Bir əşyanı istehsal edən şirkət mütləq onun yanına istifadə təlimatını da yerləşdirir. Əgər o əşyanın istifadə qaydalarını bilməyib ondan yararlanmaq istəsək, biz o əşyanı təyinatı üzrə olmayan işlərdə istifadə etmiş olarıq.

İnsanı da yaradan (istehsal edən) Allahdır (subhənəhu və təalə). İnsanın necə davrancağını və digər insanlarla necə münasibət quracağını Allah və Onun elçisi Muhamməd (sallallahu aleyhi və səlləm) bizə müfəssəl şəkildə izah edir.

İdeal insan şəxsiyyətinin formalaşması üçün 8 ən önəmli qayda:

1. Bir şeyi araşdırmadan qərar verməmək

İdeal-insan-şəxsiyyətinin-formalaşması-üçün-8-önəmli-qayda-01-gencmuslim-gəncmuslim

Ey iman gətirənlər! Əgər bir fəsadçı sizə bir xəbər gətirsə, (onu) araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz.

(Hucurat surəsi 6)

2. Ədalətli olmaq

İdeal-insan-şəxsiyyətinin-formalaşması-üçün-8-önəmli-qayda-gencmuslim-002

İnsanların arasını ədalətlə düzəldin və insafla hərəkət edin.

(Hucurat surəsi, 9)

3. Təhqirdən uzaq durmaq

İdeal-insan-şəxsiyyətinin-formalaşması-üçün-8-önəmli-qayda-003--gencmuslim

Bir-birinizi tənə etməyin və bir-birinizi pis ləqəblərlə çağırmayın.

(Hucurat surəsi, 11)

4. Təkəbbürlənməmək, insanları özündən aşağı görməmək

İdeal-insan-şəxsiyyətinin-formalaşması-üçün-8-önəmli-qayda-gencmuslim-004

Bir-birinizi lağa qoymayın.

(Hucurat surəsi, 11)

5. İnsanlarda eyib axtarmamaq

İdeal-insan-şəxsiyyətinin-formalaşması-üçün-8-önəmli-qayda-gencmuslim-005

Bir-birinizin eybini axtarmayın.

(Hucurat surəsi, 12)

6. Qeybət etməmək

İdeal-insan-şəxsiyyətinin-formalaşması-üçün-8-önəmli-qayda-gencmuslim-0055

Bir-birinizin qeybətini qırmayın.

(Hucurat surəsi, 12)

7. Ən gözəl şəkildə danışmaq

İdeal-insan-şəxsiyyətinin-formalaşması-üçün-8-önəmli-qayda-gencmuslim-00525

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.

(İsra surəsi, 53)

8. Müsəlmanlarla qardaşlıq bağını möhkəm tutmaq

qardaşlığı-zədələyən-5-amil-008-2

Ey Allahın qulları, qardaş olun.

(Buxari, Muslim)

 


Bu məqalə “GəncMuslim Komandası” tərəfindən hazırlanmışdır.

Saytdakı paylaşımlardan yalnız mənbə göstərməklə istifadə edə bilərsiniz.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün