Dünya üzrə intihar statistikasında faktlar

Ümumdünya səhiyyə təşkilatının (ÜST) məlumatına əsasən ən az intihar sayları müsəlman ölkələrindədir. Mütəxəssislər ÜST‘nın intihar statistikası ilə Gallup‘ın müxtəlif ölkələrin dindarlıq vəziyyəti araşdırmalarını qarşılaşdırmışdırlar. Müəyyən olmuşdur ki, bu iki göstərici arasında əlaqə mövcuddur: əhalinin dindarlığı artdıqca intiharların sayı azalır. Belə ki, ən dindar ölkə olan Küveytdə (Gallup-a əsasən dindarlıq səviyyəsi 83 bal olmuşdur) rekord dərəcədə az intihar baş vermişdir. Burada hər 100 min insana 1.95 intihar düşür.

MDB ölkələri arasında ən dindar ölkələr Özbəkistan və Tacikistandır. Bu ölkələrdə dindarlıq səviyyəsi müvafiq olaraq 55 və 52 baldır və 100 min əhaliyə intihar sayı Özbəkistanda 5.55, Tacikistanda 2.60.

İntihar sayına görə ön yerlərdə Hindistan, Çin və ABŞ-dır.

İntiharların ümumi sayına görə Rusiya 4-cü yerdədir (2012-ci il ərzində təxminən 32 min intihar hadisəsi baş verib)

Bundan yüksək göstərici Hindistanda (258 min), Çində (120 min) və ABŞ-dadır (43 min). 100 min əhaliyə nisbətdə Rusiya 2012-ci ildə 15-ci yeri tutmuşdur. Bu göstəriciyə görə ən çox intihar Qayanada (44.2), Şimali Koreyada (38.5), Cənubi Koreyada (28.9) qeydə alınmışdır.

Finlandiya bu göstəriciyə görə 34-cü yeri tutur, Çexiya 43-cü, Fransa 48, ABŞ 51, Almaniya 78.

Ən yaxşı göstəriciləri olan ölkələrə isə Azərbaycanı, Misiri, Səudiyyə Ərəbistanını və Suriyanı göstərmək olar.

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin Təcili psixoloji yardım şöbəsinin müdiri, psixiatr Kəmalə Talıbova bildirib ki, 2016-cı il Azərbaycanda 327 intihar-tamamlanmış suisid hadisəsi qeydə alınıb. Onun sözlərinə görə, intiharlarla yanaşı, tamamlanmamış suisidlər (intihara cəhd) də olub ki, onların sayı 470 nəfər təşkil edib. (Ümumilikdə – 797)

Mərkəzin rəsmisi qeyd edib ki, Azərbaycanda intiharların sayı kritik vəziyyətdən aşağıdır: “Bu gün dünyada orta intihar faktlarının sayı hər 100 min nəfərə 7 intihar hadisəsidir. Azərbaycanda isə hər 100 min nəfərdən 5 nəfərdə bu hal qeydə alınır. 2015-ci illə müqayisədə ötən il intiharların sayında azalma müşahidə edilib. 2015-ci ildə 515 intihar faktı olmuşdusa, 2016-cı ildə bu rəqəm 327 olub”.

Psixi səbəblərlə əlaqəli olmayan intiharların arasında ən çox yayılmışlar – şəxsi həyat faciəsi (sevgi münasibətlərinin kəsilməsi, ümidsizlik, tənhalıq, sevimli işin itirilməsi) və təəcüblü səbəblərlə əlaqədər olan uzunmüddətli depresiya.

Məsələ ondadır ki, şəxsi həyat faciəsi, potensial intiharçılar üçün qəfildən baş verir və özlüyündə həyatın sonu kimi qiymərləndirilir.

İslam nöqteyi nəzərindən həyat bir imtahandır – bunu imtahandan uğurla keçməklə və ya kəsilməklə insan həyatın növbəti mərhələsinə keçir.

Tanınmış islam mütəfəkkirləri həyatı səyahətlə, insanı isə evə qayıtmaq üçün yolda müxtəlif çətinlikləri keçən səyyahla müqayisələndirirdilər..

Həyat yolunda rast gəlinən maneələr müxtəlif ola bilər. Allah bir insanları kasıblıqla, digərlərini aclıqla, xəstəliklərlə, yaxınlarının itirilməsi ilə, digərlərini zənginliklə, hakimiyyətlə və s. sınayır.

İntihar etmiş insan islami nəzər nöqteyindən böyük günah törətmiş sayılır. Şəriətə görə intihar etmiş insan cəhənnəmə düşəcəkdir. Digər insanların qətli kimi, intihar da İslama ziddir.

Allah Quranda deyir: “Özünüzü öldürməyin, həqiqətən Allah (bunu sizə qadağan etməklə) çox mərhəmətlidir.” (Nisə surəsi, 29)

Allah Təalə digər ayədə belə buyurur: “Siz insanlar üçün ortaya çıxarılmış ən xeyirli ümmətsiniz, (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız.” (Ali İmran surəsi, 110)

___________
Mənbə: izvestia.ru | who.int | whyislam.ru | apa.az
Tərcümə: Gənc Muslim

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün