Alkoqol – dünyada ən dəhşətli qatil

Allah bədəni və əqli zəiflədən, qüvvəni azaldan və insana zərər verən şeyləri qadağan etmişdir.

Allah Quranda deyir : “Ey İman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.” (maidə surəsi, 90)

DÜNYANIN ƏN DƏHŞƏTLİ QATİLLƏRİ.

Dünyanın ən dəhşətli qatillərinə nəzər saldıqda, alkoqol ağlımıza gəlmir. Halbuki alkoqol dünyada hər İl 3 milyondan çox adam öldürür.

Bura sərxoş halda maşın sürmək, alkoqol səbəbi İlə törədilən zorakılıqlar, təcavüzlər və s. Daxildir. Dünyada hər İl iyirmi ölüm səbəbindən biri alkoqoldur.

10 SANİYƏYƏ 1 ÖLÜM
Alkoqol dünyada hər 10 saniyədə bir şəxs öldürür.

3.3 MİLYON ÖLÜM
2012-ci İldə alkoqol 3.3 milyon İnsanın ölümünə səbəb olmuşdur. Bu İsə dünyada bütün ölümlərin 5.9%-nə bərabərdir. Bu QİÇS, vərəm və zorakılıqdan ölənlərin cəmindən çoxdur. Və bu rəqəm daim artmaqdadır.

ABŞ-da ALKOQOL EPİDEMİYASİ
Təkcə ABŞ-da alkoqolun izi olan ölümlərin sayı hər İl 88 mindən çoxdur.

ALKOQOL ƏN ŞİDDƏTLİ VƏ ÖLÜMCÜL ZORAKİLİQLARLA ƏLAQƏLİDİR.
Qətllərdə alkoqolun iştirakı digər sərxoşedici maddələrin cəmindən çoxdur.

Tədqiqatlar göstərir ki, zorakılıq cinayətlərinə görə həbs edilmiş şəxslərin təxminən 40%-İ cinayət törətdikləri zaman alkoqolun təsiri altında olublar.

İçki xüsüsi olaraq qətl, cinsi zorakılıq və yaxınlara  yoldaşlara qarşı törədilən spesifik cinayətlərdə tez rast gəlinəndir.

ALKOQOL AMERİKA GƏNCLƏRİ ÜÇÜN BİR NÖMRƏLİ İÇKİDİR.
Və o bütün növ narkotiklərin cəmindən daha çox gənc öldürür.

ABŞ-DA HƏR GÜN 16 YAŞA ÇATMAYAN 7000 UŞAQ
Öz İlk alkoqol içkisini qəbul edir. Və alkoqolu qəbul edən 15 yaşa çatmamış uşaqlarda alkoqolizm xəstəliyinin yaranma riski 21 yaşında bunu İlk dəfə qəbul edənlərdən 4 dəfə böyük olur.

ABŞ-DA HƏR İL ALKOQOLDAN 1700 TƏLƏBƏ DÜNYASİ DƏYİŞİR
Hər gün İsə təxminən 5 % alkoqol istifadəçisi müxtəlif travmalar alır.

YETKİNLİK YAŞİNA ÇATMAYANLAR TƏRƏFİNDƏN İSTİFADƏ
Olunan alkoqol, ABŞ xalqına hər İl 62 milyard dollara başa gəlir.

İKİNCİ ƏN ÇOX ÖLÜM HADİSƏSİ
İçkili vəziyyətdə avtomobil sürməklə əlaqəlidir. 178 ölkədə aparılan müşahidələr göstərir ki, yollarda baş verən ölüm səbəblərinin 30-40% alkoqol İlə əlaqəlidir. Bura avtomobil qəzaları və piyadaların vurulması daxildir.

ƏGƏR AVTOMOBİL QƏZALARI VƏ CİNAYƏTLƏRİN
Alkoqolun yeganə riski olduğunu düşünürsünüzsə o halda bunları da dinləyin:

TƏDQİQATÇİLAR ALKOQOL İSTİFADƏSİNİN
200-dən çox xəstəlik törədə biləcəyini müəyyən ediblər, bura qara ciyər sirrozu və bədənin istənilən bölgəsinə təsir göstərə biləcək xərçənglər daxildir.

ALKOQOLUN ANİ TƏSİRİ.
Alkoqol qəbul edildikdə onun 20% dərhal qan dövranına hopur, qalan hissəsi İsə mədə-bağırsaq traktına daxil olduqda sorulur.

ALKOQOL QAN DÖVRANİNA DAXİL OLDUQDA
Asanlıqla bədənin bütün bioloji parçalarına keçə bilir, çünki hüceyrə membranları alkoqolu tez çəkirlər.

ALKOQOL İNSANA VURDUĞU ZİYANLARİN SİYAHİSİ:

BEYİNİN QURUMASİ.
İnsanlar yaşlaşdıqca onların   beyni   hər on İldə 1.9% nisbəti İlə quruyur və bu təbiidir. Lakin içki beyinin müyyən sahələrinin qurumasını sürətləndirir, yaddaşın itməsinə və əqli zəifliyin digər simptomlarına gətirib çıxarır.

BEYİN STRUKTURUNUN DAĞILMASI
Müxtəlif yollarla müşahidə olunur: cəsədin yarılması nəticələri göstərir ki, alkoqol qəbul etməyən eyni yaşlı və eyni cinsli digər şəxslərin beyinlərinə nisbətdə xroniki alkoqol asılılığı halı olan şəxslərin beyinləri daha kiçik, daha az çəkili və daha qurumuş olur.

Beyin tomoqrafiyaları göstərir ki, Hətta xroniki ciyər və əqli zəiflik halları olmadıqda belə daimi olaraq alkoqol qəbulu beyin dağılmasına gətirən səbəblərdən biridir.

Beyinin quruması xüsusilə qavrama bacarıqların çox olduğu hissə olan beyinin ön hissəsində daha geniş baş verir.

5 İl ərzində içki içən bir qrup alkoqol aludəçiləri üzərində müşahidələr beyinin artan dərəcədə qurumasını göstərir, bu İsə normal beyin quruması yaş həddini olduqca tezləşdirir.

Bundan başqa, beyinin quruma dərəcəsi qəbul edilmiş alkoqolun miqdarından asılıdır.

XƏRÇƏNG
İçki xərçəng riskini artırır. Alkoqolun səbəb ola biləcəyi xərçəng bölgələri əsasən ağız, boğaz, qırtlaq, qida borusu, ciyərlər, döş və yoğun bağırsaq (kolorektal) bölgələridir.

ANEMİYA (QAN AZLİĞİ)
Alkoqol oksigen daşıyan qırmızı qan hüceyrələrinin miqdarını aşırı dərəcədə azaldır.

SEROZ
Alkoqol qaraciyər hüceyrələrini zəhərləyir və içki içənlərin çoxundə seroz əmələ gəlir.

DEPRESSİYA
Yeni zelandiyada aparılmış böyük araşdırma ağır içkinin depressiyaya səbəb olduğunu göstərir.

EPİLEPTİK TUTMALAR (SUDURQA)
Alkoqol hətta epilepsiyası olmayan İnsanlarda belə epilepsiyaya səbəb ola bilər və tutmaları başlada bilər.

PODAQRA (OYNAQ VƏ TOXUMA XƏSTƏLİKLƏRİ)
Bunun əsasən irsi olmasına baxmayaraq, alkoqol burada öz rolunu oynayır. Alkoqol həmçinin mövcud podaqra hallarını şiddətləndirir.

YÜKSƏK QAN TƏZYİQİ
Alkoqol simpatik sinir sistemini dağıda bilər.

İNFEKSİON XƏSTƏLİKLƏR
Alkoqol İmmun sistemini zəiflədir. O vərəm, pnevmoniya, QİÇS və digər cinsi yolla ötürülən, sonsuzluğa səbəb olan xəstəliklər üçün şərait yaradır. Alkoqol cinsi yolla ötürülən xəstəliklərlərin riskini 3 dəfə artırır.

SİNİR POZUNTUSU
İçki alkoqolik nevropatiya kimi tanınan sinir pozuntusuna səbəb olur.

PANKREATİT (MƏDƏALTİ VƏZİNİN İLTİHABI)
Qastrit kimi tanınan mədə xəstəliyinə səbəb olmasından əlavə alkoqol mədəaltı vəzini də iltihablandıra bilər. Pankreatit həzmetmə prosesinə müdaxilə edərək, şiddətli qarın ağrılarına və davamlı diareyalara səbəb ola bilər.

ALKOQOL Ürək, ciyərlər, döş (sinə), mədə, sümüklər və İmmun sisteminə TƏCAVÜZ EDİR!

ÜRƏK DAMAR XƏSTƏLİKLƏRİ
Xüsusilə ağır və davamlı içki qəbulu qan trombositlərinin komalaşmasına səbəb olur və bu da İnfarkt və ürək ağrıları İlə nəticələnə bilər.

CİYƏRLƏR
İçki ciyərdə piyin yığılmasına səbəb olur. Piyli ciyər iltihablaşmaya səbəb ola bilər və bu da öz növbəsində hepatit xəstəliyi İlə nəticələnə bilər.

DÖŞ (SİNƏ)
Alkoqol döş xərçəngini riskini artırır. Tədqiqatçılar bildirir ki, hətta gündə bir qurtum belə, döş xərçəngi riskini artırır.

MƏDƏ
Alkoqol mədənin astarında qanaxmaya və yaralara səbəb olacaq iltihab yaradır. Mədə astarı  yaralandıqda anemiyaya səbəb ola bilər.

SÜMÜKLƏR
Sıx və bərk sümüklər üçün kalsium zəruridir. Alkoqol qəbul edildikdə diuretik kimi təsir    göstərir və sümükdən kalsiumu çıxardır, beləliklə sümükləri zəiflədir və qırılmaları daha həssas edir.

İMMUN SİSTEMİ
İçki İmmun sistemini zəiflədərək sizin orqanizminizi müxtəlif xəstəliklər üçün daha asan hədəfə çevirir.

DÜNYA ÜZRƏ AVROPA REGİONU,
Xüsusilə də müəyyən ölkələr adam başına düşən alkoqol qəbulu üzrə ən yüksək göstəricilərə malikdir.

DÜNYANİN ƏN ÇOX ALKOQOL QƏBUL EDƏN 10 ÖLKƏSİ BUNLARDİR:

Birinci yerdə belarusiya, ikinci yerdə Moldova, üçüncü yerdə litva, dördüncü yerdə rusiya federasiyası, beşinci yerdə rumıniya, altıncı yerdə Ukrayna, yeddinci yerdə Andorra, səkkizinci yerdə Macarıstan, doqquzuncu yerdə çexiya respublikası və slovakiya və onuncu yerdə portuqaliya.

ƏHƏLİSİ ÇOX OLAN ÇİN VƏ HİNDİSTANDA, əhalinin gəliri artdıqca alkoqolun qəbulu da yüksəlir.

Buna baxmayaraq şərqi Avropada və rusiyada alkoqolizm səviyyəsi daha çox artır.

2010-CU İLİN STATİSTİKASİNA ƏSASƏN RUSİYALİLAR
Digər Avropa ölkələrini, Kanada, ABŞ, avstraliya və cənubi afrikanı geridə qoyaraq, İldə 32 litr təmiz spirt qəbul edirlər.

2016-Cİ İL ÜÇÜN DÖVLƏT STATİSTİKA KOMİTƏSİNİN
Verdiyi məlumata əsasən, Azəbaycanda 21 777 nəfər alkoqolizm və alkol psixozu xəstəsi kimi tibb müəssisələrində qeydiyyatdadır. Bu da əhalinin hər 100 000 nəfərinə 227,2 xəstə edir.

Allah Quranda içkini qadağan etmişdir.

(Ey Peyğəmbər!) Səndən sərxoşedici (içki) və qumar barəsində soruşurlar. De: “ikisində də həm böyük günah, həm də İnsanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür”. (əl-Bəqərə, 219)

Bu video “Digital Mimbar” kanalı tərəfindən hazırlanmış, “Gənc Muslim” tərəfindən azərbaycan dilinə tərcümə edilərək səsləndirilmişdir. Maarifləndirici videolar silsiləmiz davam edəcəkdir. Videonu LİKE etməyiniz və PAYLAŞMAĞINIZla daha çox insana çatmasına vəsilə olmuş olarsınız. Kanala abunə olaraq bundan sonra çıxacaq yeni maarifləndirici videolardan məlumatlı ola bilərsiz.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün