Dünyada ən əzəmətli 8 kitabxana

Mütaliə mənim bəlkə də ən sevimli məşğuliyyətimdir, amma bir tələbə kimi mənim çox da əlavə pulum yoxdur ki, yerli kitab dükanlarına gedim və kitab alım. Bu səbəbdən də, zamanımın çoxunu kitabxanalarda keçirdirəm – həm yerli filiallarda, həm də məktəbimdə olanlarda. Amma baxmayaraq ki, orada bütün növ kitablar (və audiokitablar) var, onlar o qədər də ruhu oxşayan, təsirli deyil.

Əgər siz də eyni problemi yaşayırsınızsa, onda gəlin ən azı hər bir qitədə birinə rastlaya biləcəyimiz dünyanın heyrətamiz kitabxanalarına bərabər səyahət edək.

1. Çin Milli Kitabxanası, Pekin

dünyanın-8-ən-əzəmətli-kitabxanası-gencmuslim-001

Bu kitabxanada 31 milyondan çox kitab, Çin ədəbiyyatı və tarixi sənədlər vardır. Bu möhtəşəm kitabxana Asiyada ən geniş, bütün dünyada isə ən böyük kitabxanalardan biridir. Biz bu kitabxananı tədqiq etmək üçün bir neçə gün sərf edə bilərik və yenə də onun bizə təklif etdiyi hər şeyi öyrənə bilmərik.

2. Beinecke Nadir Kitablar & Əlyazmaları Kitabxanası, Konnektikut

dünyanın-8-ən-əzəmətli-kitabxanası-gencmuslim-002

Baxmayaraq ki, bu kitabxana bəzi yenidənqurma işləri ilə əlaqədar olaraq hazırda bağlıdır, biz orada nəyin dəyişdirildiyini və nələrin yeniləndiyini öyrənmək üçün onu 2016-cı ilin Sentyabrından yenidən ziyarət edə bilərik. Onun mərmər xarici örtüyü qiymətli materialları gün işığının birbaşa təsirindən qoruyur, kitabları saxlayan şüşə sərhədlər isə onları ziyarətçilərdən qoruyaraq iqlimə nəzarət edir.

3. Ştutqart Şəhər Kitabxanası, Almaniya

dünyanın-8-ən-əzəmətli-kitabxanası-gencmuslim-003

Siyahımıza Avropadan əlavə edilən bu kitabxana 9 mərtəbəli nəhəng bir binadan ibarətdir. İlk 4 mərtəbə standart bina formasında, digər 5 mərtəbə isə şüşə tavanlı piramida formasındadır. İçəri olduqca gözəl dizayn edilib və bizim ziyarətimiz üçün hazırdır. Kiçik mavi divanlar yaxşı bir kitabla oturub dincəlmək üçün mükəmməl yerlərdir.

4. Rand Klub Oxu Zalı, Yohanesburq

dünyanın-8-ən-əzəmətli-kitabxanası-gencmuslim-004

Bu kitabxana yalnız üzvlər üçün nəzərdə tutulsa da, onun 10,000 –dən çox kitab, jurnal, qəzet və “əvəzedilməz xəzinələri” var. Bəlkə biz ora gizlicə daxil olub onun gözəl kitablarına baxa bilərik. Kim mənlə gəlir? 🙂

5. Adelayda Şəhər kitabxanası, Avstraliya

dünyanın-8-ən-əzəmətli-kitabxanası-gencmuslim-005

Bu kitabxana kitablarla yanaşı heyrətamiz memarlıq evidir. Bir az təbii işığın daxil olması üçün onun mərkəzində şüşə bir günbəz var və bu bizə çölə çıxmadan təbiətdən zövq almaq imkanı verir.

6. Royal Portuqal Oxu Zalı, Braziliya

dünyanın-8-ən-əzəmətli-kitabxanası-gencmuslim-006

Bu Cənubi Amerika kitabxanası 1887-ci ildə tamamlanıb və Portuqaliyadan başqa digər yerlərə nisbətən daha çox Portuqal əsərlərini özündə saxlayır. Bu, bəzi nadir əsərləri, heyrətamiz çılçırağı olan bir binadır. Gözəl memarlıqdan başqa o, zəngin informasiyaya sahibdir.

7. Milli İncəsənət kitabxanası, London dünyanın-8-ən-əzəmətli-kitabxanası-gencmuslim-007

Əgər siz həm də incəsənəti sevirsizsə, Kensinqtondakı Milli İncəsənət Kitabxanasına baş çəkin. Orada rəssamlıq, tekstil (tikiş və toxuma), taxta üzərində işləmə və heykəltəraşlıqdan tutmuş incəsənətin bütün növləri haqqında məlumat var.

8. Triniti Kolleci, Dublindünyanın-8-ən-əzəmətli-kitabxanası-gencmuslim-008

Bu kitabxana İrlandiyada ən geniş tədqiqat kitabxanasıdır. O, Birləşmiş Krallıq və İrlandiya Respublikasının rəsmi depozit kitabxanasıdır. Bu o deməkdir ki, həmin kitabxana bu ölkələrdə nəşr edilən hər bir kitabın nüsxəsini əldə edir. Nəticədə bu kitabxana hər il 100,000 yeni əsər alır. Məncə bu bizi bir müddət məşğul edəcək.

Dünyada bəlkə də yüzlərlə bunlardan daha gözəl kitabxana olmasına baxmayaraq, bu siyahı sizə səyahətinizi planlaşdırmaq üçün yaxşı başlanğıc verəcək. Bircə dəfə bu kitabxanalara baş vursanız, şübhəsiz deyə bilərsiz ki, siz bütün qitələrdə olmuş ən yaxşı oxucusunuz.

Əgər bir gün Antarktidada da kitabxana tikilsə, mən bu siyahını yeniləyəcəm. 🙂


Bu məqalə lifehack.org saytından götürülərək GəncMuslim.net tərəfindən tərcümə edilmişdir.

Saytımızdakı məqalələrdən yalnız mənbə göstərməklə istifadə edə bilərsiniz.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün