4 Maddə ilə “Nəabudunun Nunu”

Namazda Fatihə surəsini oxuyarkən “İyyəkə nəabudu” deyirik. Bunun mənası (ey bizim Rəbbimiz!) “Yalnız sənə qulluq edərik” – deməkdir. Namazı camaatla bərabər qıldığımız zaman da belə deyirik, tək başına qıldığımız zaman da. Deyək ki, camaatla qıldığımız zaman “Qulluq edirik” demək uyğundur, çünki toplu halda namaz qılınmaqdadır. Tək başına qıldığımız zaman “Qulluq edirəm” deməyimiz lazım olduğu halda, bəs nə üçün “qulluq edirik” mənasına gələn “İyyəkə nəabudu”  deyirik? Bunun hikməti nədir? “BİZ” deyərkən, o “BİZ” zamirinin içinə kimlər daxildir?

Təfsiri-Kəbir’də belə deyilir:

1-Camaat namazına təşviq.

“Biz” mənasına gələn “nəabudu” kəliməsindəki “nun”-dan məqsəd, namazı camaatla qılmağımız üçün təşviq və xəbərdarlıqdır. Müsəlman insana yaraşan da budur. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

Şübhəsiz namazdan ən çox savab qazanacaq insanlar, uzaq məsafələrdən məscidə yeriyərək gələnlərdir. Namazı imamla birlikdə qılmaq üçün gözləyən kimsənin savabı, namazı tək başına qılıb sonra yatan kimsədən daha böyükdür.

(Buxari,Əzan, 31)

Camaat namazına gələrkən soğan, sarımsaq və siqarət kimi insanları narahat edən vasitələrdən istifadə edilməsi uyğun görülməmiş, bir başqa insan rahatsız olmasın deyə, sanki Rəbbimiz belə buyurmuşdur: “Namaz, savabı çox böyük bir ibadətdir. Soğan, sarımsaq və siqarət qoxusuyla müsəlmanlardan biri əziyyət çəkər və rahatsız olarsa, o çirkin qoxuyla camaata gələnə namazın savabı tam verilməz.”

Müfəssir buradan da, bu incə nöqtəni çıxarmışdır: “Belə bir çirkin qoxu ilə namaza gəlib başqalarını rahatsız etmək namazın savabını azaldırsa, birbaşa müsəlmanlara əziyyət verənin, onların arasında fitnə və fəsad çıxarmaq üçün çalışanların, müsəlmanların qeybətini edənlərin halı nə olar?”

2-Hüzura mələklərlə bərabər durmaq.

Bir insan, camaatla namaz qıldığı zaman “Yalnız Sənə qulluq edərik” sözü ilə o camaatı qəsd etmiş olar. Tək başına qıldığı zaman isə, bərabərindəki mələklərlə, ibadət halında olan bütün böyük mələklərin varlığını düşünərək: “Ya Rəbbi, yalınız Sənə qulluq edərik” – deyər.

3-Qardaşlarını unutmamaq.

Heç bir şübhə yoxdur ki, möminlər qardaşdır. Bir mömin “Ya Rəbbi, yalınız Sənə qulluq edirəm” – desə, sadəcə öz ibadətini, xidmətini Allaha təqdim etmiş, özünü düşünmüş olar. Fəqət “… ibadət edərik” dediyi zaman, həm öz ibadətini, həm də şərqdən qərbə qədər bütün möminlərin ibadətini təqdim etmiş olar. Öz arzu-halıyla bərabər xalqın arzu-halını Haqqa təqdim etməklə, Haqqın huzurunda “Özündən başqa möminlərin problemlərini həll etmək, düzəltmək üçün cəhd edən bir insan” olaraq qəbul edilər. O bunu edərsə Allah da onun problemlərini həll edər. Çünki bu xüsusda Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

Kim müsəlman qardaşına yardım edər və onun ehtiyacını qarşılayarsa, Allah da ona yardım edər. Kim müsəlmanın bir sıxıntısını aradan qaldırarsa, Allah da qiyamət günündə onun sıxıntılarından birini aradan qaldırar.

(Buxari, Məzalim, 3, Muslim, Birr, 58)

4-İbadətini qüsurlu görmək.

Sanki Allah, quluna belə buyurur:

“Ey qulum! Sən “Əlhamdulilləhi Rabbil aləmin, ər-rahmənir-rahim, məliki yəvmiddin” deməklə dünya və axirət təriflərini, hamdu sənalarını bizə həvalə etdin. Bu səbəblə yanımızda qədir-qiymətin artdı. Elə isə, sadəcə öz ehtiyaclarını deyil, bütün müsəlmanların ehtiyaclarını, problemlərini mənə ərz et. “Qulluq edirəm, yardım istəyirəm” demək yerinə, “Ya Rəbbi, yalnız Sənə qulluq edərik və yalnız Səndən yardım istəyərik” – de.

“İyyəkə nəabudu” ifadəsi ilə qul da, sanki bunu demək istəyir: “Allahım! Mən ibadətimi tək başına sənə ərz etməklə, layiq olduğum yerə çata bilmərəm. Çünki, mənim ibadətim qüsurlarla doludur. Fəqət mən, onu, sevdiyin qullarının ibadəti ilə qarşıdıraraq iyyəkə nəabudu ifadəsiylə Sənə təqdim edirəm. Allahım, mənim ibadətim qəbula layiq deyilsə də, məni rədd etmə, çünki mən bu ibadətdə tək deyiləm. Sənin qəbul etdiyin qullarınla qapını döyürəm. Qəbula layiq olmasam da, Sənin ixlaslı qullarının ibadətləri ilə Sənə yönəlirəm , məni qəbul et Allahım!

Fəxrur-Razi, Təfsiri-Kəbir, c.1, s.248-249

Bu məqalə “GəncMuslim” Komandası tərəfindən hazırlanmışdır.

Saytımızdakı paylaşımlardan yalnız mənbə göstərməklə istifadə edə bilərsiniz.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün