəti Ramazan ayını gözləyir və orucun verdiyi qeyri-adi gözəl hissi digər vaxtlarda almaqdan məhrum olur.

Muhamməd bin Abdullah bin Əbu Yaqub dediki:

Raca bin Hayva Əbu Ummədən nəql etdiki: “Mən Allah Rasulunun yanına gəldim və dedim ki: “Mənə səndən götürəcəyim (öyrənəcəyim) bir şey de.” O dedi: “Orucu götür (öyrən), çünki onun kimi başqa bir şey yoxdur.”

(Sünən ən-Nəsai, 2220)

Oruc tutmaq İmanı gücləndirəcək çox qüvvətli bir vasitədir, xüsusilə başqalarına yardım edilərək yerinə yetirilərsə. Çalışınki, sizin və sizin kimilərin varlığı üçün Allaha dua edən kəslərin yanında olun, ümidini itirmişləri ümidləndirin və üzü kədərli insanlara gülümsəyin. Oruclu olmağın və insanlara kömək etməyin verdiyi yorğunluqdan aldığınız məmnuniyyət hissi tərifəgəlməzdir! Cəhd edin və özünüz hiss edin!

6) Cənnət haqqında oxuyun və gözəlliklərini təsvir etməyə çalışın

An Indian Muslim man reads the holy Quran on the first Friday of the holy month of Ramadan at an old Mughal era mosque in New Delhi, India, Friday, July 12, 2013. Muslims throughout the world are celebrating the holy fasting month of Ramadan, refraining from eating, drinking, and smoking from dawn to dusk. (AP Photo/Altaf Qadri)

Bu dünyada imanınızda sabit olduğunuz üçün axirətdəki hədiyyənizi təsvir edin: Cənnəti xəyal edin. Gözəl çayları və sarayları təsvir edin, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmi, tariximizin böyük müsəlmanlarını və vəfat etmiş saleh kimsələrlə bir yerdə olmağı təsəvvür edin, heç vaxt xəstələnməməyi və ya bir şeyə sahib olmaq üçün əlləşməməyi və qarşılığında başqa bir şeyi ödəməməyi təsvir edin və sonda həmin vaxt necə gözəl görünəcəyinizi təsvir edin, inşəəAllah!

Əbu Hureyrə`dən (Allah Ondan razı olsun) rəvayət edildiyinə görə Muhamməd Peyğəmbər – sallallahu aleyhi və səlləm – belə buyurdu:

Allah Təalə, mən saleh qullarım üçün heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir insanın ağlına gətirib xəyal edə bilmədiyi nemətlər hazırladım.” buyurdu.

Bundan sonra Əbu Hureyrə – “istəsəniz bu ayəni oxuyun”, dedi.

“Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir.” (Səcdə Surəsi, 17-ci ayə)

(Səhih Buxari və Səhih Muslim)

Allah`ın (subhənəhu və təalə) bu gözəl vədi sizin motivasiyanizi artırmır mı, sizi daha çox xeyirli əməl işləməyə təşviq etmir mi?!

Nəticədə, İmanınızda baş verən bəzi zəifləmələr normaldır və onlar sizin indiniz və gələcəyinizlə bağlıdır. Ancaq, yuxarıdakı məsləhətlərdən faydalanaraq bu problemləri həll etmək çox asandır. Ən mühüm şey səmimi olaraq dəyişməyə çalışmaq və zəifliklərinlə barışmamaqdır.

Mənbə: Bu yazı productivemuslim.com saytından götürülərək “GəncMuslim” Komandası tərəfindən tərcümə edilmişdir

Saytımızdakı paylaşımlardan yalnız mənbə göstərməklə istifadə edə bilərsiniz.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün