1. İslam camaat dinidir.

Allahın rəhməti camaatın üzərindədir. Camaatdan ayrılan ziyandadır. Heçbir müsəlman camaatın önəmini xəfifə ala bilməz. İslam, Cümə namazında saf tutub, cihad etməyə varıncaya qədər camaat olmağı əmr etmişdir.

2. Birlik olmaq.

Tarixdə yaşanan hadisələrdən ibrət alan bir ağıl sahibi dimdik dura biləcək bir dinin camaat olaraq yaşananması lazım olduğunu dərk etməkdədir. Bu, eyni məsciddə bir imamın arxasında namaz qılmaqdan ibarət deyil. Xüsusilə Əbu Bəkr və Ömərin (Allah onlardan razı olsun) dövründəki musəlmanlara nisbətdə indiki müsəlmanlar çox əziyyət çəkir. Bundan dolayı camaat olmağımız çox vacibdir.

3. İnsan -müsəlmanlığında belə- problem yığınıdır.

Hər insan bir dərd komasıdır. Müsəlmanların təşkil etdiyi camaat, bu dünyəvi problemləri həll edən bir qurum, təşkilat deyildir. Camaat, bütün bu problemlərə qarşılıq Allaha gözəl qulluq etmə birliyidir. Bəşəri yaradılışımıza məğlub olmadan bərabərcə islamı yaşama sənətinin adıdır.

4. İslamı gözəl yaşamaq.

Gözəl müsəlmanlıq üçün namazın fiqhini öyrənmək məcburiyyətində olduğumuz kimi, islami həyatımız üçündə camaat fiqhini öyrənmək məcburiyyətindəyik. Bizim Allah üçün etməyimiz lazım olan şeylərin başında bir arada olmağımız, tək bir ümmət görüntüsü verməyimizdir.

Muhamməd Peyğəmbər (ona və ailəsinə Allahın salamı olsun) demişdir:

İmanın ən güclü xalqası Allah yolunda bağlılıq və Allah yolunda düşmənlik, Allah üçün sevmək və Allah üçün nifrət etməkdir. (Əhməd 4/286. )

Fikirlərini bizimlə bölüş və yazını paylaşmağı unutma.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün