Ömər Mənsuroğlunun qələmə aldığı kiçik bir risalə – Həyatın Qayəsi

Universitetdə oxuyarkən, fəlsəfə professoru bir müəllim mühazirələrin birində insan haqqında danış­mağa başladı. Ömrü, insanı araşdırmaqla keçmişdi. İnsanı və həyatı anlamaq üçün yüzlərlə kitab oxumuş, kitablar və məqalə­lər qələmə almışdı. Mühazirəni bitirdikdə ona bir sual verdim. Siz Quran oxumusunuzmu? Cavabı xeyir, oldu! Üzüldüm. Həyatı, insanı araşdırmaqla keçmiş bir professor, yüzlərlə kitab oxusa da, Quran oxumamışdı və bunun təbii nəticəsi olaraq cavabsız sualları qalmışdı. Qəribədir, insan bu həyatda yaşadığı müddətcə hər şeyi düşünsə də, “niyə yaradıldığını” düşünmür. Düşünsə də, suallarının cavabını doğru yerdə axtarmır.

Kitab pulsuzdur. Əldə etmək üçün saytımızın Əlaqə bölməsindən, Facebook və ya İnstagram səhifəmizlə əlaqə saxlayın..

Kitabın elektron – PDF versiyasını aşağıdan yükləyə bilərsiniz:

Yüklə | PDF

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün