Əziz və Cəlil olan Rəbbimiz cənnəti təqva sahibi olan qullarına yaxınlaşdırdığını və o cənnətə girməyi haqq edən bu kimsələrin bu 4 vəsflə vəsfləndirdiyini xəbər verməkdədir:

1. Allaha üsyandan itaətə yönələnlər

Cənnət əhlinin vəsfləri

Ubeyd ibn Umeyr (rahiməhullah) deyir ki:

“Əvvab (Allaha yönələn) kimsə, günahlarını xatırlayıb onlardan dolayı Allahu Təaləyə tövbə və istiğfar edən kimsədir.”

Said ibn Musəyyəb (rahmətullahi aleyh) isə deyir:

“Bu kimsə, günah işləyən sonra da tövbə edən, sonra günah işlədiyi zaman yenə tövbə edən kimsədir.”

2. Allahın əmrlərinə riayət edənlər

Cənnət əhlinin vəsfləri

İbn Abbas (radıyallahu anhu) belə demişdir:

“Allahın fərzlərinə və əmanətlərinə riayət edən kimsələrdir.”

Qatadə (radıyallahu anhu) isə belə demişdir:

“Allahın özünə gərək haqlarından və gərəksə də nemətlərindən əmanət etdiyi şeyləri qoruyan kimsələrdir.”

3. Görmədikləri halda Allahdan qorxanlar

Cənnət əhlinin vəsfləri

Budur sizə vəd edilən (Cənnət!) O, hər bir (tövbə edib) (Allaha) üz tutan, (Onun əmrinə) riayət edən, Mərhəmətli (Allahdan) (Onu) görmədən qorxan və (Allaha) yönəlmiş qəlblə gələn kimsələr üçündür.

(Qaf surəsi, 32-33)

4. Allaha itaət dolu bir qəlbə gələnlər

Cənnət əhlinin vəsfləri

O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək. Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!

(Şüəra surəsi, 88-89)

İbn Abbas (radıyallahu anhu) deyir ki:

“Allaha üsyan etməkdən üz çevirmiş və Ona itaət etməyə yönəlib dönmüş kimsələr.”

Bu bir həqiqətdir ki; həqiqi olan itaət, insanın qəlbinin Allaha itaət etməyə, Onu sevməyə və Ona dönməyə dair olan halıdır.

Və beləliklə Aləmlərin Rəbbi olan Allah bu vəsfləri özündə daşıyan kəslərin mükafatının necə olacağını Öz müqəddəs kitabında bizə belə bildirmişdir:

“Ora sağ-salamat daxil olun! Bu, Əbədiyyət günüdür. Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan artığı (Allahı görmək) vardır. ”

(Qaf surəsi, 34-35)

Sonda Aləmlərin Rəbbi olan Allah Həmd olsun …


Bu məqalə “Gənc Muslim” Komandası tərəfindən hazırlanmışdır.

Saytımızdakı paylaşımlardan yalnız mənbə göstərməklə istifadə edə bilərsiniz.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün