“Sitting is the new smoking” – yəni oturmaq yeni “siqaret çəkmək”dir.

Son illərdə edilən araşdırmaların nəticəsi olaraq ortaya çıxan yeni və yayğın bir sözdür bu. Mütəxəssislər ‘davamlı oturmaq, sağlığa siqaret qədər zərərlidir’ deməyə başlayıblar.

Yetişgin bir insan gündə ortalama olaraq iş yerində, avtobusda, kafedə, evdə 8 saat əyləşir. Bu təbii bir ortalamadır, işləyən insanlar üçün isə bu müddət 10, bəlkə də 12 saata qədər çatır. Həkimlər, piylənmə və ürək-damar xəstəlikləri ilə yanaşı, bir çox problemi hərəkətsizliyə bağlayırlar. Google, Facebook kimi şirkətlər istifadəçiləri üçün ‘ayaqüstü ofislər’ hazırlayarkən, siz də ən azından ayaqda işləmənin bu 5 faydası haqqında məlumat sahibi olun:

1. Daha sağlam yaşamaq: Ayaq-üstə-işləməyin-5-faydası-Gencmuslim-001

Hərəkət etmək, qan dövranını artırır. Hərəkətsizlik yerinə oturub-qalxmaq şəkər, xərçəng, ürək-damar problemləri kimi riskləri azaldır. Kilo risqini və bel ağrılarını da təbii ki.

2. Daha məhsuldar olmaq:

Ayaq-üstə-işləməyin-5-faydası-Gencmuslim-005

Araşdırmalar ayaqda işləmənin insanın məhsuldarlığını 10% artırdığını göstərir. Bu mövqedə özünü dərhal hərəkətə keçməyə hazır hiss edən insan, daha praqmatik olur və edəcəyi işə daha fəal yanaşır.

3. Yeni enerji almaq:

Ayaq-üstə-işləməyin-5-faydası-Gencmuslim-002

Günorta yeməyindən sonra halsız olmayan var mı? Ayaq üstə işləmək bunu əngəlləyir. İnsan daha dinamik olur, gün içində enerjisi düşmür. Bir-iki həftə sonra ayaq üstə işləyən daha şən olur, çünki enerjisi düşmədiyi üçün problemlərin öhdəsindən daha asan gəlir.

4. Siqareti tərgitmək:

Ayaq-üstə-işləməyin-5-faydası-siqareti-tərgitmək-Gencmuslim-006

Siqareti tərgitməyə çalışanlar, yeməkdən sonra içəcəkləri çaydan qorxarlar. Ayaqda durmaq (hərəkətsiz qalmadığınız üçün) siqaret arzusunu azaldır. (Olmadısa, çıxıb bir az yeriyə də bilərsiniz.)

5. Arıqlamaq (və ya kökəlməmək):

Mature Male Runner Tying Shoelaces

Gündə 30 dəqiqə məşq etmək şərtdir, deyir mütəxəssislər. İdman və ya gimnastika qədər olmasa da, ayaq üstə durmaq 50% daha çox kalori itirmənizi təmin edir.

Xülasə, davamlı oturaraq işləmək, sıx-sıx ayağa qalxmaq, mümkünsə fasilə arasında bir az hərəkət etmək… Həm sağlamlığınız, həm karyeranız, həm də şirkətiniz üçün gözəl bir sərmayədir.

 


Bu məqalə “Gənc Muslim Komandası” tərəfindən hazırlanmışdır.

Saytımızdakı məqalələrdən yalnız mənbə göstərməklə istifadə edə bilərsiniz.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün