1. Rasulullahı (sallallahu aleyhi və səlləm) sevmək, hissiyatın və həyəcanın mövzusu deyil, imanın bir gərəyidir.

Peyğəmbəri sevməyin önəmi Gencmuslim 01

De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yo-lunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”

(Tövbə surəsi, 24-cü ayə)

 

2. Rasulullahı (sallallahu aleyhi və səlləm) sevmək, imanın dadını və ləzzətini əldə etməyin ən önəmli vəsiləsidir.

Peyğəmbəri sevməyin önəmi

Rasulullah (sallallahu aleyhi və səlləm) belə buyurur:

“3 şey kimdə olarsa o, imanın dadını almışdır. 1. Allah və Rəsulunu hər şeydən daha artıq sevmək; 2. Sevdiyini ancaq Allah üçün sevmək; 3. Mömin olduqdan sonra təkrar küfrə dönməyi cəhənnəmə atılmaq kimi pis görmək.”

 

3. Rasulullahı (sallallahu aleyhi və səlləm) sevmək, Allahı sevməyin və onun məğfirətini və rəhmətini qazanmağın ən təməl səbəbidir.

Peyğəmbəri sevmək Gencmuslim 002

De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”.

(Ali İmran surəsi, 31-ci ayə)

 

4. Rasulullahı (sallallahu aleyhi və səlləm) sevmək, 23 illik risalət həyatı ilə gecəsini-gündüzünü Ümmət üçün fəda edən Peyğəmbərin bizlərdən istədiyi tək şeydir.

Peyğəmbəri sevmək Gencmuslim 012

De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”.

(Şura surəsi, 23-cü ayə)

 

5. Rasulullahı (sallallahu aleyhi və səlləm) sevmək, bizi özünə qardaş edən Rəhmət Peyğəmbərinə qarşı vəfa borcudur.

“Siz mənim səhabələrimsiz, qardaşlarım isə hələ (bu dünyaya) gəlməmişlər»” (İbni Macə, Muslim)

Peyğəmbəri Sevmək 0123

6. Rasulullahı (sallallahu aleyhi və səlləm) sevmək, Onu bizə nemət olaraq bəxş edən Rəbbimizə qarşı şükr etməyimizin bir gərəyidir.

namaz 1931243

Allah möminlərə, öz aralarından onlara (Allahın) ayələrini oxuyan, onları (günahlardan) təmizləyən, onlara Kitabı və Hikməti (Sünnəni) öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki əvvəllər onlar açıq-aydın azğınlıqda idilər.

(Ali İmran, 164-cü ayə)

 

7. Rasulullahı (sallallahu aleyhi və səlləm) sevmək, dünyada da, cənnətdə də onunla bərabər olmağın ən böyük yoludur.

Peyğəmbəri Sevmək 78123

“İnsan sevdiyi ilə bərabərdir.” (Səhih əl-Buxari)

 


Bu məqalə “Gənc Muslim Komandası” tərəfindən hazırlanmışdır.

Saytımızdakı məqalələrdən yalnız mənbə göstərməklə istifadə edə bilərsiniz.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün