əl-Fiqhul Əkbər [ANDROID]

Həmd Allaha məxsusdur. Onun son Peyğəmbəri Muhəmmədə (sallallahu əleyhi və səlləm), onun bütün peyğəmbər qardaşlarına, Əhli-beytinə və səhabələrinə Allahın salavat və salamı olsun!

İslam hüquq və fikir tarixinin ən görkəmli şəxsiyyətlərindən biri kimi tanınan Əbu Hənifə Numan ibn Sabitin əqidəyə həsr edilmiş əsərlərindən olan “əl-Fiqhul-Əkbər” əsəri lakonik ifadələrlə tərtib edilmiş, demək olar ki, bütün ümdə inanc əsaslarının cəmləndiyi mötəbər əsərlərdən biridir. əl-Fiqhul-Əkbər sadəliyi, konkretliyi, elmiliyi və dəqiqliyi baxımından son dərəcə unikal bir kitabdır.

Bu əsərin tərcümə edilməsindən məqsəd tövhid əqidəsi mənsubları olan biz müsəlmanların hal-hazırda ən mühüm məsələsi olan və onların ən çox ehtiyac duyduğu fikri və qəlbi vəhdətin yaranmasında az da olsa paydar olmaq, qarşılıqlı anlayış şüurunun aşılanması, izaha ehtiyac duyulan müəyyən mübahisəli məsələlərə izah gətirmək, müəyyən anlaşılmazlıqlardan qaynaqlanan fikir ayrılıqlarının aradan qaldırılmasıdır. Əsərin tərcüməsindən əlavə qeyd edilmiş izah xarakterli məlumatlar da məhz bu məqsədə xidmət edir.

Bu məşhur əsərin Android versiyasını artıq telefonunuza yükləyərək kitabı oxuyub, əqidə məsələlərində hər bir müsəlmanın bilməsi gərəkən önəmli mövzuları öyrənə bilərsiniz.

Kitabı Play Store`yə daxil olaraq axtarış bölməsinə “gencmuslim” vəya “fiqhulekber” yazaraq yükləyə bilərsiniz.

Aşağıdakı düyməyə də tıklayaraq birbaşa proqramın yükləmə səhifəsinə gedə bilərsiniz:

android-yukle-2

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün