Həyatı ən gözəl şəkildə yaşamaq yalnız o həyatı Yaradanın dediklərinə əməl etməklə olar. Bunun üçün Qurani Kərimdən seçdiyimiz 6 qaydaya diqqət etmək lazımdır:

1. Axirət və Dünya həyatı arasında tarazlıq saxlamaq

həyatı-ən-gözəl-şəkildə-yaşamaq-001-gencmuslim

“Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də (başqalarına) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir.

(Qəsas surəsi, 77)

2. Allah (subhənəhu və təalə) və Peyğəmbərinə (sallallahu aleyhi və səlləm) itaət etmək

12-720x476

Nə qədər bacarırsınızsa Allahdan qorxun. (Peyğəmbərə) qulaq asıb itaət edin və (malınızdan) öz xeyriniz üçün xərcləyin. Nəfsinin tamahından qorunanlar nicat tapanlardır.

(Təğabun surəsi, 16)

3. Hər zaman İslam ədəbinə uyğun, ən gözəl şəkildə ünsiyyət qurmaq

Həyatı ən gözəl şəkildə yaşamaq gencmuslim

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.

(İsra surəsi, 53)

4. Dünyanın bər-bəzəyinə aldanmamaq, axirət həyatını puç etməmək

həyatı-ən-gözəl-şəkildə-yaşamaq-00423-gencmuslim

Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız?

(Ənam surəsi, 32)

5. Hər zaman Halal olan nemətlərdən yemək və Allaha şükr etmək

həyatı-ən-gözəl-şəkildə-yaşamaq-00654-gencmuslim

Ey iman gətirənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!

(Bəqərə surəsi, 172)

6. Həyatda olan hər bir sınağa səbr etmək, Allahın (subhənəhu və təalə) müjdələrini unutmamaq

həyatı-ən-gözəl-şəkildə-yaşamaq-00ü1-gencmuslim

Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız.

(Ali İmran surəsi, 139)

Təbii ki, bu sadəcə seçilmiş 6 qaydadır..
Qurani Kərim, bütün bəşəriyyət üçün lazım olan həyat qanunları ilə doludur. Bu qanunlar ilə yaşadıqda Allah (subhənəhu və təalə)`nin vəd etdiyi Cənnət bağlarını qazanmış olacağıq..
Və unutmayın ki,

Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir.

(Bəqərə surəsi, 185)

Sonda Aləmlərin Rəbbi olan Allaha həmd olsun.


Bu məqalə “Gənc Muslim” Komandası tərəfindən hazırlanmışdır.

Saytımızdakı paylaşımlardan yalnız mənbə göstərməklə istifadə edə bilərsiniz.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün