“Gənc Muslim” olaraq sizə bu gözəl ustadın hər həftə ən azı 1 video dərsini səsli tərcümə edərək paylaşmağı niyyət etmişik, müvəffəqiyyət isə Allahdandır.

Videonu telefonunuza endirmək üçün Telegram kanalımıza qoşulun.

Nouman Ali Khanın azərbaycan dilinə tərcüməli dərsləri hər həftə əlavə ediləcəkdir.

Nouman Ali Khan kimdir?

4 May 1978-ci il təvəllüdlü (39 yaşında) Numan Əli Xan (Nouman Ali Khan) “Bayyinah” (Beyyinə) İnstitutunun təsisçisi və idarə heyətinin sədri olmaqla yanaşı, institutun “Klassik Ərəb Dilinin Əsasları” və “Müqəddəs Kəlam” da daxil olmaqla bir qisim dərslərinin baş lektoru.

Səudiyyə Ərəbistanının ər-Riyad şəhərində tamamladığı giriş səviyyədəki təhsili, onun Ərəbcə işinin başlanğıcıdır. Ərəbcə qrammatika işlərini, 1993-ci ildə ölkə miqyasında aparılan Ərəbcə imtahanlarında ilk 10-luğa daxil olduğu üçün təqaüd aldığı Pakistanda davam etdirmişdir. Əsas təhsili isə 1999-ci ildə Amerika Birləşmiş Ştatlarında, Pakistanın Faysalabad şəhərindəki Quran Kollecinin təsisçisi və direktoru olan Doktor Abdus-Saminin təfsir və Ərəbcə çalışmaları mövzusunda intensiv dərslər vermək üçün ABŞ-a səfərləri zamanı başlayıb. Doktor Abdus-Saminin təhsili ilə Numan intensiv və müntəzəm bir Ərəbcə qrammatika anlayışı inkişaf etdirmişdir.

Doktor Abdus-Saminin özünəməxsus təhsil metodlarını mənimsəyərək və daha sonra tələbələrinə köməkçi olması üçün onun işini İngiliscəyə çevirərək bilgisindən xeyli faydalanmışdır.

Numan 2006-ci ilə qədər Nassau Universitetində Ərəb Dili müəllimliyi etmişdir və demək olar ki, 7 il ərzində ABŞ miqyasında 10.000-dən çox tələbəyə müxtəlif mərkəzlərdə Standart Müasir Ərəbcə ilə Klassik Ərəb Dili dərsləri vermişdir. Hazırda özünü 7 illik, Quranın dil elmi və ədəbi nöqtələrinə əyilən İngilis Dilində bir təfsir seriyası layihəsinə adamışdır. Bu ana qədər yazılmış dərsləri www.bayyinah.com/dream ünvanından endirə bilərsiniz.

1. Videonu bəyəndiyinizsə LİKE düyməsinə tıklayın ki, video daha çox insana çatdırılsın.
2. Ən yeni videolardan xəbərdar olmaq üçün kanalımıza ABUNƏ olun və “zınqırov” işarəsinə tıklayaraq bildirişləri aktiv edin..
3. Video və mövzu haqqında fikirlərinizi bizimlə bölüşməyi və videonu dostlarınızla Paylaşmağı unutmayın..

Veb saytımız: www.gencmuslim.net

Bizi sosial şəbəkələrdən izləməyi unutmayın:
~ Facebook: facebook.com/gncmslm
~ İnstagram: instagram.com/gncmslm
~ Telegram: telegram.me/gncmslm
~ Vkontakte: vk.com/gncmslm
~ SoundCloud: soundcloud.com/gncmslm

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün