Evini Cənnətə Çevirən Qadın Necə Biridir?

1. O, Fironun Sarayında Özünə Cənnətdən Bir Köşk Quran Asiyənin Bacısı Olan Qadındır;

O qadın, Peyğəmbərinin ﷺ “Salehə” dediyi, əbədi cənnət üçün fani nə varsa hamısını verən, villada, daxmada, şəhərdə, kənddə, varlı-kasıb olduğu halda Rəbbinin razılığını axtarar. Rəbbinin verəcəklərini heç kimin vədinə dəyişməz.

Ərinə yoldaş olar, Rəbbindən istəyər; uşaqlarına ana olar, Rəbbindən istəyər; qonşusuna qonşu olar, Rəbbindən istəyər. Özünü dəyərsiz dünyalıqlara hədər etməz. Bezməz, usanmaz..

O, sıxıldıqca “Lə havlə vələ quvvətə illə billəh” – deyər.

Onun örnəyi Asiyədir, Məryəmdir, Aişədir. Kim nə deyirsə desin, Muhammədi ﷺ doğan cinsdən olmağı öyünmək üçün yetərli görər.

Günahlardan çəkinər; harama baxmaz, lənət-bəddua etməz, yoldaşının yaxşılıqlarını inkar etməz, kişilərə və fasiqlərə oxşamaz, məhrəmi yanında olmadığı halda səfərlik məsafəsi qədər yola təkbaşına çıxmaz.

Xəstə olsa xəstəliyini əcrə çevirər. Sevdiklərini itirsə, cənnətdəki görüşmə gününədək səbr edər.

2. Bu Ayələri Heç Vaxt Unutmaz

“De: “Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir. Allahın (yaratdığı) yer üzü genişdir. Yalnız səbr edənlərə mükafatları hesabsız veriləcəkdir.”

(Zümər, 10)

“(İnsanlar) ümidsizliyə qapılandan sonra, yağmur göndərən, nemətini (yağışını) açıb paylayan Odur. İxtiyar sahibi Odur. Tərifə (şükrə) layiq olan da Odur” Şura-28 “Allah hər bir çətinlikdən sonra asanlıq verir.”

(Şura, 28)

“Allah hər bir çətinlikdən sonra asanlıq (yoxsulluqdan sonra dövlət) əta edər.”

(Talaq, 7)

“Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!”

(Ali İmran, 200)

3. Bu Hədislər Onun Ölçüsüdür

“Hansı qadın daha xeyrlidir?” deyə soruşulduğunda Peyğəmbər ﷺ belə dedi:

“Baxdığında içini rahatladan, əmr etdiyin vaxt sənə itaət edən, şəxsiyyəti və malında xoşuna gəlməyəcək şeyi sənə etməyəndir.”

“Hər hansı qadın əri özündən razı olduğu halda ölərsə, cənnətə girər.”

“Dünya nemətlərlə doludur. Dünya nemətlərinin ən yaxşısı salehə bir xanımdır.”

4. Həyatı Sabah Namazı İlə Başlayar

Gününü sabah namazına görə planlayar. Vaxtında namaza qalxar, ərini və uşaqlarını qaldırar. Namaz qılmalarını gözləyər. Duasını və zikrini edər. Beləcə günə, Allahın himayəsində başlayar. Özü namaz qılmayacaqsa da belə (qadınların xüsusi hallarında), ev əhli üçün yenə namaz vaxtında qalxar.

5. İş Siyahısını Başqalarından Öyrənməz

Onun işi;

  • Qul olmaq;
  • Həyat yoldaşı olmaq;
  • Ana olmaq;
  • Evinin sahibi olmaq və;
  • Allaha dəvətçi olmaqdır.

6. Dərin Hesablar Hazırlayar

Hesaba çəkilmədən öncə özünü hesaba çəkər. Çxıdığı axirət yolu üçün yetərli hazırlığı edib-etmədiyini, ölümü, qəbri, məhşəri, siratı, cənnət və cəhənnəmi düşünər. Bunların sözünü deyil, təfəkkürünü edər.

Salehlərin, alimlərin söhbətlərini dinləyər, kitablar oxuyar.

7. Əşyanın Köləsi Deyildir

Qəbrə daşınmaz şeylərlə ömür çürütməz. Evi üçün zəruri olanları təmin edər. Əşyaya xərclədiyi vaxtın, onlara verdiyi könlün hesabını düşünər.

Yaşamaq üçün mal lazım olduğunu bilər, amma mal üçün yaşamaz.

8. Mətbəxə Tapınmaz

Nəfislərə yetəcək qədər bişirər, yeyər. Ömrünü mətbəxdə keçirməkdən qorxar. Yeməyi doymaq üçün bilər. Zövq üçün, göstəriş üçün mətbəxdə qalmağın zərər olduğunu bilər.

9. Boş Vaxt Onun Düşmənidir

Naməhrəm kişidən qaçdığı kimi boş vaxtdan qaçar. Dinlənməyə yer olaraq qəbri seçər. Sərhədli bir ömrü, saatlarca davam edən dost söhbətlərində və alış-veriş mərkəzlərində xərcləməz. Yuxuya qarşı həssasdır. Vaxtında və tərtibli yatar. Ruhu ilə bədəninin ehtiyacları arasında tarazlığı təmin edər. Birini digərinə əzdirməz.

10. Cahil Qalmağı Təhlükəli Görər

Quran öyrənər, oxuyar. Hədis oxuyub, dinləyər. Fiqh bilgisi vardır. Xüsusilə də qadınlara aid bilgiləri fərz elmlər olaraq öyrənər.

Əqidəsini, əməlini zay edəcək işlərdən qorunar. Sehr, qəbir ziyarətləri kimi cahiliyyə işlərindən şiddətlə qaçar.

11. Pis Örnək Olmaqdan Qorxar

Uşaqlarına, qonşularına və yaxın qohumlarına qarşı pis örnək olub, onların günahlarını daşımaqdan çəkinər. Geydiyi bir paltarı təqlid edəcək uşağının, bacısı qızının ona nə cür günah yüklədəcəyini düşünər və Allahdan qorxar.

12. Allahın, Sevdiyi Qullarını Sınadığını Bilər

Əriylə, uşağıyla, qohumlarıyla imtahan olunarkən bunu düşünər. Xəstəliklə mübarizə apararkən, kasıblığın altında əzilərkən bunu düşünər.

13. Ölər, amma Harama Əsla Yanaşmaz

Allahın haramlarından heç bir zaman güzəştə getməz. Əgər əyilib-büküləcəksə, zövqlərindən əyib-bükər. Toya qədər, nişana qədər ciddi görünüb, o gün isə zəif görüntüsü verməz.

Fasiqlikdən qorxar. Şeytanın kiçik işlər görərək böyük qalaları aşırdığını bilər.

14. Uşaqlarını Allahın Əmanəti Olaraq Bilər

Onları olduğu kimi qəbul edər. Başqa uşaqlarla öz uşaqlarını müqayisə etməz. Onların məsiliyyətini unutmaz. Onlar üçün hesab verəcəyini yaxşı bilər. Onları, ölümündən sonrası üçün sədəqeyi-cariyə olaraq yetişdirər.

15. Səbr Dəryasıdır

Dərdlərə qarşı usanmaz. Ağlamaq yerinə təfəkkür edər. Şeytana şərait yaratmaz. Hər dərdin daha ağırı ola biləcəyini bilər.

Dərdi verənin Allah olduğunu, çarəsini də tez və ya gec verəcəyini, lakin bu müddət içərisində onu imtahan etmək istədiyini bilər.

Ana olduğu üçün səbr edər. Həyat yoladaşı olduğu üçün səbr edər. Gəlin olduğu üçün səbr edər. Qadın olduğu üçün səbr edər. Qul olduğu üçün səbr edər. Və dünya səbr yeri olduğu üçün səbr edər.

16. Ərini İdarə Edər

Bilər ki, ərini məmnun edərsə Allah ona cənnət verər. Kişiləri idarə etmək asan olsaydı, qarşılığının cənnət deyil bir öpüş olması gərəkəcəyini qavrayar.

Ərinin, onu sevib evləndiyi günkü halıyla görmək istədiyini bilər. İlk günlərdəki münasibəti gözləmə haqqı vardır. Özünün də ilk günlərdəki qədər çəkici və şirin olması lazım olduğunun şüuruyla yaşayar. Onun üçün gözəlləşər, gözəl qalar. Bəzənər.

Ərinin gözünə xoş gələn rəngləri, qoxuları tərcih edər. Onun axşam evə gəlməsinə xüsusi maraq göstərər. Ona fərqli olduğunu hiss etdirər. Üzünü turşutmaz. Xüsusilə də uşaqların yanında onunla mübahisə etməz. Ev işlərini ərindən dəyərli hala gətirməz.

Həyat yoldaşının sevgi və əlaqəsini artıracaq işlər görər. Yoldaşının qarşısında, qadınların arasında bir dənə olduğunu sözləri ilə deyil, ona qarşı davranışları ilə sübut edər. Üzr istəyər; əgər üzrü səhvlərindən qaynaqlanırsa uyğun düşəni etmiş olar. Haqlı olduğu halda üzr dilədisə də, bu onun üçün böyük bir əcr qazanmasına vəsilə olar.

Yoldaşına dərdini danışacağı, şikayətini edəcəyi zaman münasib vaxtı gözləyər.

Həddindən artıq qısqanclığa getməz. Şeytanın qısqanclıq hiləsi ilə onu, yoldaşının gözündə çəkilməz hala salacağını düşünər. Xüsusilə yoldaşının ana və atasına qarşı onu əsla qısqanmaz.

Evindəki çətinlikləri, atasının evi də olsa başqa bir evə daşımaz. Yoldaşını, boşanma nöqtəsinə gəlməyənədək şikayət etməz.

Yoldaşının cinsi ehtiyacına qarşı soyuq davranmaz. Belə bir davranışın mənəvi baxımdan mələklərin lənətinə, maddi baxımdan da yoldaşının gözünün çölə sürüşməsinə səbəb olacağını bilər. Allahın razılığını qazanmaq niyyəti ilə hərəkət etməsi halında, davamlı ibadət vəziyyətində olacağını unutmaz.

Şübhə oyandıracaq mühitlərdən uzaq durar.

Yoldaşının evdən uzaq qalacağı zamanlarda, yola çıxmadan əvvəl ona qarşı şirin dilli, gülər üzlü olar və onu o şəkildə yola salar ki, həyat yoldaşı, ayrı qaldığı günlərdə ondan ötrü darıxsın.

Bilər ki:

Qadın təbəssüm üçün, sevilmək üçün yaradılmışdır. Təbəssümü olmayan qadın sevilməz, yalnız bəzi çətinliklərdən ötəri qəhri çəkilər. Evin xoşbəxtliyindən qadın, dolanışığından də kişi məsuliyyət daşıyır. Kişi günəşin altında işləməkdən şikayət etməyəcəyi kimi, qadın da xoşbəxtliyi təmin etməyin çətinliyindən şikayət etməyəcək.

17. Örtünməyi Moda Olaraq Deyil, Allahın Əmri Olaraq Görər.

Örtünmə ilə oynamaz, onun fiqhinə diqqət edər.

Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət etdiyinə görə Peyğəmbərimiz ﷺ belə demişdir:

“Cəhənnəmliklərdən özlərini dünyada hələ görmədiyim iki qrup vardır:
Biri, inək quyruqları kimi qamçılarla insanları döyən bir topluluq.
Digəri də, geyinmiş olduqları halda çılpaq kimi olan və digər qadınları da özləri kimi geyinməyə təşviq edən, başları dəvə hörgücünə bənzəyən qadınlardır.
Bu qadınlar cənnətə girə bilmədikləri kimi, bu qədər məsafədən qoxusunu belə hiss edə bilməzlər.”

[Səhih Muslim]

Örtünmə Fiqhi

Örtünmə bir ibadətdir; nə cür və nə qədər olacağını digər ibadətlər kimi Allah və Rəsulu təyin edər. Zövqlərə, zamana və coğrafiyaya görə üzərində oynana bilinməz.

Bu beş ölçü, təsəttürün əsas qaydalarındandır:

  1. Üz və əl xaricində açıq bir yer qalmayacaq;
  2. Bol olacaq, vücüdün çizgilərini ortaya çıxartmayacaq;
  3. Şəffaf olmayacaq;
  4. Kişilərə məxsus bir platar olmayacaq;
  5. Örtünmənin özü bir zinət əşyası olacaq şəkildə cəlb edici olmayacaq. Çünki Quran örtünməni əmr edərkən qadının zinət və cazibəsinin örtülməsini istəmişdir. Zinət zinətlə örtülüncə, qarşı cinsin marağını çəkməsi baxımından daha cəlb edici bir görünüş ortaya çıxa bilər.

Mömin, salehə qadın bunu unutmaz:

Örtünmə Allahın bir əmri olduğuna görə, şeytan üçün də bir aldatma və tələ vasitəsidir. Mömin Allah təalənin əmrləri ilə şeytanın tələləri arasında durduğu vaxt cihad mövqeyində durmuş olar. Örtünmə bir cihad növüdür. Uğruna fəda edilməyəcək bir dəyər olmamalıdır.


Bu məqalə “Gənc Muslim” Komandası tərəfindən tərcümə edilimşdir.

Saytımızdakı paylaşımlardan yalnız mənbə göstərməklə istifadə edə bilərsiniz.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün