Bu mübarək din gənclərin könül iqlimində inkişaf etdi. Müsəlman olduqları zaman səhabələrin əksəriyyətinin iyirmi yaşı yox idi. Gənc yaşda dinləri uğrunda bir çox məşəqqətlərə qatlandılar. Onların eşq və fədəkarlıqla göstərdikləri xidmətlər sayəsində neçə-neçə ölkələr hidayətlə nurlandı və İslam əxlaqıyla saədətə qovuşdu, Allah onlardan razı olsun

Bu səhabə məntiqiylə yenidən, qaralmış qəlblərə bir nur, dağılmış evlərə xoşbəxtlik, təbəssümü unutmuş üzlərə gülüş sevinci gətirmək üçün müsəlman gənclərin o səadət əsrinin ruh iqliminə bürünərək bu ilahi davanı məhrum könüllərə əzmlə daşımağa ehtiyac vardır.

Ey Gənc! Bu Böyük Yol səni gözləyir. Bələdçisi olmayan yolda azmamağın üçün aşağıdakılara  diqqət et:

Gənc Müsəlmana 18 Maddəlik Bələdçi

1. İmanın Haqqını ver.

Anlayaraq və içini doldurmağa hazır olaraq “Ləə iləhə illəllah” demək lazımdır. İman edib, kafirlər kimi yaşamaq olmaz. Şirk, nifaq kimi təhlükələrdən qorunmuş olduğuna diqqət et. İslamı bütün olaraq qəbul edib yaşadığımız zaman həqiqi Müsəlman olarıq. Əlbəttə əksiyimiz olar, əksikliklərimizdən ötrü Rəbbimizin əfvinə sığınar, görməməzlik edə bilmərik. Günah işləməməyə çalışarıq, günah işləyəriksə o an tövbəyə sarılarıq. İbadətsiz qalmağı çox təhlükəli görərik. İbadəti də sadəcə məsciddə namaz qılmaq, ramazanlarda iftara getmək, yaşlandığımız vaxt da həcc etmək olaraq görmərik. Allahın razı olduğu hər şey ibadətdir. Evlilik də yerinə görə ibadətdir.

2. Namaz Ən Önəmli İşdir.

Allah Təalə bu dini namaz üzərində qurdu. Sən də Namaza görə bir həyat nizamı qur. İş görüşmələrin namaza görə olsun. İş qurarkən, bir yerdə işləməyə girəcəyin zaman namazına görə iş yeri seç. Ac qal, namazsız qalma. Məsciddə camaatla namaz qılmağın müsəlman üçün əsas şərtlərdən olduğunu unutma.

3. Cümənin Yeri Ayrıdır.

Cümənin günü də, namazı da fərqlidir. Cümə namazı mütləq camaata qatılmağımız lazım olan bir ibadətdir. Cümə namazını ən təqvalı imam kimdirsə onun arxasında qılmağa çalış. Elə bir seçim imkanın yoxdursa, ən izdihamlı məscidi seç. Cümə günü, duaların qəbul olduğu önəmli bir saat vardır. O saatın nə zaman olduğu bizə açıqlanmamışdır ki, bütün günü diqqətli olaq. Ona görə Cümə gününü yaxşı dəyərləndirməyə çalış. O gün, Kəhf surəsini oxumaq önəmli bir sünnətdir.

4. Salavata Laqeyd Yanaşma.

Muhamməd Peyğəmbərə (sallallahu aleyhi və səlləm) sevgimiz imanımızın gərəyi olan bir sevgidir. Ona hörmətimiz, onunla əlaqəli hər şeydə ortaya çıxmalıdır. Hədislərindən birinin yazılı bir kağız parçasını belə istifadə edərkən diqqət et. Onun adını anarkən salavat gətirməyi unutma. Sünnətinə xidmət etməyi, adının yayılmasını çalışmağı cihad gör.

5. Zəkatı Üçün Darıx.

İlk zəkat verəcəyin günü həsrətlə gözlə. Zəkat verən, Əbu Bəkr (Allah ondan razı olsun) səviyyəsində müsəlman olmağın çox fərqli olduğunu bil. O cür olmaq üçün dua et. Sədəqə verəcəyin vaxtı hesablayaraq pul yığ. İlk sədəqə verəcəyin tarixi qeyd et. Xəsislikdən çəkin. Xəsis ilə dostluğunu davam etdirmə.

6. Riyanı Qara Siyahıya Al.

Allah üçün olmayan bir işin dəyərsiz olacağını, hətta başının dərdi olacağını bilməlisən. Allah üçün etdiyinə qullarını qarışdırma.

7. Ramazanda Selə Qapılma.

İslama və Şəriətə qarşı olanların belə Ramazan orucu tutmalarını nəyə bağlayırsan? Nə üçün Ramazanda hər kəsin Müsəlmanlıq ruhu canlanır səncə? Səbəbi budur: Şeytan, sünnətə uyğun olmayan işlərin edilməsindən narahat olmaz. Edilmələrini təşviq belə edər. Məsələn, Ramazan ayı zöhd və təqva ayı, Allaha yaxın olma ayı, aclıq təlimi ayı ikən indi nə olduğunu görə bilirsənmi? Necə də Ramazan ayı yeməklərlə aşıb-daşdığımız ay oldu? Ramazan nə cür əyləncəyə döndü. Ramazan ayını fürsət bil. Hər Ramazan sənin üçün son Ramazan ola bilər. Gecələrini ayrı, gündüzlərini ayrı dəyərləndir. İlin bir ayını qurtar ki, o bir ay qalanına yetsin.

8. Quransız Müsəlmanlıq Olmaz.

Nə qədər Quran oxuduğun, nə qədər müsəlman olmağının ölçüsüdür. Ona doymaq olmayacağını bil. Əvvəlcə gözəl bir oxuyucu ol. Sonra da onu anlamaq üçün çalışanlardan ol. Onu anlamaq sadəcə mənaca tərcüməsini oxumaq deyil. Fiqh bilmək də onu anlamaqdır. Hədis bilmək də onu anlamaqdır. Quran əhli olmağın ən təbii göstəricilərindən biri də ona xidmət etməkdir. Quran oxunmaq üçün təsis edilmiş bir yerin xalçalarını süpürə bilərsən. İnsanların onunla tanış olması üçün vasitəçi ola bilərsən. Quran oxuyan tələbələrin paltarlarını yuya bilərsən. Ona xidmət olsun, nə olursa olsun məntiqiylə hərəkət et.

9. Həcci Həsrətlə Gözlə.

Həccə gedəcəyin gün üçün 20 il belə pul yığsan çox deyildir. İllərcə Kəbənin ətrafında qəlbin dönsün. Bir gün ora getdiyin zaman bədəninin döndüyündən həzz alarsan. O zaman orada Rəbbini taparsan. Həcci yuxularında görməyə çalış. Mədinəyə ziyarət üçün qəlbin yerindən çıxacaq kimi olsun. İman budur.

10. İstiğfar Həyatdır, Tövbə Şərtdir.

Kiçik-böyük günahı ayırmadan, hər xəta üçün tövbəyə öyrəşmək lazımdır. İstiğfara öyrəşən bir dil sahibini qurtarar. Seyyidul-istiğfarı (istiğfarların ən böyüyü, ən fəzilətlisi) mütləq əzbərlə, səhər-axşam təkrar et.

11. Cəhalətdən Qaç.

Allahın cahil dediklərindən olmamaq lazımdır. Quran, hədis, fiqh məlumatın olsun. O dərslərin keçirildiyi bir elm məclsilərinə tələbə ol, qurtularsan. Dünya elmlərində və imkanlarında geri qalma, hamıdakından yaxşı səndə ola bilər. Amma dünyalığa əsir olma.

12. Dərdli Adam Ol.

İnsanlığı dərd et. İslamı dərd et. Ananı-atanı dərd et. Ölkəni dərd et. Sırf özün üçün yaşayan kiçik düşünən insanlardan olma. Bir quruma, cəmiyyətə, vəqfə qatıl. Orada Allah üçün xidmət et. Müsəlmanlarını vəziyyətini yaxşı izlə. Kiçik bir coğrafiyada sıxışıb qalma.

13. Əvvəl Allah Sonra Ana-Ata, Unutma.

Nə edirsənsə et, dünyada hüzurun, axirətdə də cənnətin anan və atanın əlindədir. Onların dini olmasa da belə sən dinindən dolayı onlara yaxşı davran. Onların üzüldüyü bir işi əsla etmə. Onların əllərini və ayaqlarını öpməkdən əsla çəkinmə.

14. Yumşaq Ol.

Qaydamız budur: “Allah, yumuşaqlığa verdiyi nailiyyəti sərtliyə verməz.”

Yumuşaqlığın, cəsarətin qırılması şəklində olmasın. Qullardan qorxma. Onları yaradandan qorx, bu sənə bəs edər.

15. Yaxşılardan Başqası Bizə Yaxın Deyildir.

Yaxşının pis yoldaşı olmaz. Olarsa da yaxşılığını isbat edə bilməz. Sevilməyən əxlaqı və əməlləri olanla bərabərlikdən qaçmalısan.

16. Müsəlmana Əziyyət Vermə.

Ona əziyyət vermədiyin kimi, əziyyətinə qarşı ona yardım et. Müsəlmanı yalnız buraxmaq günahdır. Qeybət, dediqodu, yalan günahdır, bunu bil. Allah üçün sev, Allah üçün buğz et.

17. Qadın Fitnəsindən Uzaq Dur. İffətini Qorumağı Cihad Bil.

Qadın-kişi qarışıq məclislərdən uzaq dur. Şəhvətini oyadan mediyadan qaç. TV-yə əsir olma. Qadınların kişilərə, kişilərin qadınlara bənzəməsinin haram olduğunu unutma. Yad qadınla əl verərək görüşmə.

18. Ömrünün Qiymətini Bil.

Oxuduğun, yazdığın dəyərli olsun. İdmanın işə yarasın. Dostluğun bərəkətli olsun. Yoldaşlığın faydalı olsun. Səviyyəsiz iş görmə. Ye-iç, israf etmə. İsraf etmək sadəcə yemək demək deyildir.

Sonda Aləmlərin Rəbbi olan Allaha Həmd olsun..

Bu məqalə Gənc Muslim komandası tərəfindən hazırlanmışdır.

Məqaləni paylaşarkən Gənc Muslimi mənbə olaraq göstərmək vacibdir.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün