Siz fikirləşirsiniz ki, bu 10 şey sizin həyatınızı daha gözəl edəcək? Lakin əslində edə bilməz…

Biz hamımız həyatımızı gözəlləşdirmək istəyirik və özümüzü müəyyən fəaliyyət və məşğuliyyətlərə həsr edirik ki, bu məqsədimizə nail olaq. Lakin heçdə məşqul olduğumuz fəaliyyətlərin hamısı bizim xeyirimizə deyil. Həmişə hər hansı bir kompromisə getmədən və əziyyət çəkmədən ən yaxşı nəticəyə nail olmağı istəmək hamımızın bir nömrəli marağı olub. Bizim həyatımızı yaxşılaşdırdığını düşündüyümüz, lakin əslində tam əksinə nəticə verən 10 şeyi sizə bildirmək istərdik.

1. Texnologiya sizi real həyatdan və ətrafınızdakılardan uzaqlaşdırır

Texnologiyanın bizim şəxsi həyatımıza və karyeramıza bir çox faydası olmaqla bərabər, bizi özünə çox cəlb edir və nəticədə texnologiya tutqunluğu xöşbəxtliyimizə mane olur. Bəzən bizim öz ətrafımızla məkan və əlaqə yaradaraq qarışmağımıza ehiyac var. Bu, bizim daha canlı və daha ruhlu olmağımıza kömək edir. Siz texnologiyanın həyatınızda bu kimi anların arasına girərək, sizi bu anlardan məhrum etməsinə icazə verməməlisiniz.

2. Təhlükəsiz zonada oynamaqla başqalarından geri qalacaqsınız

Ehtiyyatlı və praqmatik olmaq həyatımızda adətə çevrilə bilər. Çünki biz ağrımaq və əziyyət çəkməkdən qorxuruq. Lakin maraqlısı odur ki, həyat irəlilədikcə öyrənmək deməkdir. Əgər siz davamlı olaraq arxada oynayaraq vura biləcəyiniz zərbələri həyata keçirməsəniz, əksinə vurlmuş olacaqsınız. Özünüzü azad edin və lazım olduqda risk edin.

3. Hər zaman məşğul olmaq, doztlarımızla və ailəmizlə keyfiyyətli vaxtlar keçirməyimizə maneə törədir

Bəli, həz zaman məşğul olmaq bizi ətrafdakılarımıza daha çalışqan və daha ciddi bir insan kimi göstərə bilər. Lakin hər zaman məşğul olmaq bizə mənfi təsir göstərir. Çünki, bizi işdən kənar xöşbəxt edən başqa elementlər mövcuddur. Elə isə bəsdir artıq, işlə məşğul olmağı dayandırın və öz ailənizlə, dostlarınızla vaxt keçirin.

4. Sosial mediada çox vaxt keçirmək insanda aslılıq yaradır

Hərdən köhnə dostlar və iş yoldaşları ilə sosial mediada bir araya gəlmək, müzakirələr etmək yaxşıdır. Yalnız yadda saxlamaq lazımdır ki, əgər müvafiq şəkildə buna nəzarət edə bilməsək, sosial media bizim mənliyimizi zədələyəcək. Sosial mediada vaxt keçirməyin əvəzinə, bu vaxtı real həyatda şəxsi münasibətlər yaratmaq üçün sərf edə bilərik.

5. Qarşınıza keçən hər şeyə HƏ deməniz diqqətinizi mərkəzləşdirməyi (fokusu) itirməyə gətirib çıxarır

Əgər özünüzü inkişaf etdirmək istəyirsinizsə, necə YOX deməyin yolunu öyrənməlisiniz. Çoxlu əlaqələrin və fəaliyyətlərin bir parçası olmaq çox gözəldir. Lakin YOX demək sizə enerjinizi mərkəzləşdirmək üçün istifadə etməyə kömək edəcək və nəticədə sizin üçün həqiqətən vacib olan məsələləri seçməkdə kömək edəcək.

6. Bir çox işlə birdən məşğul olmaq, işlərinizin səmərəliliyini azaldacaq

Bəli, siz bir neçə işlə birdən məşğul olmaqla bir dəfəyə çox iş görmək istəyirsiniz. Lakin bir çox işlə birdən məşğul olmaq sizin iş səmərənizi və onun nəticə keyfiyyətini azaldır. Bir çox işlə birdən məşğul olmaq sizin fikrinizi cəmləşdirmənizə mane olacaq və etdiyiniz işlərdən mühümləri seçərək vacib işləri görmənizə imkan verməyəcək.

7. Az yatmaq sağlamlığa ziyandır

Mənim dostum deyir ki, müvəffəqiyyətə nail olmaq üçün az yatmağa ehtiyac var. Bunda şübhə yoxdur ki, az yatmaq sizə daha çox vaxt qazanmağa imkan yaradır. Lakin insan beyni elə yaradılıb və dizayn edilib ki, onun dincələrək enerji yığmağa ehtiyacı var. Optimal fəaliyyət göstərmək üçün, bədəninizin müəyyən qədər yuxuya və dincəlməyə ehtiyacı var. Əlbətdə siz bu fikri bəyənməyə bilərsiniz və qırağa atarsınız lakin bu zaman az yatmağın sağlamlığınızda nə cür problemlər yaradacağını fikirləşin.

Uca Allah Quranda belə buyurur: Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur.” (Furqan surəsi, 47-ci ayə)

8. Televizora baxmaq emosiyalarınızın mənfi cəhətdən oynamasına gətirib çıxarır

Özünüzü əyləndirmək və qlobal dünyada nələr baş verdiyini bilmək üçün televizora baxmaq istəyirsiniz. Lakin bir çox proqram və kanallar sizin emosiyalarınızn mənfi şəkildə oynaması üçün hədəflənib. Bunun üçün televizora baxmaqdan vaxt ayırıb emosiyalarınızın oynaması əvəzinə ruhunuzu dincəltməklə məşğul olun.

9. İdeal olmaq sizin əyləncədən geri qalmağınıza gətirib çıxarır

Biz ideal ola bilmərik. Bir çox insanlar o dərəcədə ciddi olurlar və detallara elə çox fikir verirlər ki, öz səhvlərini fikirləşərək əylənib gülməkdən geri qalırlar. Həvəslərinizin etməli olduğunuz işlərin qarşısına keçməsinə icazə verməyin.

10. Əslində olmadığınız bir insan olmağa çalışmaq sizi yandıracaq

Bəli, saxta şəxsiyyət olmaq sizi qanadlandıra bilər və siz dünyanın sizdə görmək istədiyini onlara göstərmək istəyirsiniz. Lakin, bu sizin boş addımlarınıza gətirib çıxarrı və nəticədə yanmış olursunuz. Siz öz daxilinizə baxaraq mümkün qədər realistik və orjinal olmalısınız və dünya qarşısına belə çıxmalısınız.


Bu məqalə lifehack.org saytından götürülərək GəncMuslim.net tərəfindən tərcümə edilmişdir.

Saytımızdakı məqalələrdən yalnız mənbə göstərməklə istifadə edə bilərsiz.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün