Bədən bir şəhərə bənzəyir. Əl, ayaq və üzvlər şəhərin sənətkarı, şəhvət maliyyə müdiri, qəzəb şəhərin təhlükəsizlik komandiri kimidir. Qəlb bu şəhərin padşahıdır. Ağıl isə padşahın vəziridir. Padşahın bunların hamısına ehtiyacı var. Məmləkətin idarəsi ancaq bunlarla icra edilir.
 
Lakin maliyyə müdiri şəhvət yalançıdır, səbəbsiz yerə başqalarının işinə qarışıb axmaq şeylər danışır, vəzirin- ağlın dediklərinə qarşı çıxır (yəni yalan danışır). Şəhvət daim məmləkətdə olan bütün malları alıb toplamaq istəyir. Təhlükəsizlik müdiri qəzəb şərli, şiddətli, azğın və sərtdir. Hər kəsi öldürmək, hər şeyi qırmaq, tökmək istəyir.
 
Əgər şəhərin padşahı daim vəziri ilə məsləhətləşsə, yalançı və tamahkar maliyyə müdirinin vəzirə qarşı çıxmaması üçün ona məhəl qoymazsa, səbəbsiz və lazımsız iş görməkdən çəkindirmək üçün təhlükəsizlik müdirini onun arxasınca düşürsə, təhlükəsizlik müdirini etmək istədiyi haqsızlıqlara görə döyüb incidərsə, məmləkətdə asayiş və nizam olar.
 
Bunun kimi padşah olan qəlb, vəziri olan ağlın işarəsi ilə iş görsə, şəhvət və qəzəbi idarəsi altına alıb, ağla uymalarını əmr etsə, ağlı onlara tabe etməsə, bədən məmləkətinin işləri düz olar, Səadət və Allah təalaya qovuşma yolu bağlanmaz. Əgər ağlı şəhvət və qəzəbə əsir etsə, məmləkət-xarab, padşah isə bədbəxt olar..  (Hüccətül-İslam Zeynüddin Əbu Hamid Muhamməd ibn Muhamməd əl-Qəzali ət-Tusi əş-Şafi)
Günümüzdə siqaret qutularının üzərində “Siqaret çəkmək sizin sağlamlığınız üçün ziyandır” yazısını yəqin ki hər kəs görüb. Bəs insanlar bu yazını oxuduqları halda nə üçün hələ də siqaret çəkirlər? Biz onlara ağılsız deyə bilərikmi? Yəni onların ağlı kəsmirmi? Bir qabın üstünə “zəhərdir, içməyin” yazılsa ağıllı insan ondan qəti şəkildə uzaq durar. Məsələ budur ki, o insanların hissləri ağıllarına qalib gəlir. Onlar ağıllarının məsləhətlərinə qulaq asmırlar.  Hisslərinin, nəfslərinin xidmətçisi olmuşdur o insanlar. Bunu digər məsələlərə də aid edə bilərik. İnsan bir şeyin yanlış olduğunu bildiyi halda onu yenə də edir. Demək ki ağıl elə də güclü bir alət deyilmiş.
Ruh, sonradan yaradılmışdır, lakin əbədidir. Birdir, bölünməz, parçalara ayrılmaz. Fəaliyyəti və təsirləri ilə bədənin hər yerindədir, fəqət məkanı yoxdur. Bədənin içində olmadığı kimi, çölündə də deyildir. Bütün işləri eyni anda idarə edər, bir iş digərinə mane olmaz. O, təbiətdəki qanunlara bənzəyir. Məsələn, bir cazibə qanunu həyat və şüur sahibi olsaydı ruh xüsusiyyəti qazanardı.
Ruh, şüuruyla fərq edər, ağlıyla anlayar, vicdanı ilə ölçüb-biçib qərar verər, xəyalı ilə planlar qurar, yaddaşıyla məlumat toplayar, qəlbi ilə sevər. Onun sayılmayacaq qədər çox qabiliyyəti vardır. Bunların bir qismi də maddi üzvlərlə ortaya çıxar. Ruh, əliylə tutar, gözüylə görər, qulağıyla eşidər, ayağıyla gedər.
Qəlb deyərəkən sinənin sol tərəfindəki ət parçası anlaşılmasın. Ruh üçün bədən nədirsə, qəlb üçün də ürək odur. Qəlbi günəşə, ağlı aya bənzətmək olar. Ay nurunu günəşdən aldığı kimi, ağıl da nurunu qəlbdən alır.

 

Ağlın gəldiyi nəticələri qəlb təsdiq etməlidir. Yoxsa həqiqi mənada bir elmdən danışmaq mümkün olmaz.

Hisslər gözəl olarsa, əfkar müstəqim olar. Qəlb hissiyat mərkəzidir. Ağıl isə fikirlərin mənbəyidir. Qəlb gözəl hisslərlə coçarsa, bu hal ağla da təsir edəcək, istiqamətli fikirlərə vəsilə olacaqdır. Yaxşı padaşahın pis vəziri olmaz. Ya onu düzəldər ya da dəyişər. Bəs padşah necə yaxşı olacaq?  Gəlin xatırlayaq.

Günah ilk dəfə edildiyi zaman qəlbdə bir qara nöqtə yəni qara bir ləkə ortaya çıxar. Əgər sahibi peşman olar, tövbəistiğfar edərsə qəlb yenə parıldayar. Etməyib də günah təkrarlanarsa, o ləkə də artar, sonra arta-arta bir dərəcəyə gələr ki, ləkə bir örtü kimi bütün qəlbi qaplayar ki, Mutaffifin surəsində “Xeyr, onların işləyib qazandıqları şeylər (günahlar), qəlblərinin üzərinə pas (ranə) bağlamışdır.(Qiyamətin, 83/14) ayəsindəki “rayn” da budur”. (bax. Tirmizi, Təfsiru Surə, 83, 1; İbni-Macə, Zöhd 29; Muvatda, Kəlam: 18; Müsnəd, 2:297.) 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün