Bir Müsəlman Doğum Gününü Necə Keçirər

Dünyaya göz açması ilə insana bir ömür sərmayəsi verilər. Sanki boş bir disket şəklində. İnsan onu ya xeyirlə, yaxud da şərlə dolduraraq ona verilən sərmayəni ya zay edər, ya da təyinatı üzrə istifadə edər.

Müsəlmanların son əsrlərdə kütləvi şəkildə Qərb mədəniyyətini heyranlıqa təqlid etmələri onların dünyaya gəlmə günlərini şükür və dua ilə keçirəcəyi halda, bu günü haram və üsyanla keçirmələrinə səbəb olmuşdur.

Ancaq bir müsəlman “yox mən mütləq doğum günü keçirəcəm” deyirsə, aşağıdakı maddələrlə bir doğum günü keçirsə bu Allaha üsyandan çıxaraq bir savab əmələ çevrilər..

Bir müsəlman,

1. Oruc tutar

Bir müsəlman – bu gününü şükür əlaməti olaraq oruclu keçirməyə çalışar;

Əbu Qatadə (radıyallahu anhu) belə dedi:

Peyğəmbər -sallallahu aleyhi ve səlləm-ə bazar ertəsi günü oruc tutmağın fəziləti soruşuldu. O da belə dedi:
“O gün, mənim doğulduğum, peyğəmbər olduğum (və ya mənə vəhy gəldiyi) gündür.”.

[Muslim, Səvm 197-198]

2. Allaha təşəkkür edər

Bir müsəlman – Doğum günü həyatının başladığı belə bir gündən indiyə qədər onu qoruduğu üçün Allaha təşəkkürlə keçər;

3. Ömür hesabatı aparar

Doğum günü bu günə kimi ömrünü hansı yolda xərclədiyinə dair insanın düşünməsinə fürsət olar;

4. Allaha dua edər

Gələcək həyatının keçmişdəkindən daha xeyirli olmasını Allahdan təmənni edər;

5. Ölümün yaxınlaşdığını bilər

Hər il yaşının üzərinə gələn yaşın, onu ölümə daha da yaxınlaşdırıdığını təfəkkür edər;

6. Haram və israfdan qaçar

Doğum günü keçirmək adıyla böyük yığıncaqlar təşkil edib, haram və israfa yol açmaz;

7. Valideynlərə dua edər

Onun dünyaya gəlməsinə vəsilə olan valideynlərinə dua edər;

“Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de.

(İsra surəsi, 24-cü ayə)

8. Günə fərqli bir yanaşma ilə başlayar

Hər bir yeni günə Allah qarşısında yeni bir sınaq kimi başlamaq lazımdır.
Eynilə İmam Zeynalabidinin səhər və gecəni qarşılayarkən belə deməsi kimi:

“Bu yeni, təp-təzə və əməllərimizə şahid olan bir gündür. Əgər yaxşılıq etsək, tərif ilə bizə vida edər. Amma pislik etsək, qınaq ilə bizə vida edər”

 


Bu məqalə “Gənc Muslim” Komandası tərəfindən hazırlanmışdır.

Saytımızdakı paylaşımlardan yalnız mənbə göstərməklə istifadə edə bilərsiniz.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün