Hədəfə gedən yolda müvəffəqiyyətli olmaq üçün aşağıdakı maddələrə riayət etməniz lazımdır.

1.Mən Nə İstəyirəm.
Həyatın istənilən sahəsində nə istədiyinizə dəqiq qərar verin. Açıq olun. Hədəfinizi o qədər açıq şəkildə təyin edin ki, bir uşaq belə nə istədiyinizi anlasın və başqa bir uşağa anlada bilsin.
Məsələn: “Çox pul qazanmaq istəyirəm” demək əvəzinə “çox” deyərkən nə demək istədiyinizi açıq olaraq bildirməlisiniz. Qarışıq bir hədəfə çatmaq üçün fikrinizi cəm edə bilməzsiniz.

2. Hədəfimi Necə Təsvir Edə Bilərəm.
Hədəfinizi yazın və ölçüyə malik olmasını təmin edin. Yazılmamış bir hədəf sadəcə xoş niyətdən ibarət olan bir arzudan uzağa gedə bilməz. Hədəfi ölçülə bilən  hala gətirməyiniz, doğru nişan almağınıza kömək edər
.
3. Hədəfimə Nə Zaman Çatacam.
Hədəfinizə  çatmaq üçün özünüzə son tarix təyin edin. Hədəfinizə nə vaxt çatmaq istədiyiniz mövzuda mütləq dəqiq olun. Hədəfiniz üçün son tarix təyin etməyiniz zehninizin daha da inkişaf etməsinə səbəb olar.

4. Məni Nələr Gözləyir.
Hədəfinizə çatmaq üçün öhdəsindən gəlməli olduğunuz bütün çətinlikləri göz önünə alın. Hansı əksikliklər ortaya çıxa bilər? Hədəfinizlə aranıza nə girə bilər? Sizə mane olan nədir? Qarşıda sizi hansı maneələr gözləyir?

5. Yeni Nələr Öyrənməliyəm.
Hədəfinizə çatmaq üçün qazanmalı olduğunuz qabiliyyətlərinizi seçin. Unutmayın ki, daha əvvəl etməmiş olduğunuz bir şeyi bacarmaq üçün daha əvvəllər sahib olmadığınız məlumat və bacarıqları əldə etməyə borclusunuz. Bu gün olduğunuz mövqeyə gəlməyinizə səbəb olan hər nədirsə, daha da irəliyə getməyinizə köməkçi olmayacaqdır.

6. Mən Kimlər Lazımdır.
Hədəfinizə çatmaq üçün kömək almağa və işbirliyi etməyə ehtiyac duyacağınız insanların kimlər olduqlarını təyin edin. Böyük hədəflərə çatmaq üçün çox sayda insanın köməyini almağınız lazımdır.

7. Bunları Necə Etməliyəm.
Yuxarıdakı maddələrdə soruşulan hər şeyə verdiyiniz cavabları sıyahıya alın. Daha sonra onları önəmli olmasına görə müəyyənləşdirin. İlk olaraq etməniz lazım olan nədir? Ən vacib olan hansıdır? Etdiyiniz işlərin əsas və önəm dərəcələrinə görə sıraya düzülməsi, sizi hədəfinizə aparacaq yolun planıdır.

(Brian Tracy, Başarının Gerçek Sırrı “UÇUŞ PLANI” kitabından istifadə olunmuşdur.)

 

Sonda Aləmlərin Rəbbi olan Allah Həmd olsun …

 

Bu məqalə “Gənc Muslim” Komandası tərəfindən hazırlanmışdır.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün